Geyim daxili vəziyyətinizə təsir edirmi?

Qadın paltarlarının ən əhəmiyyətli hissəsi –  o paltarı daşıyan qadının özüdür.

İv Sen-Loranın qeyd etdiyi kimi “qadın paltarlarının ən əhəmiyyətli hissəsi –  o paltarı daşıyan qadının özüdür”. Həqiqətən eyni geyim müxtəlif insanlarda tamamilə fərqli görünə bilər. Bu səbəbdən geyim seçimində mütəxəssislər ilk növbədə dəbdə olan tendensiyalara yönəlməməyi məsləhət görür. Geyimə baxaraq onun sahibinin xarakterini öyrənmək olar. Bəs geyim insanın daxili dünyası ilə nə qədər bağlıdır?

İnsanların əksəriyyəti öz maraqları üçün geyimdən istifadə edir. Əgər biri boz və ya qara geyinibsə, bu o demək deyil ki, o pis əhval-ruhiyyədədir, sadəcə indi hər hansısa səbəbdən ona “boz siçan” kimi görünmək lazımdır. Və ya əksinə geyimdə parlaq rənglərin üstünlük təşkil etməsi həyatının mükəmməl olduğu mənasına gəlmir. Ola bilsin ki, camaatdan seçilmək və ətrafındakılarları öz qeyri-adiliyinə inandırmaq istəyir. Çünki hamı tərəfindən qəbul edilmiş fikirlərə görə geyimdə parlaq rənglərə üstünlük verən insanlar təbiətcə enerjili, cəsarətli, liderliyi bacaran insanlardır. Belə variantlardan siyasətçilər və estrada ulduzları stilləri üzərində işləyərək istifadə edir.

Geyim vasitəsilə insan başqa insanları, hətta özünü də nəyəsə inandıra bilər. Məsələn, əgər əhval-ruhiyyəniz həqiqətən pisdirsə və siz hər şeyi tutqun tonlarda görürsünüzsə, parlaq köynək və ya rəngli plaş geyinmək, parlaq örpək bağlamaq bu halınızı asanlıqla dəyişdirə bilər. Əlbəttə, bu sizin başınızın üstündən buludların dərhal ayrılacağı mənasına gəlmir, amma gülərüzlülük, bir az pozitiv düşüncə və ya optimizm problemlərin həllində daha sürətli qərar verməyə, özünüzü daha yaxşı hiss etməyə səbəb olacaq.

Psixoloqların fikrincə geyimin düzgün seçilmiş rəngi əhvalı yaxşılaşdırır, gümrahlıq verir, amma səhv seçilmiş rəng özünə qapanıqlıq, inamsızlıq, uyğunsuzluq hissi yarada bilir.

İnsanın geyimi onun tərzinə, enejisinə və daxili dünyasına uyğundursa, insan özünü bu geyimlə daha ahəngli hiss edir. Belə geyim insanın şəxsiyyətini, təbii xüsusiyyətlərini vurğulayır. “Öz” geyimində özün kimi olmaq asandır. İnsanların əksəriyyəti “öz” stilini hiss edirlər, amma müxtəlif səbəblərə görə həmişə o cür geyinmirlər. Mağazalarda satıcıların və ya dostların məsləhətləri, şəxsi komplekslər dəbli geyinməyə mane ola bilər. (“bu mənim üçün çox parlaqdır” və ya “mənim vücudum bu cür donları daşımağa icazə verməz”).

Buna görə geyim seçərkən ilk növbədə öz daxili hisslərinizə nəzər yetirin – siz güzgüdəki əksinizdən nə qədər razısınızsa, o qədər də bu geyim sizə rahatdır. Hər halda insanı hələ də “geyiminə görə qarşılayırlar”, ona görə də çalışın ki, sizin görünüşünüz daxili dünyanızı tamamilə əks etdirsin.

dushunce.az

Geyim vasitəsilə insan başqa insanları, hətta özünü də nəyəsə inandıra bilər. Məsələn, əgər əhval-ruhiyyəniz həqiqətən pisdirsə və siz hər şeyi tutqun tonlarda görürsünüzsə, parlaq köynək və ya rəngli plaş geyinmək, parlaq örpək bağlamaq bu halınızı asanlıqla dəyişdirə bilər. Əlbəttə, bu sizin başınızın üstündən buludların dərhal ayrılacağı mənasına gəlmir, amma gülərüzlülük, bir az pozitiv düşüncə və ya optimizm problemlərin həllində daha sürətli qərar verməyə, özünüzü daha yaxşı hiss etməyə səbəb olacaq.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər