Uşaqların məktəbdə bacarıqlı olmaları üçün günə səhər yeməyi ilə başlamaları şərtdir. Yetərli və düzgün səhər yeməyində diqqət edilməsi gərəkən ən əsas nöqtə isə süfrədə yumurta və bəhməzi əskik etməməkdir. Çünki hər iki qida uşaqlarda sıx rastlanan və öyrənmə pozğunluğuna yol açan dəmir çatışmazlığına qarşı qoruyur.
Səhər yeməyi günün ən əsas yeməyi olsa da, xüsusən məktəb yaşlı uşaqlar tərəfindən yeyilmir. Ancaq səhər yeməyi uzun sürən aclıqdan sonra enerji ehtiyacının qarşılanmasında, bədənin ehtiyac duyduğu ilk saatlarda nizamlı qida qəbul etməsində, qan şəkərinin nizama salınmasında əsas rol oynayır.
Araşdırmalara görə, səhər yeməyi yeyən uşaqların məktəbdə daha çox uğur qazandıqları, bacarıqlı olduqları, gec yorulduqları və səhərlər özlərini daha az ac hiss etdikləri müəyyənləşib. Bu uşaqlar bütün dərslərdən yaxşı qiymət alır, problemləri asan həll edir, dərsdə daha diqqətcil olurlar.
Uşaqlara enerji toplamaq üçün proteinlə zəngin qidalar verilməsi məsləhət görülür. Uşağınızın hər gün bir ədəd yumurta yeməlidir. Yüzdə yüz protein qaynağıdır və qan yaradır. Şokolad, mürəbbə kimi şirniyyatlar əvəzinə qan yaradan və sümüklərin inkişafına kömək edən bəhməz yesinlər. Səhər yeməyinə pomidor, xiyar və cəfəri kimi qidalar da əlavə edərək iştahanın açılmasına və bağırsaqların işləməsinə kömək edə bilərsiz. Çay dəmirin əmilməsini əngəllədiyindən səhərlər uşağınıza çay verməyin.
ailem.az