Azadlıq Xoşbəxtlikdir

Əslində insanlar hər zaman azadlığa can atır, azad olmağa çalışır. Ancaq bunu heçvaxt bacara bilmir… Çünkü, əvvəlcə nəyin kimin əsiri olduğunu axtarmağı bilmir… Fikrimcə xoşbəxtlik və azadlıq mövcud ən mükəmməl sinonimlərdir. Hər şeydən öncə xalq olaraq azadlığa can atır insan, sonra fərd olaraq, şəxsiyyət olaraq.. Ancaq bütün bunların hamısını bacardıqdan sonra belə azad ola bilmir. İndi ruhun kələpçələrinə, qıfıllanmış zəncirlərinə gəlir sıra.. Asılılıqlarımıza, bağlılıqlarımıza…

Ağlınıza gələnlərin hamısından keçdim, ən dəhşətliləri bəlkə də, keçmişin taxdığı zəncirlər olur ya da hər zaman süslü görünən gələcəyin… Bir də, bir qismin aşa bildiyi böyük çoxluğun isə birincilərə daxilən qibtə etdiyi asılılıqlar var, geyim-gecim, səhvsiz danışmaq kimi, gözəl, ağıllı, kreativ görünmək kimi… Son dövrlər özümüzə böyük həvəslə taxdığımız zəncirlərimiz də var “son model elektronik əşyalar” kimi…

İnsanlar heçvaxt tam anlamda xoşbəxt olmağı da bilmir. Ən böyük xoşbəxtlik kimi dəyərləndirdiyi xəyallarına qovuşduqdan sonra belə tapdığının axtardığı olmadığını anlayır… Anlamadığı böyük mücərrədlik isə bircə cümləyə sığınıb hər zaman onu gözləyir.

“Hər istədiyini əldə etmiş deyil bütün asılılıqlarından, zəncirlərindən qurtulmuş, ruhunu azad buraxmış insan həqiqi mənada xoşbəxt ola bilər”

azadlıqxoşbəxtlikdir

Aytac Hümbətova

(AMEA Genetik Ehtiyyatlar İnstitutunun doktorantı)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər