Fin təhsil sistemi ilə bağlı 9 heyratamiz reallıq

-1-
Finlandiyada məcburi məktəbə başlama yaşı 7-dir.
Yaşları neçə olursa olsun, uşaqlar məktəbə özləri piyada, ya da velosipedlə gedirlər.
Fin mentaliteti uşaqların müstəqil yetişməsinə əhəmiyyət verir. Uşaqlarını məktəbə aparıb-gətirən, dərs öyrədən valideyn anlayışı yoxdur

-2-
Fin tədris planı sadə və ümumi bir çərçivə təyin etməkdən ibarətdir. Şagirdlər öz maraq və ehtiyaclarına görə təlim-tədris proqramlarını formalaşdırma haqlarına sahibdirlər. Müəllimlər də həmçinin.

-3-
Fin şagirdlərinə təhsil həyatlarının ilk altı ilində heç bir şəkildə qiymət verilmir. Səkkizinci sinfin sonuna qədər qiymət vermə məcburiyyəti yoxdur və tələbələr standart bir imtahan sisteminə tabe deyillər. Sadəcə 16 yaşlarında ölkə səviyyəsində bir imtahana girirlər.

-4-
Müəllimlər gün ərzində sinifdə ortalama dört saat dərs keçirlər. Həftədə iki saatı isə ixtisasları üçün təlimlərə qatılmağa sərf edirlər.
İbtidai sinifdə şagirdlərin dərs xarici/tənəffüs olaraq keçirdikləri vaxt 75 dəqiqədir. Amerikada bu 27 dəqiqəyə qədər düşür. Türkiyədə isə ortalama 45 dəqiqə.

-5-
Bütün müəllimlərin ən az magistr dərəcəsi var və onlar üniversitet nəticəsi ən yüksək %10’lik hissədən seçilir. Müəllim cəmiyyətdə ən hörmətli peşələrdən biridir.
Finlandiya müəllimləri müvəffəqiyyətli-müvəffəqiyyətsiz olaraq mühakimə etməyən bir mentalitetə sahibdir. Əkshiklikləri olan müəllimlərin, yeni təlim-tədris proqramlarıyla özlərini inkişaf etdirməsi şərtləndirilir. Heç bir müəllimin göstərici səbəbi ilə işdən atılma qorxusu yoxdur.

-6-
Şagirdlərə ev tapşırığı verilmir çünki öyrənmənin yeri məktəbdir.
Hər uşağa bir fərd olaraq dəyər verilir. Uşaqlardan biri yetərli dərəcədə yaxşı öyrənmirsə, müəllimləri bunu o an sezir və uşağın öyrənmə proqramını onun fərdi ehtiyaclarına görə tərtib edir. Eynisi məktəbə uyğunlaşa bilməyən, sıxılan, ya da programı qabaqlayan uşaqlara da tətbiq olunur.
Müəllimlərin yüksək təhsil səviyyəsi, uşaqların hər cür inkişafını müşahidə edə bilmələrinin və çevik həll yolları yarada bilmələrinin ən önəmli səbəbidir. Statistikaya görə uşaqların ortalama %30-inə təhsil həyatlarının ilk doqquz ilində xüsusi proqramlarla dəstək verilir.

-7-
Fin məktəblərində idmana çoxlu yer verilir amma idmanda yarışmaq üçün komandalar yoxdur. Rəqabət, üstünlük əldə etmək fin cəmiyyətində xoş görülmür.

-8-
Finlandiyada özəl məktəb yoxdur və təhsil xərclərinin hamısı dövlət tərəfindən qarşılanır.
Finlandiyada məktəblər bir-birlər ilə rəqabət deyil, həmrəylik nümayiş etdirirlər. Məktəblərin demək olar ki, hamısının müvəfəqiyyət göstəriciləri eynidir. Buna görə də bir məktəb o birindən fərqlənmir.
Təhsil “hərkəs üçün bərabər fürsətlər yaratmaq” deməkdir. Bərabərlik anlayışına fövqəladə dəyər verilir. Bütün uşaqlar zəka və bacarıqları nə olur olsun eyni siniflərdə oxuyur.

-9-
Bir çox Avropa ölkəsi və Amerika ilə müqayisə edildiyində Finlandiyada təhsilə nəzərdə tutulan büdcənin çox hissəsi dərs mühitində özünü biruzə verir. Çünki müəllimlər də, rəhbərlər də hardasa eyni maaşı alırlar. Buna görə Finlandiyada təhsil xərcləri daha azdır.
Ancaq 15 il iş stajlı bir müəllim ortalama bir universitet məzunundan daha çox gəlir əldə edə bilir.

Leave a comment

Your email address will not be published.