Meditasiyanın insana tibbi-psixoloji təsiri

Meditasiya sözünün mənası düşünmək, xəyalən dərk etmək deməkdir. Arxeoloqların meditasiyaya dair sübutları onu göstərir ki, eramızdan 5000 il əvvəl qədim Hindistanda meditasiyadan istifadə olunub. Əsrlər keçdikcə dünyanın müxtəlif öləkələri, xalqları meditasiyanın fərqli növlərini qəbul ediblər. Misal üçün, müasir Yahudizmdə ən güclü meditasiya növlərindən biri hesab edilən Hit Bodedut növündən istifadə edilib. İslam dinində Təfəkkür və Sufizm qəbul edilmiş meditasiya növləridir. Həmçinin Buddist və Xaçpərəstlərdə də meditasiya mühim rol oynayır. Tarixi sübutlar göstərir ki, meditasiyadan ilk dəfə qədim ovçular istifadə edib və bu “primitiv” insanlar meditasiya haqqında biliklərini nəsildən nəslə ötürüblər. Buddanın meditasiyanı təkmilləşdirməsi Asiyada geniş yayılmasına səbəb olmuşdur. Meditasiyanın yayılmasında e.ə.2-ci əsrdə salınan və Şərqi Asiyanı Aralıq dənizi ilə birləşdirən Qədim İpək Yolunun rolu da danılmazdır. İnteqrasiya və inkişaf 20-ci əsrin ortalarından sonra meditasiyanın bütün dünyaya yayılmasına səbəb olmuşdur. Hansı ki, hal-hazırda milyonlarla insanların həm fiziki həm də mənəvi sağlamlığı üçün istifadə etdikləri bir vasitədir.

Meditasiya edən insanlar daha sağlam, xoşbəxt və uzun ömürlüdürlər?

Araşdırmalar göstərib ki, meditasiya bir çox xəstəliklərin qarşısını alıb və hətta müalicə edib. Dünyanın ən məhşur alimləri və filosofları ən böyük kəşflərini meditasiya zamanı ediblər. Meditasiya beyinin eyfarik kimyalarını artırır və bu kimyaların daimi olaraq ifraz edilməsinə kömək edir. Meditasiya eləcə də şuuraltı olan hirs, depressiya, əsəb, kədər və fobia kimi hissləri tənzimləməyə kömək edir və emosional balansı qoruyur.

Bu gün meditasiya psixoterapiyada istifadə olunan dərmansız müalicə metodlardan biridir.

Son illər müasir tibbi avadanlıqlar vasitəsi ilə alimlər fizioloji dəyişiklikləri ölçmək imkanı əldə ediblər. Harvard universitetinin tibb kollecinin direktoru Denninger sübut etmişdir ki, meditasiya orqanizmdə müsbət dəyişikliklər əmələ gətirir. 2013-cü ildə PLOS1 tibb jurnalında meditasiya ilə bağlı araşdırmanın nəticələri verilmişdir. Məlum olmuşdur ki, meditasiyanın təsiri ilə stressin qarşısını almaq, şəkərin miqdarını normallaşdırmaq mümkündür. Kaliforniya universitetinin alimləri və Nobel mükafatçısı Bləkbörn sübut etmişlər ki, 8 həftə ərzində gündə 12 dəqiqə meditasiya etməklə orqanizmin vaxtından tez qocalmasının qarşısını almaq olar. Harvard ve Massaçussetts universitetlerinin neyro alimləri meditasiyanın bir çox xəstəliklərin sağalmasına kömək etdiyini sübut etmişdirlər. Asiyanın meditasiya adətləri ilə müasir psixoterapiyanın inteqrasiyası insanlara möhtəşəm bir hədiyyədir. Bu inteqrasiya nəticəsində insanlar problemlərini dərmansız həll etməyə çalışır, eyni zamanda yaxşı nəticələr əldə edirlər. Amerikada meditasiyadan siqaret, spirtli içki, narkotik və bu kimi pis vərdişlərdən azad olmaq üçün geniş istifadə olunur. Araşdırmalardan birinə əsasən mütəmadi olaraq meditasiya edən insanlarda melatonin harmonunun ifrazı artır. Yüksək həyəcan, diqqət pozuntuları, yuxusuzluq, şəkər xəstəliyi, yüksək qan təzyiqi, aritmiya, stress, baş, əl, ayaq uyuşmalarından və başqa problemlərdən xilas olmaq istəyirsinizsə meditasiya ilə məşğul olun.

Sağlamlıq xoşbəxt olmaq dəməkdir.

Azərbaycan Müəllimlər İnstitutunun Psixologiya kafedrasının baş müəllimi, NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin psixoloqu Məmmədova Münəvvər

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər