Şəkillərdən birini seçin (PSİXOLOJİ TEST)

Şəkillərdən xoşunuza gələni seçin

1 – Comərd və mənəvi

Siz daha da yaxşı olmağa çalışırsınız. Sizin ambisiyilarınız və standartlarınızı çox yüksəkdir. Adamlara elə gələ bilər ki, sizinlə münasibət çətindir, amma sizə ən çətin gələn elə özünüzsünüz. Siz işinizə can qoyursunuz və eqoist deyilsiniz. Siz çox işləyirsiniz, çünki dünyanı daha da yaxşılaşdırmağa çalışırsınız. Siz insanları sizi yaralayana qədər sevirsiniz. Amma yaralasalar… yenə də sevməyə davam edirsiniz. Çox az insan sizin etdiklərinizi həqiqətən qiymətləndirə bilər.

2 – Cəlbedici və düzgün

Siz məsuliyyətli insansınız və başqalarının qayğısına qalmağı sevirsiniz. Siz vicdanlı işə inanırsınız və asanlıqla üzərinizə məsuliyyət götürürüsünüz. Sizin yaxşı xasiyyətiniz var. Siz parlaq, cəld və zəkalısınız. Sizdə həmişə danışılası maraqlı şeylər var.

3 – Ağıllı və düşüncəli

Siz əla mütəfəkkirsiniz. Sizin düşüncələriniz və ideyalarınız çox vacibdir. Siz öz nəzəriyyələrinizi və baxışlarınızı təklikdə düşünməyi sevirsiniz. Siz introvertsiniz. Siz düşünməyi və öyrənməyi sevənlərlə yaxşı yola gedirsiniz. Siz heç vaxt özünüzü üstün görmürsünüz. Siz mənəvi şeyləri düşünmək üçün çox vaxt sərf edirsiniz. Siz hər şeyi düzgün etməyə çalışırsınız, hətta çoxluq sizin əleyhinizə olsa belə.

4 – Dərin və fəlsəfi

Siz çox unikal ruhsunuz. Sizin ətrafınzıdakılar heç biri sizə bənzəmirlər. Siz intuitiv və bir az qəribəsiniz. Sizi çox vaxt düz başa düşmürlər, bu da sizi incidir. Sizə öz şəxsi sahəniz çox vacibdir. Siz öz yaradacılığınızı artırmalısınız, ətrafınız sizin yaradıcılığınıza hörmət etməlidir. Siz həyatın işıqlı və qaranlıq tərəfini görməyi bacaran adamsınız. Siz çox emosionalsınız.

5 – Özünə əmin və dominant(idarəçi)

Siz çox azadsınız. Sizin prinsipiniz”mən özüm edəcəyəm”dir. Yalnız özünüzə arxayınsınız. Siz özünüzçün və sevdiklərinizçün güclü qala bilirsiniz. Siz nə istədiyiizi bilirsiniz və onun dalınca getməkdən qorxmursunuz. İnsanlardan istədiyiniz tək şey onların sizə qarşı səmimi olmasıdır. Siz düzgünlüyə hazırsınız.

6 – Heyrətamiz və enerjili

Siz əyləncəli və gülməli insansınız. Siz dünyayla harmoniyada yaşayırsınız. Spontansınız. Siz entuziazmla dolusunuz. Siz hər şeyə”hə”deyirsiniz,xüsusilə də söhbət macəradan gedirsə. Siz tez – tez insanları təəccübləndirib şoka salırsınız. Amma neyləmək olar… sizin təbiətiniz belədir. Sizə hər şey maraqlıdır. Əgər sizi nə isə maraqlandırırsa, onu öyrənməyənədək rahatlaşmırsınız.

7 – Xoşbəxt və dingin

Siz dəqiq və anlayışlısınız. Siz qınamadan sakitcə dinləyə bilirsiniz. Siz hər insanın həyatda öz ylu olduğuna inanırsınız. Siz hadisələri və insanları asanlıqla qəbul edirsiniz. Siz stressə dayanıqlısınız və çətin narahat olarsınız. Siz adətən rahatsınız. Həmişə vaxtınızı yaxşı keçirirsiniz və bununla yanaşı öz yolunuzdan da caymırsınız.

8 – Yaxşı və hissiyyatlı

İnsanlarla asanlıqla münasibət qurursunuz. Sizin çoxlu dostlarınız var və onların həyatını yaxşılaşdırmaq istəyirsiniz. Sizin isti və işıqlı auranız var. İnsanlar sizin yanınızda özlərini yaxşı hiss edirlər. Siz hər gün daha yaxşı olmağa çalışırsınız. Siz maraqlı, təsiredici və cəlbedici olmağa çalışırsınız. Sizə dünyada sevgi başqalarına lazım olandan daha çox lazımdır. Siz sizi sevməyənləri də sevməyə hazırsınız.

9 – Optimist və uğurlu

Siz həyatı hədiyyə sayırsınız və sizə verilən hədiyyədən bacardığınız qədər çox xeyir qazananmağa çalışırsınız. Siz həyatda nail olduqlarınızla qürur duyursunuz. Sevdiklərinizlə bütün sevinci və kədəri bölüşməyə hazırsınız. Həyata çox sağlam baxışınız var. Siz həmişə stəkanı yarıya kimi dolu görürsünüz. Siz bağışlamağa fürsət axtarırsınız. Siz həyatın qısa olduğunu düşünürsüz və onu gözəl keçirməyə çalışırsınız.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər