Tibbdə səbəbi çox dəqiq bilinməyən xəstəlikləri əsasən multifaktorial (çoxsəbəbli) səbəblərlə əlaqələndirilər. Şizofreniya da səbəbi dəqiq bilinməyən xəstəliklərdəndir. Yaranmasında həm genetikanın, həm sosial stressin, həyat tərzinin, insanın tərbiyə olduğu mühitin rolu var. Son vaxtlarda bu xəstəliyin yaranmasında müəyyən mutasiyaları da günahlandırırlar. Misal üçün, hamiləlik dövründə ananın siqaretdən istifadəsi, spirtli içki və ya müəyyən dərmanların qəbulu, uşaqlıq dövründə qəbul etdiyi müəyyən dərmanların təsiri və s. kimi səbəbləri var.

  • Klinik xəstəliklərdə görülən hansı maraqlı simptomatikalarla rastlaşmısınız?
  • Çox rastlaşmışam. Məsələn, tik xəstəliyi ilə. Bu xəstəlikdən əsasən uşaqlar əziyyət çəkir. Bu xəstəliyin maraqlı xüsusiyyətləri var. Tik xəstəliyindən əziyyət çəkənlər özündən asılı olmadan qeyri-adi hərəkətlər edirlər. Misal üçün, çiyin oynatma, baş oynatma və ya səs çıxartma kimi. Səs çıxartma bəzən köpək hürməsi kimi, burun çəkməsi kimi də ola bilər. Bu səs çıxartma partlayıcı söyüş söymə kimi də özünü birüzə verə bilər. Misal üçün, uşağı gətirirlər ki, bu uşaq tərbiyəsizdir. Müayinə edib görürük ki, uşağın tiki var. Özündən asılı olmadan, partlayıcı şəkildə biyabırçı söyüş söyür. Uşağa baxırsınız. Normaldır, məktəbə gedir, hanısısa işlə məşğul olur və s. Amma özünü idarə edə bilmir. Bunun tik olduğunu ailə üzvləri və məktəb mühiti anlamır. Diqqət əskikliyi və ya hiperaktivlik sindromunun da maraqlı simptomatikaları var. İntelektual səviyyənin nisbi olaraq daha aşağı olan yerlərdə, rayon və kəndlərdə valideynlər hiperaktiv uşaqları dəcəl, nadinc kimi qəbul edərək döyülürlər. Amma bu uşaqları həkim müayinə etdikdə görür ki, onlarda hiperaktivlik sindromu var. Bu uşaqalrın müalicəyə ehtiyacı var. Bəsit bir müalicə ilə dəcəl uşaq bir-iki günə normal uşaq olur.
  • Sizə daha çox hansı şikayətlərlə müraciət edirlər?
  • Şikayətlər daha çox tiklərlə bağlıdır. Təşviş pozuntuları, depressiyaya görə də şikayət edənlər olur. Bundan başqa psixi gərginliklə, psixosomatik problemlərlə bağlı da şikayət edənlər olur. Məsələn, saç tökülmələri və ya bəzi dəri xəstəlikləri var ki, psixogenik mənşəlidir. Bəzi hallarda elə olur ki, xəstə baş ağrısından əziyyət çəkir. Həkim onun müayinə edəndə isə şiddətli ağrı verə bilən ciddi bir səbəb tapa bilmir. Və ya xəstə üəryindən şikayət edir. Ürəyində isə heç bir problem yoxdur. Bu tip ağrılar psixogenik mənşəlidir.
  • Psixiatriyadan başı çıxmayan adama hansısa bir ağrının psixogenik olması qəribə gələ bilər. Siz onlara ağrılarının, narahatlıqlarının səbəblərini necə izah edirsiniz? -Belə xəstələrə sadə şəkildə vegativ sinir sistemini izah edirəm. Misal üçün, insan əlini, qolunu qaldırmağına nəzarət edə bilər. Amma ürək döyüntüsünə nəzarət edə bilməz? Və ya insan qan təzyiqini nəzarət edə bilərmi? İnsan mədə bağırsağın işləməsinə, qara ciyərinin qan süzməsinə, yağları parçalamasına və ya mədənin şirə ifrazına nəzarət edə bilərmi? Yox. Bunlar hamısı vegetativ sinir sisteminin nəzarətindədir. Bir balaca qorxan kimi, həyacanlanan kimi ürək döyünməyə başlayır. Bir az əsəbləşən kimi təzyiq qalxır və s. Mən xəstəyə izah edirəm ki, qorxu, əsəb emosiyadır. Bəs, emosiya bədəni idarə edə bilər? İdarə edə bilər, beyin yolu ilə. Emosiya da, bədən də beyinlə əlaqəlidir. Biz qorxduqda ürəyimiz tez-tez döyünür. Həyacan keçirmədiyimiz vaxt isə ürəyimiz normal ritmdə döyünür. Amma ürəyin döyüntüsü yerli-yersiz tezləşdikdə, səbəbsiz hər şeydən qorxduqda artıq burada xəstəlikdən söhbət gedir. Psixi sarsıntılar ağrılara, boğulmaya, dəri səpkilərinə və s. səbəb olur. -Psixi sağlamlığı qorumaq üçün nə etmək lazımdır?
  • Psixi sağlamlığı qorumaq üçün düzgün həyat tərzi sürmək, stress və mənfi fikirlərdən uzaq olmaq vacibdir. Birinci növbədə narkotik vasitələr qəbul etməmək, spirtli içkilərin qəbulunda həddi gözələmək lazımdır. Psixi sağlamlıq üçün yuxu rejimi və düzgün qidalanma da vacib rol oynayır. Həddindən çox enerjili içkilər, kofe, tünd çay içmək də məsləhət deyil. Təmiz havada tez-tez gəzmək, aktiv həyat tərzi sürməyin xeyri isə əvəzsizdir. Ümumiyyətlə, bədənin sağlamlığını qorumaq vacibdir. Belə ki, bədənin sağlamlığını qorumaq psixi sağlamlığı qorumaq deməkdir.

