Gülüş estetikası nədir?
Gülmək-tək səsli olaraq qəhqəhə çəkmək deyildir. Gülümsəmək də, gülmək qədər çox istifadə olunur və onun tərkib hissəsidir.. Gülümsəmə, insanın üzündə açan gözəl bir “çiçəkdir”. Gülüş çirkini belə gözəlləşdirər. Gülümsəmə – fərdi əlaqələrdə və gündəlik həyatda, daha çox istifadə edilən bir davranışdır. Gülər üzlü olmaq, bütün dünyaya və insanlara gülümsəyərək baxmaq, insanı cəmiyyət içərisində sevilən biri edir. Gülmək və ya gülümsəmək, sinir sisteminə, eləcə də immun sisteminə, bütöv orqanizmə müsbət istiqamətdə təsir edən bir gücdür. Gülmək yalnız insana məxsus bir xüsusiyyətdir. İnsanlar hiss etdikləri kimi davranmaqdan çox, davrandıqları kimi hiss edərlər.
Xarici görünüşdən əvvəl gülüş estetikası
Üz ifadələrimizin gülər üzlü və ya pessimist olması, hislərimizi dəyişdirir. Üzümüzə necə bir ifadə versək, zehnimizdə duyğular da o şəkildə meydana gələr. İnsan zövq aldığı zaman gülər və bu da bir həyat sevinci meydana gətirir.
Gülüş estetikasını ən əhəmiyyətli ünsür dişlərdir.
Bəzi insanlar gülmənin özünə yaraşmadığını ifadə edərlər. Ancaq gülmək hər insana yaraşar, çox gülən insan həyatı çox sevən insandır. İndiki vaxtda insanların gülməyi özünə yaraşdıramama səbəbləri, gülümsəyərkən ağız və sifət strukturlarında olan dəyişiklikdir. Bu səbəblə qadınlar gülüş estetikası adında bir üsulla daha estetik bir gülüş texnikasına sahib olmaq istəməkdədirlər. Gülüş estetikası
Gülüş estitikası ağzı əhatə edən dodaqlar, bütün dişlər, geniş güldüyünüz zaman arxada görülən dişlər, ön dişlər və bütün bunların birlikdə uyğunlaşma içərisində olma vəziyyətidir. Gülüş estetilasını ən əhəmiyyətli edən ünsür isə dişlərin quruluşudur. Dişlərin böyüklüyü, rəngidir. Xüsusilə diş quruluşunun ağ və möhkəm olması insanın gülərkən daha qəşəng və estetik bir görünüş qazanmasını təmin edir. Gülüş estetikası tam və geniş bir gülümsəməni, diş və diş əti nisbətinin dodağa görə müəyyən bir nisbətdə götürülməsi ilə müəyyən olunur. Diş quruluşunun ağ olması, diş ətlərinin çəhrayı rəng olması və dodağın dolğun ya da dolguna yaxın olması gülüşdə estetik gözəlliyi vurğulayır.