Cinsi azlıq məsələsi necə həll edilməli? -Şopenhauer

Artur Şopenhauerin homoseksuallıq haqqında düşüncələrini təqdim edir.

Üzümüzü çevirib Asiyaya baxsaq, dünyanın bu hissəsindəki bütün ölkələrin, ən qədim çağlardan başlayaraq, günümüzə qədər bu böyük ayıbla yaşadığını asanlıqla görə bilərik. Şairlərini qadınlara qarşı duyduqları məhəbbətdən çox, kişilərə olan məhəbbəti ilə tanıdığımız Şərq ölkələri, o cümlədən, hind və çin xalqları bu mövzuda xeyli irəliləyiblər. Sədinin məşhur “Gülüstan” əsərinə diqqət yetirsəniz, kitabda yer alan bütün məhəbbətlərin bu növdən olduğunu aydın sezə bilərsiniz. İbrahimilərə də bu ayıb yad deyildi. Çünki Tövratda da, İncildə də bu münasibətlər ayıb və günah olaraq vurğulanır. Nəhayət, xristian Avropasında din, qanunlar və ictimai rəy bütün varlığıyla bu prosesə qarşı çıxmağa, onun önünü kəsməyə çalışıb.

Orta dövrlərdə bütün Avropada bu əməl ölüm hökmü ilə cəzalandırılırdı. Fransada hələ XVI əsrdə homoseksuallığın cəzası diri-diri tonqalda yandırılmaq idi. İngiltərədə də mövcud olan bu ölüm cəzası bir neçə əsr öz aktuallığını qoruyub saxladı.

Özü-özlüyündə xəstəlik hesab olunan, təbiətə etiraz kimi dəyərləndirilən bu əməl, həm də insanı diksindirən, iyrənc, tükürpədici bir hadisədir. Nədənsə, dünya təcrübəsinə baxdıqda biz bu mənzərənin tam əksi ilə rastlaşırıq: homoseksuallıq iyrəncliyinə, ayıblığına, xəstəlik olmasına baxmayaraq, hər zaman dünyanın müxtəlif ölkələri tərəfindən normal qəbul edilib. Məsələn, Yunan və Roma tarixinə nəzər salsaq, görərik ki, homoseksuallıq bu ərazilərdə geniş yayılmışdı və utanıb-çəkinmədən insanlar bunu nümayiş etdirirdilər. Bu mövzuda antik yazıçı və müəlliflər öz əsərlərində kifayət qədər yazıblar. Qədim Yunanıstanda homoseksualların məhəbbəti haqda əsərlər yazmaqla kifayətlənməyən yazıçılar hətta bunu allahlara da aid etmiş, homoseksual tanrılardan da yazılar yazıblar.

Filosoflar da bu mövzuya biganə yanaşmayıblar. Məsələn, Platon və onun tərəfdarları bu məhəbbətə qadınla kişi arasında olan məhəbbətdən daha ali yanaşırdılar. Daha sonralar Siseron yaradıcılığında da homoseksual məhəbbətə rast gəlmək olur.

Bütün bunları nəzərə alsaq, görərik ki, homoseksuallıq tarix boyu çoxsaylı qadağa və cəzalara baxmayaraq mövcudluğunu qoruyub saxlaya bilib. Deməli, bütün qadağalara, təbiət qanunlarına zidd olmasına baxmayaraq, homoseksuallıq öz varlığını qoruyub saxlaya bilibsə, o, özü də bir təbiət qanunauyğunluğudur. Bununla da, qarşımıza çox böyük bir paradoks çıxır. Səmimi olsaq, dərk edərik ki, homoseksuallıq təbiətə qarşı çıxmaqla yanaşı, həm də təbiət qanunlarına tabe olmaqdır.

Təbiət, sadəcə, fiziki olanı tanımaq və qəbul etmək iqtidarındadır, əxlaqi olanı deyil. Lakin Asiyada, Şərqdə baş verənlər bizə göstərir ki, əgər bu əməl – homoseksuallıq cəzalandırılmasa və qarşısı alınmasa, insanlar bir-birindən cəsarət almağa, bunu daha da yaymağa başlayacaqlar. Məhz bu səbəbdən Avropa istər qanun, istər din, istərsə də əxlaq mövqeyindən məsələyə yanaşır və onu tənqid edirlər. Evlilik sözügedən prosesin qarşısı alınması üçün mövcud olan ən yaxşı vasitələrdən biridir. Homoseksuallar bir-biri ilə evlənə bilməzlər, elədir? Deməli, qanunlara, əxlaqa, cəmiyyətə və dinə qarşı çıxmağa cəsarət edən azsaylı homoseksuallıq öz kişi sevgilisi uğrunda həm də gələcək ailə həyatından imtina etməlidir. Bunu isə çox az adam edə bilər.

Hər halda araşdırmağa çalışdığımız şey budur: əgər insanlara öz istədikləri kimi yaşamağa, seçimlərində sərbəstliyə icazə versək, gələcəyimiz hara gedəcək? Bilirik ki, homoseksuallar nəsil artırmaqda acizdirlər. Yüksələn xətlə inkişaf edən bu xəstəliyin qarşısının alınmaması gələcəkdə nəsil artırmada çoxsaylı problemlərə gətirib çıxaracaq.

Mən təklif edirəm ki, bu prosesin qarşısını almaq üçün homoseksuallara əxlaq, qanun, din qadağaları qoyulmasın, onlara məsələnin mahiyyəti, təbiət sirləri izah olunsun.

kult.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər