Artıq çirkin olduğunuz üçün üzülməyin!

Böyük burun, çömçə qulaqlar, geniş bir omba… Dərd etdiyiniz bu fiziki xüsusiyyətlərinizin əslində sağlığınıza faydalı olduğunu bilsəniz, bu, sizin üçün bir təsəlli ola bilərmi?

Ailem.az yeni araşdırmalara əsasən, çirkin olmağın faydaları barədə maraqlı material təqdim edir.

Araşdırmalara görə böyük omba xolesterolu azaldıb, damar sərtləşmələrini əngəlləyir. Böyük omba şəkər xəstəliyi riskini də ortadan qaldırır. Ombadakı yağlar tampon rolunu yerinə yetirib yağ asitlərini təmizləyir.

Araşdırmalara görə böyük döşlər kiçik döşlərdən daha az həssasdır. Belə ki, kiçik döşlərin ucundakı sinirlər daha gərgindir.

Böyük qulaqlar qocalıqla bərabər ortaya çıxan eşitmə itkisini əngəlləyə bilər. Qulaq daha böyük olanda qulaq kanalına daha çox səs axını daxil olduğu deyilir.

Qısa, qalın barmaqlar insanlara daha yaxşı qaçmağa kömək edir. Uzun barmaqlarla bir iş görmək üçün daha çox enerji sərf etmək lazım gəlir. Bundan başqa uzun barmaqlar daha çox yaralanmağa məruz qalır.

Qısa ayaqlar daha qalın sümüklü olurlar. Və bu cür ayaqlar yaşlılıq üçün üstünlükdür. Yaşlı vaxtlarda yaşanan osterepoz və sümük qırılmaları üçün qalın sümüklərə sahib olmaq bir avantajdır.

Böyük burun bədənin infeksiyaya yoluxmasına səbəb olan bakteriyaları tənəffüslə almağımızı əngəlləyir.

Bundan başqa gözəllik qüsuru hesab edilən qalın qaşlar, ağ saçlar, təbii qırışlar, aralı dişlər artıq trendə çevrilib. İndi qadınlar gözəl görünmək üçün özlərində qüsur axtarırlar.

Leave a comment

Your email address will not be published.