Falçılar insanın əllərinin içinə baxıb onun keçmişini və gələcəyini “görə bilirlər”. Təbii ki, bu cəfəngiyatdır və buna yalnız çox sadəlövh insan inana bilər.
saglamolun.az xəbər verir ki, lakin insanın səhhətində olan bəzi pozulmaları və xəstəlikləri məhz onun əllərinə baxıb təyin etmək mümkündür.
Belə ki, əgər insanın əlləri hətta isti havada soyuq olur, soyuq havada isə ağarır və keyiyirsə, bu insanda olan periferik qan dövranı pozulmasından xəbər verə bilər.
İnsanın əlləri daim nəm olduqda, bu ürək xəstəlikləri və qalxanvari vəzidə olan pozulmalardan (qalxanvari vəzi hiperfunksiyası) xəbər verə bilər.
Daim nəm və isti əllər qalxanvari vəzi funksiyasının artması (hormonlar lazım olandan artıq miqdarda ifraz olunur), daim quru və soyuq əllər isə qalxanvari vəzi funksiyasının azalmasının (hormonlar lazım olandan az miqdarda ifraz olunur) əlaməti ola bilər.
Əgər insan səhər yuxudan oyandıqdan və ya uzun müddət ərzində oturaq vəziyyətdə (məsələn, kitab oxuduqda və s.) olduqdan sonra barmaqlarında keyimə hiss edirsə, bu boyun osteoxondrozun əlaməti ola bilər.
Bilək nahiyəsində olan ağrılar və keyimə tez-tez kompüterdə işləyən insanlarda müşahidə olunur.
İnsanın ovucları qeyri-təbii qırmızı rəngdə olduqda, bu qara ciyərin toksiki zədələnməsinin (hepatit, hepatoz) əlaməti ola bilər.
Ovucların dərisi sarımtıl olduqda, bu öd kisəsi və qara ciyərdə olan pozulmaların (hepatit, öd daşı xəstəliyi, xolesistit və s.) əlaməti ola bilər.
İnsanın çeçələ barmağı tez-tez keyidikdə, bu ürəkdə olan problemlərin əlaməti ola bilər.
Əgər əl barmaqları ödemləşir və şişirsə, bu poliartrit xəstəliyin əlaməti ola bilər. Revmatoloqa müraciət edin.
Əllərin dərisi çox ağ olduqda, bu anemiya (qanazlığı), hipotoniya (arterizl təzyiqin aşağı olması), sinir sistemi pozulmalarının əlaməti ola bilər.
Əllərin dərisi qabıq verirsə, bu vitaminlərin (xüsusilə A və D vitaminlərin) çatışmazlığından xəbər verə bilər. Bəzən isə bu göbələk infeksiyasının əlamətidir.
Əllərin tez-tez əsməsi hipertireoz (qalxanvari vəzi funksiyasının artması) və ya şəkərli diabet (şəkərin səviyyəsi normadan aşağı olduqda) zamanı müşahidə oluna bilər. Bundan əlavə bu sinir sistemi pozulmaların (nevroz və s.) əlaməti ola bilər.