dushunce.az

“Düşüncə” jurnalının bu sayının qonağı Memoriya klinikasının rəhbəri, Uzman Psixiatr İkram Rüstəmovdur. İşinin mütəxəssisi İ.Rüstəmov jurnalımıza psixiatriya, onun şəsxi həyata təsiri, ağır psixi xəstəliklər, şizofreniya və nevroloji tiklər barədə danışdı.
İkram Rüstəmov 1981-ci il mayın 5-də Laçında dünyaya göz açıb. 7-ci sinifə qədər orada təhsil alıb. Sonradan isə təhsilini Bakıda davam etdirib.
2003-2009 illərdə uşaq psixiatriyası və uşaq nevrologiyası üzrə 5 illik rezidentura proqramını keçib uşaqlıq depressiyasında vizual diqqət problemləri ilə əlaqəli dissertasiyanı müdaifə edib həkim psixiatrı, uşaq psixiatrı mütəxəssisi adını alıb. Evlidir, iki övladı var.
Necə oldu ki, psixiatr olmağa qərar verdiniz?
Əslində, psixiatr olmağı düşünmürdüm. Lakin təhsilimi davam etdirdikcə bu sahəyə həvəsim artırdı. “Beyinlə işləmək” mənə çox maraqlı gəlirdi. Bu səbəbdən də Türkiyəyə gedib uşaq psixiatriyası üzrə ixtisaslaşmağı qərara aldım. Bu il artıq 9 il tamam olacaq ki, psixiatr kimi fəaliyyət göstərirəm.
Psixiatriya sizin üçün nə deməkdir?
Psixiatriya mənim üçün ucu-bucağı olmayan tükənməz bir elmdir. Bu sahədə hər dəfə yeniliklərlə qarşılaşırsan. Bir psixi xəstə heç vaxt o birinə tam bənzəmir. Hər dəfə xəstəliyin yeni xüsusiyyətləri üzə çıxır. İlk dəfə qarşılaşdığımız klinik vəziyyətlərlə də işləyirik. Bu terapiyada və ya cərrahiyyədə belə deyil. Eyni xəstəlikdən əziyyət çəkən xəsətələrin fərqli cəhətləri olsa da, mütləq xəstəliyin gedişatında ümumi oxşarlıq olur. Psixiatriyada isə hər xəstə fərqlidir. Həm də psixiatrın gördüyü işi ondan başqa heç kim görə bilmir. Yəni ki, bir boğaz infeksiyasını terapevt də, boğaz həkimi də müalicə edə bilər. Amma psixiatriyada elə bir xəstəlik yoxdur ki, onu tam mənası ilə anlayıb müalicə edə bilən ikinci ixtisas sahibi olsun. Psixi xəstələri yalnız psixiatrlar müalicə edə bilir.
Şəxsi həyatınıza psixiatriya necə təsir edir?
Müsbət. Düzdür, mən o, fikirlə razı deyiləm ki, insan bir elmi öyrəndikcə onu öz həyatına da tədbiq etmək qabiliyyətini qazanır. Amma psixiatr olmağın özü insana xüsusi dünya görüşü qazandırır. Psixiatr olmaq insana həyatı dərk etməyə kömək edir. Həm öz, həm də başqalarının hisslərini anlaya bilirsən. Psixiatriyanı bilmək gündəlik həyat tərzinizə, ümumiyyətlə, həyatın hər bir sahəsinə müsbət təsir göstərri.
İşinizdən yorulduğunuz anlar olurmu?
Əlbətdə olur. Bunu bütün psixiatrlar çox yaxşı bilir ki, bizim işimizin yorucu tərəfləri də var. Hətta başqa peşənin sahibləri də psixi xəstə ilə işləməyin nə qədər ağır olduğunu təsəvvür edirlər. Zehni iş insanı çox yorur. Amma mən bunu bir əziyyət kimi görmürəm. Çünki işimi çox sevirəm. Psixiatriya həyatıma ancaq əlvan rəng qatır.
Yəqin ki, yorğunluğu azaltmağın yollarını bilirsiniz? İşində yorulmamaq, daha həvəsli olmaq üçün başqa psixiatrlara nə məsləhət görürsünüz?
Ən əsası gümrah olmaq üçün aktiv həyat tərzi sürmək çox önəmlidir. Fiziki məşğələlərə vaxt ayırmaq lazımdır. Bundan başqa, təbiət qoynunda, insanların az olduğu, səs-küydən uzaq yerlərdə dincəlməyin insanın sağlamlığına, psixikasına müsbət təsiri var. Meşəlikdə, çəmənlikdə təbiətlə harmoniyada olmaq, quşların səsini eşitmək istər-istəməz insanı dincəldir. Həftənin sonunda iki gün təbiət qoynunda dincəlməyin xüsusi rahatlaşdırcı təsiri var. Bir də qeyd edirəm ki, aktiv həyat tərzi sürmək, daim hərəkətdə olmaq lazımdır. Xüsusilə də bizim iş oturaq olduğu üçün bədənin aktiv fəaliyyətini tənzimləmək vacibdir. Rejimlə yaşamaq, vaxtında yatmaq, səhər tez durmağa çalışmaq, eyni vaxtlarda qidalanmaq lazımdır. Qidalanmaya fikir vermək, meyvə və tərəvəz çoz yemək də məsləhətdir. Bütün bunlar yorğunluğu aradan qaldırmağa kömək edir. İnsanın şəxsi həyatında hər şeyin qaydasında olması da çox əhəmiyyətlidir. Düzdür, hamının öz dərdi, problemi var. Amma ailə səadəti, mehribanlıq, sevgi çox vaxt insanı rahatlaşdırmağa bəs edir. Başqa şeyə ehtiyac qalmır.
Psixiatriya çox maraqlı sahədir. Yəqin ki, sizi təəcübləndirən xəstələr az deyil?
Hər bir xəstə özü elə yenilikdir. Hər bir xəstənin xəstəliyi birüzə verməsi çox fərqlidir. Gündəlik qarşılaşdığımız xəstəliklər belə psixatriyada hər dəfə fərqli “prezentasiya” ilə təqdim olunur. Bu işin elə maraqlı tərəfi də odur. Misal üçün, ağır xəstəlik olan şizofreniyanın o qədər fərqli xüsusiyyətlərini görürük. Bundan başqa, tik xəstəliklərində də maraqlı, tam tədqiq olunmayan məqamlar var.
Cəmiyyətdə insanların bir faizinin əziyyət çəkdiyi ağır xəstəlik olan şizofreniyanın səbəbləri nədir?

Leave a comment

Your email address will not be published.