Osmanlı xanımlarının hər biri bir-birindən gözəl və baxımlı olduğu məlumdur. Bəs, o zamanlar ən primitiv texnoloji alətlər və makiyajın köməyi olmadan xanımlar necə gözəlləşə bilirdilər? Bu da Osmanlı xanımlarının gözəllik sirləri..
Saç və dəri: Xanımlar saçlarına və dərilərinə qulluq edərkən ən çox təbii gildən istifadə edirmişlər. Geniş bir qabın içinə öncə gili sonra isə suyu tökürdülər. Gil aşağıya çökdükdən sonra üstdəki suyu istifadə edərdilər. Bu suyun yumşaldıcı və qidalandırıcı bir xüsusiyyəti var.
Kisə: Saraydakılar ən effektiv gözəllik sirri sən demə kisəymiş. Kisələnmək bu xanımlar üçün təbii bir peeling idi.
İyli sabun: Təmizlikdə sabun ən diqqət yetirilməsi gərəkən əşyaydı. Saraya ən keyfiyyətli sabunlar gəlirdi və bu sabunlar əridilib işlədən xanımın zövqünə görə meyvə və ya gül şəklinə salınırdı. Və osmanlı xanımlarının sabunları mütləq gözəl qoxmalı idi.
Saçların yumşaldılması: Saçları sabunla yuduqda codlaşır. Buna görə də yumşaldıcı olaraq hibiskus işlədilirdi. Bu bitkini suda qaynadıb saçı yuduqda hətda indiki marka saç kremlərindən belə daha yaxşı nəticə göstərdiyi deyilir. Buna görə də saraya tonlarla hibiskus bitkisi gəlirdi.
Bədən yağları: Bədən yağları həmişə işlədilirdi. Çünki kisələndikdən sonra dərhal havaya çıxdıqda dəri daha tez qırışır. Buna görə də kisələndikdən dərhal sonra bədən yağlarından istifadə olunurdu. Bu dərini xarici faktorlardan mühafizə edirdi.
Əl və ayaq: Əl, ayaq və dırnaq baxımı da çox önəmliydi. Bunun üçün zeytun yağı və küncüt daha çox işlədilərdi. Qızılgül yarpaqlarını zeytun yağı və ya küncütlə qarışdırıb dərini massaj etmək dəriyə çox faydalı imiş.
Gül suyu: Sarayda tonlarca gül suyu var idi. Çünki gül suyu üzü təmizləyir, dərini nəmləndirir və qırışıqlıqları açırdı.
Ətir: Sarayda ətirlər çox önəmliydi. Hətda həkimlər belə xəstələri ətirlərlə müalicə edirdilər.
Limon: Ən yaxşı gözəllik sirlərindən biri də limondur. Ağardıcı xüsusiyyəti var. Həmçinin üzün dərisini qidalandırır və gərginləşdirir.
Yemək: Gənc və gözəl qalmaq üçün osmanlı xanımları yeməklərində daha diqqətli olurdular. Az yeməyə üstünlük verir, yesələr belə həzm sistemini təmizləyən tərəvəzlərə daha çox üstünlük verərdilər.