Dəri tipini öyrən və əməl et

Mükəmməl bir dəriyə sahib olmaq istəyirsizsə, ilk əvvəl dəri tipinizi bilməli və doğru qulluq etməlisiniz.

Qarışıq dəri

Əlamətləri:  Alın, burun, çənə bölgələrini əhatə edən T bölgəsi olduqca yağlı, göz ətrafı və yanaqlar isə çox qurudur. Arada dərinizdə gərginlik hiss edə bilərsiz.

Tövsiyələr:  Səhər üzünüzü yuduqdan sonra T bölgəsini təmizləyici kremlə təmizləyin. Üzünüzü bol ilıq su ilə yuduqdan sonra qurulayın.

Gün keçdikcə dərinizin yağ səviyyəsinin nizama düşdüyünü görəcəksiz. Duru tonal kremdən istifadə edən. Hər gün salisil turşusu tərkibli təmizləyicilər istifadə edərək ilıq suyla üzünüzü yumağı unutmayın.

Yağlı dəri

Əlamətləri: Həmişə parıldayar. Məsamələr dərinizin hava almasına mane olacaq qədər bağlıdır. Dolu məsamələr də qara nöqtə və sızanaqlara səbəb olur.

Tövsiyələr: Hər səhər salisil turşusu tərkibli təmizləyici ilə üzünüzü yuyun. Yağın  atılmasına və məsamələrin açılmasına kömək edəcək. İlıq su ilə üzünüzü yuduqdan sonra durulayın. Sonra eyni tərkibli losyonla silə bilərsiz. Ardınca 15 qoruyucu faktorlu krem sürtün. Gün ərzində təmizləyici salfetlərlə dərinizi təmizləməniz daha yaxşı olar.

Gecə üzünüzü təmizləyici istifadə edərək ilıq suyla yuyun. Üzünüzü quruladıqdan sonra salisil turşusu tərkibli tonik istifadə edin və losyon sürtün. Həftədə bir dəfə yağlı cildlər üçün nəzərdə tutulan maskalardan edin.

Quru dəri

Əlamətləri: Dəri ehtiyacı olduğu yağı ifraz etmədiyindən olduqca quru və gərgin olur. Həssas olduğundan özəlliklə yanaqlarınızda xırda sızanaqlar tez-tez əmələ gəlir.

Tövsiyələr: Tərkibində spirt olmayan bir təmizləyici ilə yumşaq hərəkətlərlə üzünüzü səhərlər təmizləyin. İlıq suyla yuduqdan sonra yavaşca qurulayın. Gecə də spirtsiz təmizləyici ilə üzünüzü təmizləyin, yuyub qurulayın. Həftədə bir dəfə nəmləndirici üz maskası edə bilərsiz. Krem tərkibli tonal krem və nəmləndirici xüsusiyyəti olan dodaq qoruyucularından istifadə edin.

ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər