Məşhurların sirli ölümləri: Əcəlmi, qəsdmi

Tanınmış ulduzların ölümlərindəki sirlər hələ də müəmmalı qalır…

Məşhur insanların həyatı göz qabağındaolduğu üçün onların ölümləri də maraq doğurur. Ən çox da bu ölüm gözlənilməz olubsa… İnsanlar hər şeyi: niyə öldüyünü, nə səbəbdən öldüyünü, kimin əli ilə öldüyünü, kimin öldürtdüyünü və s. bilmək istəyir. Beləliklə, dünya şöhrətli insanların ölüm tarixçəsi ilə tanış olaq.

Maykl Cekson – Məşhur pop kralı Maykl Ceksonun ölümü fərqli söz-söhbətlərin ortaya çıxmasına səbəb olub. İnsanlar bu mövzuda hər gün yeni bir xəbərlə oyanırdılar. Məşhur popçunun ölümü ilə əlaqədar sirlər hələ də mövcuddur. Maykl Ceksonun öldüyü və ya öldürüldüyü barədə bir çox versiyalar var. Onun son vaxtlar səhhətində problemləri olub və bu söz-söhbətlərə bir qədər su səpir.

Amma onu sevənlər əmindirlər ki, Cekson öldürülüb. Birinci dərəcəli şübhəli isə onun həkimidir. Bir həqiqət var ki, Cekson olduqca çox əməliyyat keçirib, dərisinin rəngi belə plastik əməliyyatlar nəticəsində dəyişib. Bu qədər müdaxilədən sonra orqanizmin 80-90 il yaşamasını gözləmək də olmazdı…

Maraqlıdır ki, Maykl Ceksonun dəfni də ölümü qədər sirli olub. Cekson ailəsi dəfn mərasiminə heç kimi buraxmadı, cənazənin harada, necə, hansı adətlərlə dəfn edildiyi müəmmalı qaldı. Maykl Cekson sonradan müsəlmanlığı qəbul etmişdi, dəfnin müsəlman yoxsa xristian adətləri ilə olması haqqında da məlumat yoxdur. Bəzi məlumatlara görə isə Maykl Ceksonun nəşi yandırılıb, tabuta külü qoyulub.

Ceyms Din – Yaşlı nəslin daha çox xatırladığı məhşur aktyor Ceyms Dindir. Ömrünün ən gözəl illərində, karyerasının çiçəkləndiyi bir dövrdə qəfil ölümü ilə heyranlarını üzdü. 1955-ci ildə şəxsi avtomobiliylə törətdiyi qəzadan sağ çıxmayan aktyorun ölüm səbəbi kimi yüksək sürət göstərilir. Daha da maraqlı olan odur ki, qəzanın səbəbkarı Ceymsin çarpışdığı avtomobilin sürücüsü Donald adlı gənc olduğu halda, qəzanın təqsirkarı ölən aktyor hesab edildi və iş bağlandı. Səbəb kimi də Ceyms Dinin gözlərinin görmə qabiliyyətinin zəif olduğu və eynəksiz sükan arxasında oturduğu deyildi.

Bryus Lee – Bizim ölkəmizdə də kifayət qədər sevilən Bryus Lee Amerikada doğulmuş əslən Çinlidir. Bu aktyorun ölümündə də sirlər var. Həkimlər filmlərdən birinin çəkilişində belindən xəsarət alan aktyora döyüş səhnələrini qəti qadağan edir və 6 ay boyunca yataqda dincəlməsini tapşırırlar. Bu dövrdə aktyor kitab yazır. Amma yazdığı kitabı bitirə bilmir, yarıda qəfildən vəfat edir.

1973-cü ildə vəfat edən aktyorun ölümündəki müəmmalar hələ də qalmaqdadır. Çünki o, daim həkim nəzarətində olub və heç nədən şikayəti olmayıb. Sevənləri fikirləşir ki, Bryus Lee yalnız öldürülə bilər. Ölümündən qabaq yeni rol alacağı bir filmin rejissoru ilə görüşə gedən aktyor baş ağrısından şikayətlənir və baş ağrısı dərmanı içib yatır. Axşama qədər oyanmadığını görüb şübhələnirlər və onu oyatmağa çalışırlar. Təcili yardım çağırırlar, amma artıq Bryus ölmüşdü…

İstedadlı aktyora “beynindəki şiş səbəbi ilə öldü” diaqnozu qoyulur. Maraqlıdır ki, ölümündən əvvəl dəfələrlə həkim müayinəsindən keçmişdi və bu barədə heç bir həkim bir söz deməmişdi. Qeyri-rəsmi məlumatlara görə isə o ölümündən iki ay əvvəl bir beyin iflici keçirmişdi. Amma bu barədə demək olar ki, heç bir yerdə sübut yoxdur.

Aktyorun ölümünün səbəbkarı kimi ən çox Hollivud rəhbərliyinin adı hallanır. Çünki o dövrlərdə Brus Lee Çin kinosunu çox inkişaf etdirir və demək olar ki, Hollivud kölgədə qalırdı. Bu ehtimalı cəsədin tibbi ekspertizası zamanı əldə edilən nəticələr də təsdiqlədi. Brus Leenin bədənində zəhər tapıldı. Amma bu məsələ elə ekspertiza otağında qaldı, naməlum səbəbdən bu xəbər bildirilmədi.

Con Lennon – “Beatles”in əfsanə səsi Con Lennon da karyerasının zirvəsindəykən vəfat etdi. Ölümündəki sirlər hələ də qalmaqdadır. Əfsanə səsin sahibini bir pərəstişkarı öldürdü. İddiaya görə qatilin ruh sağlığı normal deyilmiş. 1980-ci ildə Nyu-Yorkdakı bir konsertdən sonra öldürülən müğənninin ABŞ siyasətinə qurban getdiyi də söylənilir. Çünki Con Lennon o zamanlar hakimiyyətdə olan Amerika prezidenti Ronald Reyqana qarşı sərt münasibət bəsləyir, radikal fikirlər söyləyirdi.

Merlin Monro – Filmlərdə axmaq, bəzən də hiyləgər sarışın tipli rolların mahir ifaçısı, cazibədar aktrisanın ölümü də sirli oldu. “Something’s Got to Give” adlı komediya filmində rol təklif etdilər. Bu filmdə onun ilk çılpaq səhnəsi olacaqdı. Ancaq film çəkilişləri boyunca xəstə olduğunu deyib çəkilişlərə gəlmir və adı eşq macəralarında hallanırdı.Buna görə filmdən qovuldu. Başqa bir aktrisayla razılaşdılar.

Amma nədənsə yalnız Merlinlə işləyəcəklərində israr etdilər və aktrisa yenidən filmə qayıtdı. Filmin çəkilişləri təkrar başlamadan öncə aktrisa yüksək dozada sakitləşdirici dərman qəbul etdiyindən 1962-ci ilin avqustunda vəfat etdi. Cəsədin yarılması zamanı intihar ehtimalı da üzə çıxdı. Çünki qəbul edilmiş dərmanlar normadan dəfələrlə çox olub. Başqa bir versiya da onun öldürüldüyünü deyir, həm də axranası tərəfindən.

Devid Karradin – Məşhur Hollivud ulduzu Devid Karradinin sirr dolu ölümü hələ də çox maraq doğurur. Taylandda bir otel otağında tavandan asılmış halda tapılan aktyorun intihar etməsi ilə bağlı versiyalar var. Amma aktyorun meneceri Binder iddia edir ki, Devidi öldürüblər. Onun sözlərinə görə ölü tapılan aktyorun əlləri arxadan bağlı olub və otaqda başqa ayaq izlərinə də rast gəlinib. Digər iddiaya görə isə aktyor işgəncə edildikdən sonra öldürülüb.

Elvis Presley – Bir coxlarının canlı əfsanəsi, həyatının son illərində inanılmaz dərəcədə çox yemək yeyən Elvis 1973-cü ildə həyat yoldaşından boşanır. Depressiya daha da çox yeməyə vadar edir. 1977-ci ildə son konsertini verir, çünki bu konsertdən dərhal sonra müəmmalı şəkildə ölür. Həkimlər ölüm səbəbi kimi ürək çatışmazlığını göstərirlər. Amma belə bir fikir də söylənilir ki, Elvis Presley CİA-nın radikal siyasət planlarının qurbanı olub. Ancaq indiyədək onun ölümünə çox adam inanmır. Onun fərqli ad və fərqli sima ilə hələ də yaşadığını söyləyirlər.

Şahzadə Diana – bu məşhur xanımın ölümündəki sirlər hələ də açılmayıb. İngilis xalqının sevimlisi olan Diana çox səmimi və xeyirxah biri olub. Bütün həyatı boyunca xeyir işlər görən Ledi Diana foroqraf və jurnalistlərin hədəfi idi. Ölümünə səbəb kimi də elə onların hücumundan qaçmaq cəhdi göstərilir. Daha aydın desək, guya şahzadə jurnalistlərdən qaçarkən sürücünü həddindən artıq sürətli sürməyə məcbur edib. Amma şahzadə belə biri deyildi, ona ünvanlanan sualları həmişə cavablandırırdı və jurnalistlərlə münasibəti çox yaxşı idi.

Diana öldükdən sonra bir çox sui-qəsd iddiaları ortaya çıxıb, amma bunlardan biri çox inandırıcı idi. Fransalı məşhur araşdırmacı-jurnalist Lafaille bir sənəd tapdı və bu sənəddə şahzadənin hamilə olduğu bildirilirdi. Amma iddia edilir ki, uşaq şahzadənin ərindən, yəni şahzadə Çarlzdan deyildi. Çünki bu söhbətin mövcud olduğu dövrdə, yəni 1997-ci ildə onlar rəsmi olaraq ər-arvad deyildilər, bir il öncə boşanmışdılar.

O zamanlar belə bir şayə də vardı ki, Diana müsəlman bir kişi ilə eşq yaşayır. Hamiləlik kağızının saxta olmadığını səhiyyə naziri də təsdiq etdi. Ehtimal olunur ki, İngiltərə kral ailəsi gəlinlərinin başqa birindən hamilə olması xəbərini gizlətmək üçün bu dəhşətli qəzanı fikirləşir və həyata keçirirlər.

Cəmiyyəti ən çox maraqlandıran sirli ölümlərdən yazdıq. Kim bilir, bəlkə də şübhələr doğrudur, onlar əcəli ilə ölməyiblər, öldürülüblər. İçlərində bəzilərinin hələ də yaşadığı deyilir. Doğrusunu isə Allah bilir…

dushunce.az

Psixo-Kumir

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər