Əfsanəvi gözəlliyin sirri

Hər bir xanım gözəldir. Sadəcə bu gözəlliyi gözəl də təqdim etmək bacarığı lazımdır.

– Merilin Manro kimi makiyaj etmək üçün ilk növbədə qüsursuz dəri effektini yaratmaq lazımdır. Bunun üçün dəriyə ənlik (krem şəklində) çəkməzdən əvvəl dəriyə nəmləndirici krem çəkilməlidir. Əgər dəridə qüsur varsa, korreksiya edən qələmdən istifadə etmək olar.

– Kirşan və ya qəhvəyi toz şəklində olan ənliklə almacıq sümüklərinin aşağı hissəsini, gicgahı,burunun aşağı hissələrini qabardın.

– Qaşların dəqiq kon turunu çəkin. Bunun üçün açıq qəhvəyi qələmdən istifadə edə bilərsiz.

– Parıltılı toz şəklində ənliklə almacıq sümüklərinin yuxarı hissəsini, çənəni, burunun yuxarı hissəsini qabardın.

– Göz qapaqlarının xarici uclarına quşlar çəkmək üçün əvvəlcə gözün ucundan ağ qələm və ya ağ göz kölgəsi ilə quş çəkirik. Qara qələm və ya layner ilə göz qapağının üstünün və altının uc hissədində quş çəkirik. Quşlar çox nazik olmalıdır. Sonra isə nazik qızılı layner ilə üstdə çəkilən qara quşun üstündən bir dənə də xətt çəkirik.

– Əgər kiprikləriniz qısa və ya seyrəkdirsə, kirpik qoymaq olar. Merilinin qoyma kirpiklərinə oxşar kirpiklər yapışdırsaz, makiyaj daha çox oxşayar. Kirpik yapışdırandan sonra Nerilin kimi bir neçə lay tuş çəkin.

– Əvvəlcə dodaqların kənarlarını ağ qələmlə haşiyəyə alın. Elə çəkin ki, rəng kəskin bilinməsin. Sonra qırmızı qələmlə dodaqların kənarları çəkin. Sonra isə qələmin rəngindən daha parlaq dodaq boyası seçin dodaqlarınıza çəkin. Fikir verin ki, Merilinin makiyajında dodaqlarının kənarları mərkəzinə nisbətən daha tünddür. Dodaqları bu cür rəngləmək onları daha həcmli edir.

Dushunce.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər