Uçmaq qorxusu

Təyyarə ilə uçarkən yüngül narahatlıq keçirmək təbii haldır. Lakin bəzi insanlarda qorxu hissi o qədər güclüdür ki, ona qarşı çıxmaq olmur. Psixoloqların fikrincə, belə insanlar aerofobiyadan əziyyət çəkirlər.

Psixoloqların sözlərinə görə, aerofobiyadan əziyyət çəkənlər, hətta uçuşdan bir neçə gün əvvəl qorxmağa başlayırlar: “Təyyarəyə minmək isə onlar üçün əsl işgəncədir. Onların ürəyinin döyüntüsü tezləşir, nəfəs almaq çətinləşir, əlləri tərləyir və titrəyir. Aerofobiyadan əziyyət çəkənlər təyyarədə olan müxtəlif səslərdən də qorxurlar. Panik tutma zamanı belə adamlar özlərini qeyri-adekvat aparırlar. Qışqırır, hətta dalaşa bilərlər”.

Təyyarədə uçmaqdan qorxmağın səbəbləri müxtəlifdir: “Ola bilsin ki, həmin adamlar qapalı yerlərdən, yüksəklikdən qorxurlar. Bəzi insanlarda aerofobiya uşaqlıq qorxuları və ya başqa fobiyalarla bağlıdır. Çoxlarında qorxu məlumatsızlıqdan yaranır. Təyyarənin istənilən titrəyişi çox təhlükəli nə iləsə assosiasiya olunur. Çox vaxt bu, sadəcə titrəyiş olur və heç bir təhlükə yaratmır. Lakin təyyarənin idarə olunması haqqında çox az adam bilir və istənilən titrəyiş onlarda qorxu yaradır”.

Bəzilərinə öz həyatlarını və sağlamlığını pilotlara etibar etmək çətindir. Onlar yüzlərlə insanın həyatının təyyarəni idarə edənlərin professionallığından asılı olduğunu anlayır. “Lakin bəzi hallarda pilot təyyarənin qəzaya uğramasının qarşısını ala bilmir. Elə olur ki, sərnişinlərin təhlükəsizliyi dispetçerdən, ekipajdan, mexaniklərdən və hava şəraitindən də asılı olur. Bu da əksər sərnişinlərin qorxusuna səbəb olur”.

Aerofobiyaya qalib gəlmək üçün effektiv üsullardan biri qismətin həyatımızda həlledici rol oynamasını düşünməkdir. Belə ki, dinə və qismətə inam insanda qorxunu yox edə bilər: “İnsanlar əcəlin qaçılmaz olduğuna inandıqda fobiyalardan uzaqlaşırlar. Əgər nəsə olmalıdırsa, qismətdə varsa, mütləq olacaq. Bu cür düşünmək insanda qorxu hissini yox edir. Digər bir üsul isə təxəyyülün köməyi ilə tətbiq olunur. Məsələn, xəyalınızda hava balonunun tədricən daha çox dolduğunu, sonra isə partladığını təsəvvür edin. Hava balonu partlayan kimi siz sakitləşir və özünüzü çox yüngül hiss edirsiz. Və ya misal üçün, sabunlu qovuqa üfürərək onu uzağa gözdən itənə qədər qovursuz. Divarda iri qırmızı dairə təsəvvür edib onu güclə nəzərə çarpan nöqtəyə qədər kiçildin. Nəzərə alın ki, fobiyalarla mübarizədə təxəyyül və özünə təlqin etmə mühüm rol oynayır”.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər