• Son olaraq nə demək istərdiniz, istər arxanızda duran böyük bir fanat ordusuna, istərsə də həmkar və rəqiblərinizə?
  • Hazırki izləyici on il öncəkindən çox fərqlənir, hər şeyi görür, fərqinə varır, seçim edə bilir. Fotoqrafiya ilə bağlı müəyyən planlarım və hədəflərim var, o hədəflərə doğru getdiyim yolda məni dəstəklədikləri üçün izləyicimə təşəkkür etmək istəyirəm. Sağlam rəqabət və peşəkar etikasına sahib bütün həmkarlarıma isə səmimi qəlbdən uğurlar arzulayıram; onların bugün qazanacaqları uğurlar tək özlərinin yox, həm də müasir Azərbaycan fotoqrafiyasının tarixinə düşəcək uğurlar olacaq.

Bakı, 01 dekabr 2014-12-2014

  • Özünüzlə baş-başa qadığınızda formalaşdırdığınız Kənan Məcidov imicini nə üçünsə tənqid etdiyiniz və ya bəyənmədiyiniz hansısa bir tərəfləri olurmu? -İşlərimdə mənə dəstək olan kiçik və sadiq bir komandam var, lakin, işimi mükəmməl görməyə çalışdığım üçün foto ilə bağlı qismini heç kimə etibar edə bilmirəm, bütün işlər mənim üzərimdədir. Bu isə həm iş yorğunluğuna gətirib çıxarır, həm də inkişaf etmək və müasir tendensiyaları izləməyə az zaman buraxır. Gələcəkdə, iş bölgüsünü genişləndirib bu sahədə daha da inkişaf etməyə və ən əsası – ailəmə daha çox zaman ayırmağa çalışacağam.
  • Minlərlə insanın sevgisinə, xoş gününə şahidlik edən Kənan bəyin, özəl gününü kim özəlləşdirəcək bəs? Biz özümüzü Kənan Məcidova etibar edərkən, Kənan bəy özünü və ən unudulmaz gününü kimə etibar edəcək görəsən?

Fotoqrafiya sənətinə peşəkar başladığım ilk zamanlar idi, dəqiq xatırlayıram, Ebru Gündeş’in Bakı konsertində təsadüfən bir gənc fotoqrafla tanış oldum. Söhbət 2006-cı ildən gedir, o zamanlar fotoqrafiya indiki kimi bum halını almamışdı, çoxlu fotoqraflar, foto-avadanlqlar və s. yox idi. İkimiz də gənc idik, pilləkənlərdə oturub o zamankı mütəvazi foto-aparatlarımızla konsertin çəkilişini edirdik işlədiyimiz media qurumları üçün. Təsadüfən o fotoqraf təklif etdi ki, obyektivlərimizi dəyişək test kimi. O zamandan başlayan tanışlığımız zamanla dostluğa çevrildi, bugün Şahin Mürşüdli işlərini çox bəyəndiyim, böyük keyflə izlədiyim, sözün əsl mənasında peşəkarlığını qəbul etdiyim fotoqrafdır. Ailəmizin və yaxınlarımızın bütün özəl günləri hər zaman Şahin’ə həvalə edilir. Ötən günlərdə ailələrində körpə qızları dünyaya gəlib, inanıram ki, yaxın zamanda Şahin’in ən gözəl ailə fotolarını da mən ərsəyə gətirərəm.

  • Son günlərdə ən məşhur dəb- əlinə kamera alan hər kəs adının, soyadının sonuna bir “photography” sözü əlavə edərək fəaliyyətə başlayır. Əslində bir məqam var ki, psixoloji olaraq bu sözcük onlarda sanki professionallıq hissi yaradır. Bu məşhur dəblə ayaqlaşanlara nə məsləhət bilərdiniz, “photography” sözünə professionallıq mahiyyətini qazandırmış biri kimi?
  • Ən xoş olmayan tərəfi isə ingilis dilini bilmədiyi üçün bu sözü xətalı yazan və belə də olmalı imiş kimi “fəaliyyət”lərini davam etdirənlər də var. Fotoqrafiya elə bir sənətdir ki, əgər bir insanın qabiliyyəti, fərqli görmə bacarığı, istedadı varsa, nəzəri biliklərə sahib olaraq bu sənətdə uğur əldə edə bilər. Gənclərin bu sahəyə maraq göstərmələri təbiidir, lakin, fotoqrafiya üzərinə heç bir kitab oxumadan, heç bir kursa getmədən və ya nəzəriyyəni bilmədən bahalı avadanlıq almaq, fəaliyyətə başlamaq heç zaman uğurla nəticələnə bilməz. Bu məqamlarla yanaşı, qeyd etmək lazımdır ki, istedadlı, fərqli düşüncəyə sahib gənc fotoqraflarımız da var.

Biraz psixoloq kimi düşünək.Şəkil çəkdirmək fobiyası olan və bundan qurtulmaq istəyən bir insan təsəvvür edin.Bu insan kamera qarşısına keçə bilmir və sizdən yardım istəyir. Bir Kənan Məcidov yanaşması ilə ona necə kömək edərdiniz, onu bu fobiyadan necə xilas edərdiniz?

-Mənə belə gəlir ki, şəkil çəkdirməyə qarşı fobiyaları olan insanlar nə zamansa fotoqrafa müraciət etmişlər və nəticə uğursuz alınıb deyə həmin insanlarda bir növ kompleks yaranıb. Məncə peşəkar birinin qarşısında sərbəst olmaları bu fobiyadan qurtarmağa kömək edə bilər.

  • Kənan bəy ən qlobal problemlərdən birindən bəhs edəcəyəm. Bu xüsusilə xanımların ən çox yaşadığı narahatçılıqdır. Niyə bəzən insanlar şəkillərdə real həyatda olduqlarından fərqli düşürlər. Bəzən olduğundan daha yaxşı,bəzən isə daha pis. Bir peşəkar kimi bunu nə ilə əlaqələndirirsiniz? -Fikrimcə fotoların necə alınmasına təsir edən müxtəlif amillərdən biri də, insanların həmin ankı əhval ruhiyyələridir.
  • Bunun insanların o anki psixoloji durumu ilə bir əlaqəsi varmı? -Daha çox məşqul olduğum janrlardan misal çəksəm, love story fotolarının uğurlu alınması üçün həmin gün “sevgi mod”unda olmaq, çəkilişə pozitiv və xoş əhval-ruhiyyədə gəlmək lazımdır. Bunların yanına bir də peşəkar fotoqrafın fərqli baxışını və ideyalarını əlavə etsək, günlük həyatda olduqlarından daha fərqli görünəcək fotolar əldə edə bilərlər. Yəni, psixoloji olaraq insanın necə olması fotoların da necə alınacağına təsir edəcək.ğ
  • İş prosesində başınıza gələn qeyri-adi, yaddaşınızdan heç silinməyən hadisələr olubmu?

-Belə hadisələr çox olub, ən sonuncusunu danışım, bunu hətta səhifəmdə izləyicilərimlə də paylaşmışdım, onlar da bəyənmişdilər. Daha öncə ailələrində xoş anların şahidi olduğum bir cütlüyün toy foto reportajını edirdim, bir-birlərinə sevgi ilə bağlı olan bir cütlükdürlər, özəlliklə – oğlan qıza. Toy əsnasında mən onların masasının yaxınlığında olarkən (bəy-gəlin masası – müəllifin qeydi) gözləmədiyim bir anda oğlan məni yanına çağırıb “Kənan, bilirsən, mən bu qızı çox sevirəm” dedi. Çox gözlənilməz idi, gülümsəyərək “Bilirəm” dedim. Üstündən aylar keçib, hələ də xoş təəssüratla xatırlayıram o anı.

  • Bu həyatda peşəniz sizə nə qazandırdı? -Peşə olaraq əsasən ailə fotoqrafiyası janrı üzrə ixtisaslaşmağa çalışıram və işimin xarakteristikası baxımından daima yeni cütlüklərlə tanış olur, daima yeni ailələrin qurulmasına, bundan daha gözəl – qurulmuş ailə üzvlərinin sayının artmasına şahidlik edirəm. Düşünün, ailə qurursunuz, ən yaxınlarınızı, ən doğmalarınızı bu xoş gününüzə dəvət edirsiniz, bir də daha öncə heç tanımadığınız birini dəvət edərək ən özəl anlarınızı onunla paylaşırsınız. Milli adətlərimizə bağlı olan həri, nişan günləri, atanın qızına xeyir dua verməsi, ananın oğluna gəlin gətirməsi, saymaqla bitməyən bu kimi gözəl hissləri görürsən, cütlüklərlə, ailələrlə birlikdə bütün bunlara sevinirsən. Bütün bu gördüklərim mənə hər zaman həyata daha pozitiv baxmağa, daha pozitiv düşünməyə stimul verir, bundan daha gözəl nə ola bilər ki?!

Facebook səhifəm mövcud olmadan çox illər öncə bir foto blogum var idi, öz adımla deyil, Maybach adlı ləqəblə açmışdım və orada həm ilk foto işlərimi həm də günlük həyatda rast gəldiyim maraqlı yazıları, məqalələri, təhsil həyatımı və s. paylaşırdım. İlk izləyicilərim məhz həmin blogumun istifadəçiləri idi, həmin izləyicilərin böyük əksəriyyətini bugün də xatırlayıram, bir qismi indinin özündə də sənətimi izləməyə davam edirlər. Bugün facebook səhifəmdə 145 minə yaxın izləyici var və onların hər biri mənim üçün dəyərlidir. İzləyicilərimin yazdıqları hər bir şərhi, hər bir fikri oxuyuram və fiziki zaman imkanları daxilində cavablandırmağa, onlarla ünsiyyətdə olmağa çalışıram. Əgər bir insan olaraq dünyagörüşümün formalaşmasında müəllimlərimə və ailəmə borcluyamsa, Kənan Məcidov olmağıma görə – izləyicimə borcluyam. Hər nə qədər işimi çox sevsəm də, fotoqraf olaraq uğur əldə etməyimdə – izləyicimin verdiyi dəstəyin rolu çox böyükdür. İllər sonra fotoqraf olaraq hansı pillədə olacağımdan asılı olmayaraq qazandığım izləyici sevgisini hər zaman qorumağa çalışacağam.

  • Sizin işiniz əslində bir növ psixoloqun işi ilə oxşardır. Hər iki peşə də bilavasitə insanlara işləyir, insanların özəl həyatına daxil olur müəyyən dərəcədə. İnsan xasiyyəti isə rəng çalarları qədər müxtəlifdir. Fotosessiya etdiyiniz insanların kaprizlərinə qarşı necə reaksiya verirsiniz? -Bunları səbrlə qarşılayıram, düşünürəm ki, insan həyatı boyunca bir dəfə love story fotosessiyası edir, bir dəfə nişanlanır, toyu bir dəfə olur, övladının ilk doğum gününü bir dəfə qeyd edir və s. Əgər yüzlərlə digər fotoqraf arasında cütlük məni seçibsə, onları anlamağa çalışır, özümü cütlüyün yerinə qoyub onları hiss etməyə cəhd edirəm. Müsahibəni, cütlüklərimdən kimsə oxusa, əminəm ki, bu məqamı təsdiqləyəcəklər. -Düşünürəm ki, insanlarla bu qədər iç-içə çalışarkən insan sərrafı olmusunuz yəqin ki… Heç olubmu ki, hansısa sifarişdən imtina edəsiniz?

Bəzən olur, sonuncu dəfə payız mövsümündə iki cütlüklə əməkdaşlıqdan imtina etdim. Bilirsiniz, insanlar işlərimi izləyir, digərləri ilə müqayisə edir, bəyənirlər, lakin, sıra özlərinə gələrkən, öz sevgilərini yaşamaq istəmirlər, görüş zamanı bir-birləri ilə danışmırlar, yola getmirlər və ya toy günlərində bir bayram günündə olduğu tək ürəkdən sevinmirlər, şadlanmırlar. Bunun, müxtəlif səbəbləri ola bilər və bu səbəblərə qarışmaq mənim həddimə deyil. Lakin, cütlük sevgi hekayələrini ən gözəl halda fotolarda görmək istəyirlərsə, ilk növbədə – onlar həmin sevgini yaşamalıdırlar ki, mən o sevgini görüm, hiss edim, ondan sonra fotolara həkk edim. Bu sevgi olmayanda əməkdaşlıq çətin olur, onlara da, mənə də. Mənə müraciət edən heç bir cütlüyün qəlbini qırmaq istəmərəm, lakin, mən sehrbaz deyiləm – fotoqrafam, sevgi yoxdursa mən sevgi hekayəsinin foto-romanını ortaya çıxara bilmərəm. Təəssüf edirəm ki, belə hallar olur, sevinirəm ki, az olur; özəlliklə son illər aralarında çox səmimi sevgi münasibətləri, maraqlı tanışlıq hekayələri olan və ən əsası – gözəl ailələrə sahib cütlüklər müraciət edirlər əməkdaşlıq üçün. Hər zaman deyirəm, cütlüyüm çox az olsun, amma, çox sevgi dolu cütlüklər olsun, biz də onların sevgilərinə, xoşbəxtliklərinə baxıb sevinək.

  • Cütlüklərlə işləyən zaman ən çox çətinlik yaradan məqamlar hansılar olur?

Əsas çətinlik – cütlüklərin aylardır hazırlaşdıqları ən önəmli günlərində, istər nişan, istər toy olsun, baş verən kiçik bir olumsuz hadisənin, pozulan kiçik bir planın günün qalan qismində onların əhval-ruhiyyələrinə, bunun da birbaşa – həmin gündən geri qalacaq fotolara təsir etməsidir. Elə anlar olur ki, təcrübəm sayəsində bunun qarşısını ala bilirəm; bəzən isə insan psixologiyasını dəyişmək mümkünsüz olur. Bir hadisə danışım. Ötən sentyabr ayında bir cütlüyüm vardı, çox gözəl love story fotosessiyalarını etmişdik, gəlinin xına günündə də onlarla birlikdə idim. Toy günü bəyin evdə hazırlığını çəkməyə təzəcə başlamışdım ki, bəy barmağına üzüyünü taxmaq istəyəndə – üzüyünü tapa bilmədi. Az sonra ailəsi ilə birlikdə gəlinin ardınca gedəcəkdilər, bəy isə üzüyünü evdə hara qoyduğunu unutmuşdu. Bir tərəfdən ailə üzvlərinin üzüyü axtaranadək keçirdikləri həyəcan, digər tərəfdən bəyin özünün yaşadığı stress həmin gün bəy evində gözəl çəkiliş etməyə əngəl oldu. Günün qalan qismində uğurlu kadrlar oldu, təkcə bəy evində yox. Həmçinin, bir neçə dəfə olub, səhər salonda hazırlıq zamanı yığılan saç düzümü və ya edilən makiaj gəlinin arzuladığı, ürəyi istədiyi kimi olmayıb, stress keçirməyinə, göz yaşlarına səbəb olub ki, bunun da unudulmasına saatlarca zaman lazım. Bu cür hallar bəzən olur və insan hisslərinin xoşagəlməz məqamları dəf edə bilməməsi çətinliklər yaradır.

  • Etiraf etmək lazımdır ki, bugün cəmiyyətdə insanlara stress,əsəb, gərginlik gətirən minlərlə faktor içərisində bu müsabiqə bir rahatlama, bir ümid yaratdı sanki. Çünki insan psixologiyası elə bir mövhumdur ki, daim həyatında əskik olanlara, axtardıqlarına, tapa bilmədiklərinə və zövq aldıqlarına can atır. Və bugün sevgi insanlar üçün öz həqiqi mahiyyətini və müqəddəsliyini itirmişkən “Sevgini Paylaş” müsabiqəsi bir çıraq oldu… Hər kəs,bir-birini tanımadan sizin yandırdığınız çırağın başına toplaşdı. Maraqlısı isə odur ki, gündəlik həyatdakı insanlararası kəskin aqressiyaya baxmayaraq bu müsabiqə çərçivəsində insanlar heç tanımadıqları kəslərə öz səmimi hisslərini, xoş sözlərini, gözəl arzularını bildirə bildilər. Bir növ mümkünsüzü mümkün etdiniz!Bəs maraqlıdır, Kənan bəy üçün sevgi hansı anlamı ifadə edir?
  • Şəxsi ev kitabxanımda mövcud olan kitablarım arasında bir kitab var, Adnan Binyazar “Ölümün gölgesi yok” adlı. Sevgi üzərinə oxuduğum ən təsirli əsərlidir deyə bilərəm. Orada belə bir cümlə var ki, “…Sevgi beslediğimiz birine dünyanın lafını etsek, yine de geride söylenecek çok söz kalıyor. Yüzlerce sözcük dilimin ucuna geliyor, yine kaçıyordu…”. Əsəri oxuduğum zamandan bəri bu fikir hər zaman ağlımdadır, odur ki, sevgiyə baxışımı, gördüyüm sevgi anlamını sözlərlə yox – fotolarımda təsvir etməyə çalışıram. Həyatlarının ən xoşbəxt günlərini mənimlə bölüşmək istəyən cütlüklər də – öz sevgilərini məhz mənim gözlərimlə görmək istəyən cütlüklərdir.
  • Qayıdaq biraz keçmişə…. maraqlıdır peşəniz ixtisasınızdırmı?

İxtisasım – mühəndisdir. Əgər fotoqrafiya sənətinə hobbi olaraq başlamışamsa, mühəndislik – düşüncəli olaraq seçdiyim sahə idi. Aralıqsız olaraq 5 ilə yaxın bu sahədə işlədiyim zaman ərzində fotoqrafiya ilə eyni anda məşqul olmağa davam etdim; 9-dan 6-ya mühəndis kimi, axşam 6-dan sonra isə foto-reportyor kimi. Sonra bir zaman gəldi ki, artıq iki işi eyni anda davam etdirmək çətinləşməyə başladı və mən seçim edib xəyallarımın arxasınca getdim. Hər nə qədər o işimi sevsəm də, fotoqrafiya mənim həyat tərzimdir, həyatımın özüdür.

  • Əl işləriniz, yaratdığınız “əsərlər”(fotolar) göstərir ki,Kənan Məcidov zəngin və yaradıcı bir daxili aləmə və özünəməxsus bir xəyal dünyasına malikdir. Bugünki Kənan Məcidovun xəyalları ilə illər öncə, hələ bu sənətə yeni paşlayan Kənan Məcidovun xəyalları arasında hansı fərqlər var?

Çox böyük fərqlər var. İstanbulda magistratura təhsilimi alarkən, bir ara Eminönü səmtindən Ayazağa səmtinə 29T nömrəli avtobusla gedirdim dərsə. Mindiyim dayanacaq avtobusun ilk dayanacağı olduğu üçün boş olardı və hər zaman ən arxa çərgədə oturub 1-1.5 saatlıq yol boyunca gələcəyi xəyal edərdim (həmin oturacaq digər oturacaqlara nisbətən ən hündür idi və sevdiyim musiqiləri dinləyərək yandakı geniş pəncərəsindən bütün ətrafı seyr etmək imkanı olurdu). Sizə, tam səmimi deyəcəyəm, illər öncə bugün olduğum yerə gələcəyimi xəyal etmirdim. Məhz bu məqamı, hətta olduğu kimi online günlüyümdə də qeyd etmişdim bir müddət öncə.

  • İllərdir peşəkar fəaliyyətlə məşğulsunuz. Heç elə bir hadisə, elə bir an oldumuki,fotoqraf olduğunuz üçün sizdə ani də olsa peşmançılıq hissi yaratmış olsun?

Foto-reportyorluq fəaliyyətimdə ara-sıra belə məqamlar olub. Gənclərimizin, əsgər ölümlərinə qarşı keçirdikləri etiraz mitinqlərində gördüklərimin və lentə aldıqlarımın müstəqil ölkəmizdə yenidən təkrar olunmamasını arzulayıram.

  • Bugün Kənan Məcidov bir brenddir. Sadəcə bir fotoqraf kimi deyil, bir insan, bir dost kimi özünüzə böyük bir fanat ordusu yaratmısınız. Bu necə baş verdi? Bugünkü Kənan Məcidov olmanızda minnətdar olduğunuz kəslər varmı?

Düşüncə jurnalının bu dəfəki müsahibi peşəkar fotoqraf olmaqla yanaşı gözəl insani xüsusiyyətləri, səmimi aurası və bugün Azərbaycanda fotoqrafiya sahəsində “brend” sayıla biləcək bir isimdir. Kənan Məcidov – minlərlə sevgiyə, xoş günlərə şahid olan və onları öz dəsti -xətti ilə ölümsüzləşdirən şəxs! Kənan Məcidov – minlərlə insanın maraqla, sevgilə,həyəcanla izlədiyi şəxs! Bügün Kənan Məcidov dünyasına səyahət etməyə hazır olun…

  • Bu yaxınlarda sosial şəbəkədə keçirdiyiniz “Sevgini Paylaş” müsabiqəsi sözün həqiqi mənasında böyük marağa və səs-küyə səbəb oldu. Həyata keçirməklə bir ilkə imza atdığınız bu layihəni planlayarkən bu qədər böyük bir uğur gözləyirdinizmi?

Sözün doğrusu, layihənin ən az ötən il keçirdiyimiz “1 share – 1 arzu” qədər maraqla qarşılanacağını təxmin etsək də, bu qədər böyük marağa səbəb olacağını gözləmirdim. Müsabiqə boyunca 100 cütlük bir-birindən fərqli, bənzərsiz, maraqlı olan tanışlıq, evlilik, bir sözlə öz sevgi hekayələrini yazıb bizim vasitəmizlə yüz minlərlə izləyici, tanımadığı insanla bölüşdü. Bu 100 cütlükdən başqa xeyli sayda cütlük öz hekayəsini, öz valideynlərinin, hətta nənə və babalarının belə hekayələrini yazıb göndərdi mənə, müsabiqəyə qoşulmaq üçün yox, sadəcə mənimlə bölüşmək istədikləri üçün.

  • Sevgi paylaşdıqca böyüyərmiş. Bu deyimi “Sevgini paylaş” müsabiqəsi bir daha sübuta yetirmiş oldu. Siz bir-birini sevən, illərdir ailəli olan cütlükləri bir növ ayıltdınız, öz sevgi hekayələrini yazarkən bir-birlərinə yenidən aşiq etdiniz, fərqindəlik qazandırdınız. Bu hekayələri oxuyarkən nə hiss etdiniz, özünüz üçün kəşf etdiyiniz nələrsə oldumu həyat adına?

Sözlə izah edilməsi çox çətin hisslərdir. Düşünün, o ərəfədə toy foto-reportajlarımın aktiv olduğu bir dönəm idi, bütün günü çəkilişdə olurdum, gecə evə gəlib gün ərzində göndərilmiş hekayələri oxuyurdum, növbəti gün paylaşım üçün lazımi korreksiya işlərini görürdüm. Hekayələri oxuduqca heyrətləndiyim, təəccübləndiyim, gülümsədiyim, kədərləndiyim,türklər demiş, özlüyümdə “vay bee!” dediyim məqamlar olurdu. Əsrlər boyunca dahi sənətkarların, yazıçıların, bəstəkarların üzərinə ölümsüz əsərlər yaratdığı, üstündə üsyanlar, savaşlar belə başladığı – sevgi mövhumunun heç nəyə baxmayaraq, nə olursa olsun bugün də mövcud olduğuna inandım bu hekayələri oxuduqca.

Leave a comment

Your email address will not be published.