Qışın yaxınlaşdığı və havaların da get-gedə soyuduğu bu günlərdə yediklərimizə xüsusi diqqət yetirməliyik. Ailem.az soyuq havaların düşməni olan 5 meyvəni təqdim edir.
Portağal. C, B vitamini, potasium, kalsium, maqneziumla zəngin olan portağalın faydaları saymaqla bitmir. İmmunitetə faydalı olmaqla yanaşı, dərinin qurumasını əngəlləyir. Qanı təmizləyən portağal qaraciyərin işləməsinə də kömək olur.
Qreyfurt. C vitamini ilə zəngin olan bu meyvə həzm sistemini rahatlaşdırır. Diş əti qanamalarını azaldır, təzyiqi tənzimləyir. Qreyfurt eyni zamanda kapilyar damarlardakı qan axınını sürətləndirir.
Nar. Tam bir antioksidan olan nar potasium, lif, C vitamini, niyasin tərkiblidir. İmmuniteti gücləndirərək qripə qarşı qoruyan bu meyvə xolesterolu aşağı salır, ürəyi qoruyur və xərçəngə qarşı çox faydalıdır.
Banan. Bol miqdarda folik-asit, B6 vitaminli bananın tərkibində nişasta, potasium və şəkər də var.
Kivi. A, C vitaminləri, potasium, kalsium, dəmir və maqneziumla zəngin olan kivi bağırsaqları çalışdıraraq həzmi rahatladır, immuniteti gücləndirir, bədəni soyuğa qarşı qoruyur. Nəfəs açıcı təsiri ilə tutqun qış havalarında astma xəstələrinə çox yaxşı kömək olur.
ailem.az