Nənələrin gözəllik sirləri

“Saçlarınızı heç bir halda 3 həftədən tez yumayın, xüsusən də buludlu gündə saç yumaq qətiyyən olmaz…” 

Bu sözlər bir neçə ölkənin gözəllik sirləri toplanan kitabda yazılıb. Kitab qadınların gözəlliyi və sağlamlığı haqqında bəhs edir. “Gözəllik və sağlamlıq məsləhətləri” kitabının müəllifi Marqaret Miksterdir. Bəs görəsən, bizim sələflərimiz gözəllik uğrunda nələri qurban verirdilər. XIX əsrdə yazılan və bu kitabda verilən gözəllik reseptlərinə əməl edən qadınları sayı az deyildi. Onların bəziləri, hətta bu gün də istifadə edilir. 

Lakin etiraf etmək lazımdır ki, onların bəziləri kifayət qədər qəribədir. Məsələn, kitabın müəllifi dərinin təmizlənməsi üçün yağışın altında gəzməyi məsləhət görür və təkidlə buludlu havada saçları yumamağı tövsiyə edirdi. Demək olar ki, bütün məsləhətlər ağ-qara fotolarda əks olunub.

Dəri gözəlliyini qorumaq üçün onu mütəmadi olaraq müxtəlif təbii yağlarla silmək lazımdır. Bu prinsip müasir qadınların da gözəllik sirlərinə daxildir.

Miss Mikster gecələr dəriyə badam yağı, ağ mum, lanolin, gəndalaş suyu və spermaset qarışığından ibarət maska çəkməyi tövsiyə edir. Bu eleksirin tərkibi maraq doğurur. Bütün bunlar XIX əsrdə həqiqətən də olub?

Saçlara gələndə Marqaret çox mühafizəkardır. Məsələn, onları tez-tez yumaq olmaz. (Qeyd edim ki, o dövrlərdə quru şampun kimi möcüzəli məhsul dövriyyədə yox idi). Kitabın müəllifi əvəzində başqa bir metod təklif edir. Bunun üçün saça əvvəlcə qarğıdalı unu çəkmək daha sonra daramaq lazımdır. Yeri gəlmişkən Marqaret öz dahiyəni gözəllik tövsiyələrində daraqdan başqasının istifadə etməyinə qətiyyən icazə vermirdi. 

“Mən gözəl və sağlam saçları olan elə bir qadın tanımıram ki, gecələr saçlarını nənəsinin darağı ilə darasın…”

Nəhayət, gəldik bədən quruluşunu qoruyan fiziki hərəkətlərə… XIX əsrdə qadınlar üçün trinajor yerinə, ev qayğıları, ev işləri mövcud idi: qab yumaq, döşəməni silmək və başqa təmizlik işləri. Bunlar artıq çəkidən xilas olmaq ən yaxşı variantdır.

kayzen.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər