Jestlərimiz nəyi bildirir?

Biz bəzən özümüzə yetərincə diqqət etmirik. Lakin bizim ətrafımızda olan insanlar hətta bizim nə danışdığımıza məhəl qoymadan və yalnız jestlərimizi müşahidə edərək bizim haqda öz fikirlərini formalaşdırırlar. Bəzən etdiyimiz hərəkətlər və jestlərimiz bizim haqqımızda bir çox məlumat bildirə bilər. Xanımlar üçün isə kişilərin jestlərini aydınlaşdırmaq daha da maraqlı olar. Beləliklə, əgər o:

…dodaqlarını isladırsa bu o deməkdir ki, malik olmaq istədiyi nəyisə (və ya kimisə) görüb. Bu halda nail olmaq arzusu dodaqların qurumasına səbəb olur və buna görə də bu halda kişilər tez-tez dodaqlarını islatmalı olurlar.

qaşlarını qaldırıb gülümsəyərək sizə baxırsa, deməli siz onun xoşuna gəlirsiniz. Əgər o qaşlarını təmbəlcəsinə yavaş-yavaş qaldırırsa və bunu daim edirsə, bu onun yaxşı əhval-ruhiyyədə olmadığından xəbər verir.

danışıq vaxtı dabanı üstündə yellənirsə, bu onun inamsızlığı və qərəzsizliyi haqqında məlumat verir. Ola bilər ki, o nəyisə düzgün danışmadığı və ya nəyisə düzgün eləmədiyi haqda düşünür ki, bu zaman belə hərəkətlər onu bir az sakitləşdirir. Amma əgər azca ayağının ucuna qalxıb və sonra bütün ayağı üstə dayanırsa, bu onun özündən razı olduğunu bildirir!

əllərini yelləyirsə bu sizin onu cəlb etməyinizi bildirir. Belə jestlər ünsiyyətli, səmimi insanlara məxsusdur ki, onlar öz pozitiv emosiyalarını saxlaya bilmədikləri üçün bu cür hərəkətlər edirlər.

saçlarını tumarlayırsa bu o deməkdir ki, o sizin xoşunuza gəlmək istəyir. Adətən o başını azca qabağa əyərək sanki saçlarını darayaraq barmaqlarını saçlarının arasına buraxır.

ayaqlarını geniş açırsa bu onun nüfuzlu kişi olduğunu bildirir. Onlar istənilən qadının onların qucağına atılacağına tam əmindirlər.

üzünü sığallayırsa bu onun sizə qarşı ciddi olduğunu, sizi diqqətlə dinlədiyini və sonsuza qədər sizə qulaq asmağa hazır olduğunu bildirir!

sizə əlini uzadırsa bu jest onun sizə daha yaxın olmaq cəhdini göstərir.

sizi alınınızdan öpürsə bu “saf dostluq” və ya “valideyn” hissləri haqqında xəbər verir.

Məlum olduğu kimi, kişilər hər zaman öz düşüncələrini bildirmir. Əgər siz jestlərin mənasını müəyyən etməyi bacarsanız, bu zaman kişilərin gizli fikirlərinə girmək daha asan olacaq.

xanim.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər