İdman edərkən bir yandan əylənmək və zamanın necə keçdiyini hiss etməmək lazımdır. Çoxlarımız darıxmağa dünəndən hazırıq, hələ söhbət idmandan gedirsə.
Nələr etməli olduğumuzu bilsək də, yenə də motivasiya çatışmazlığı yaşayırıq. Ailem.az idman edərkən bir yandan da əylənmək və vaxtın necə keçdiyini hiss etməmək üçün bəzi tövsiyələr təqdim edir.
Şəhər yürüşünə çıxın
Yaşadığınız şəhərin gözəl məkanlarını görməyə vaxtınız yoxdursa, bu yerlərdə idman edərək görməyə nə deyirsiz? Yaşadığınız şəhərdə qaçaraq turist olun, çox zövq alacaqsız!
İdmanı bayıra çıxarın
Hava yaxşı olduğunda özünüzü evə qapamayın, idmanı bayırda edin. Yoqa, ya başqa idman fərq etməz, bayırda təmiz havada edilən idman bir başqadır. Parklar bunun üçün çox uyğundur, üstəlik təbiətlə təmasda olmaq motivasiyanızı artıracaq.
Görüş təyin edirmiş kimi edin
Yalnızsınız İdmanı görüş halına çevirməyə çalışın. Birlikdə tərləmək həqiqətən də seksual olacaq. Velosiped kiralayıb birlikdə söhbət edə-edə sürə bilərsiz.
Telefonunuzu istifadə edin
Texnologiya asılısı olsaq da, bunu idman edərkən istifadə etməkdə zərər yoxdur.
Özünüzün yoxdursa, dostunuzun itini gəzdirin
İt gəzdirmək idman edərkən vaxt keçirmənin ən yaxşı yollarından biridir.
Sürpriz playlist
Çox insan idman edərkən musiqi dinləyər. Bunun üçün sevdiyinizdən, ya başqa birindən telefonunuza öz seçdiyi mahnıları yükləməsini istəyin və idman edərkən dinləyin. Bu, həm sürpriz olacaq, həm də çox əylənəcəksiz.
Qaçış, ya macəra yarışına qatılın
Qrup şəklində edilən idman çox əyləncəli olur. Bəlkə də səbəbi rəqabətdir. Ancaq hər halda istədiyimiz də elə budur.
Trambolin partisi
Şəhərin fərqli yerlərində trambolinlər qurulub. Bu, sadəcə uşaqlar üçün deyil. Dostlarınız, ya sevdiyinizlə gedib qəhqəhələr bölüşərək idman etməyə nə deyirsiz?