- Hər gün 3 l su içməyə vərdiş edin.
Ay yarım müddətində hər yarım saatdan bir 30 q su için. - Heç vaxt – canınız ağrıyarkən, zehni və fiziki halsızlıq şəraitində, yorğun halda, təlatüm içində və qızdırma yüksək olanda qida qəbul etməyin. Bundansa, qidadan imtina etmək faydalıdır. Xatırladım ki, şüursuz heyvanlar məhz belə edir.
- Yalnız aclıq hiss edəndə yeyin. Yeməyə 10 – 15 dəq. qalmış 200 q su için.
- Yemək vaxtı su içməyin! Çünki su 10 dəqiqədən sonra mədəni tərk edir, özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Bu da həzmolmanı pozur.
- Soyuq içkiləri içmək və soyuq xörəkləri yemək mədədə enzimlərin (həzmedici şirələrin) fəaliyyətini dondurur. Mədə normal hərarətə çatana qədər enzim ifraz etmir və nəticədə zədələnir. Dondurma yemək – Mədənin zərif toxuması üzərinə buz parçası qoymaq kimi bir şeydir.
- Çox isti çay içmək və çox isti xörək yemək də enzimlərin ifrazını dayandırır və mədənin zədələnməsinə səbəb olur.
- Kofe, çay, şokolad, kakao, ət bulyonları, hisə verilmiş ətlər və s. bu rasiondan olan qidalar tokshik təsirə malikdir, bədəndə yüksək dərəcədə sidik turşusu yaradırlar.
Daha çox bal, quruldulmuş və şirin meyvələrə üstünluk verin. - Əsasən, çiy və təbii qidaları (tərəvəz, meyvə, tumlar, qoz, fındıq, badam) yeyin.
- Xörəkləri qarışdırmayın! Bir neçə növ xörəyin eyni vaxtda qəbul edilməsi – həzmolunmanı çətinləşdirir.
Müxtəlif qidaları eyni vaxtda yemək orqanizmə ziyandır. Çünki hər qida növü üçün ayrıca şirə ayrılır. Qidalar qarışanda – bir qida növü həzm olunur, digərləri isə həzm olunmur. - Səhər yeməyini yaxşı olardi ki, şirəli meyvələrdən başlayasınız. 2-3 qoz əlavə etmək yerinə düşər.
- Gün ərzində ən az 1 qab tərəvəz salatı yemək lazımdır.
- Yağlardan mümkün qədər az istifadə edin. Yadda saxlayın : yağların hamısı həzmolmanı yubadır.
- Bütün yeməkləri mümkün qədər çox çeynəmək lazımdır. Onda qida yaxşı həzm olunur və orqanizm həzmolma prosesinə az enerji sərf edir.
- Qidada xörək duzunun miqdarını azaldın. Ürək damar xəstəliyi zamanı ondan tamam imtina edin.
- Orqanizmə vaxtaşırı istirahət verin. Buna “sanitar saatı” deyilir. Çünki bağırsağın divarlarında gün ərzində 3 kq-dan 25 kq-dək zir-zibil toplanır.