Nəfəs al ruhum!
Sadəcə nəfəs!
Gecəni gündüzü özünə burax
Zülmətdən duyduğun tiz cığlıqları
Səssizcə, sakitcə səsinə burax…
Qəlbinlə ağlının arasındakı
Qarmaşalardan qurtul…
Küskünlüyü özünə burax
Nəfəs al Ruhum!
Sadəcə nəfəs!
Vicdanli görünmək dəbdəbəsindən,
Dahilik, kamillik mərtəbəsindən
Qurtul kamilliyi özünə burax..
Qurtul idrakının tələlərindən..
Qurtul aynalarda gördüklərindən
Ütülü görünmək sevginden qurtul
Çirkinsən, çirkinliyi özünə burax…
Qurtul sürgündəki ümidlərindən
Qurtul arzularından, xəyallarından
Səni məhbəsə salan qorxularından
Qurtul zindanlari özünə burax…
Nəfəs al Ruhum!
Sadece nefes!…
Dediyin, duyduğun hər kəliməni,
Keçmişdə qoyduğun hər xatirəni
Elə keçmişin də özünə burax..
Qurtul bataqlığından cəngəllərindən
Qurtul yolundakı əngəllərindən
Qurtul, qurtulduqlarını özünə burax…
Nəfəs al Ruhum!
Sadəcə nəfəs!
İndi bomboşdu otaqlar
Elə hüzur verici sükut var ki ətrafda
Tərifi imkansız, ölçüsü miqyassız…
kimsənin ağlının almayacağı qədər
Mükəmməl…
Ağrı dolu səssizlik…
Pərişan bir Yalnızlıq….
Bir qələm bir parça kağız
Və mən…
Dinləyirəm dörd divarın
İllər boyu dinlədə bilmədiklərini…
Məgər eşitməyi bacara bilsək səslər bir xeyli önəmsiz imiş…
Elə hüzur verici qaranlıq var ki ətrafda
Gecənin yanında köks ötürəcəyi
Zülmətin qısqanclıqdan dəli olacağı…
Amma görə bilirəm yaşananları
Daha aydın , daha aşikar..
Məgər görməyi bacara bilsək işıqlar bir xeyli önəmsiz imiş
Ağrı dolu səssizlik
Pərişan bir yalnızlıq…
Bir qələm bir parça kağız
Və mən…
Günlər elə uzundur ki,
Gəldiyim gün başlayan gecə hələ bitmədi..
Çaşğınlıqdan durmuş əqrəblər
Donub qurumuş saatlar..
Düşünə bilirəm , yaşaya bilirəm
Zamansız hesabsız…
Məgər zamanı doldura bilsək saatlar bir xeyli önəmsiz imiş…
Ağrı dolu səssizlik…
Pərişan bir yalnızlıq ….
Bir qələm bir parça kağız…
Və mən…
Elə mükəmməl cümlələr keçir ki , ağlımdan
Heç vaxt misralara qonaq olmamış…
Yalnız gözlərlə anladıla bilən
İfadəsi mümkünsüz…
Məgər anlatmağı bacara bilsək , kəlimələr bir xeyli önəmsiz imiş…
Ağrı dolu səssizlik
Pərişan bir yalnızlıq
Bir qələm bir parça kağız
Və mən…
Torpağın qoxusu çox gözəl imiş…
Məni məndən alın xəbər,
Axtarım görüm bir kiməm..
Gülüşümü, sevincimi itirdiyim yerə baxım,
Hüznümü, kədərimi dəfn etdiyim yerə baxım,
Gizləndiyim yeri tapım..
Məni məndən alın xəbər,
Axtarım görüm bir kiməm..
Buz bağlamış aynalara, tüstülü bacalara baxım,
Solğun bənizlərdəki qatılaşmış ürəklərə,
Torlanmış gözlərə baxım
Gizləndiyim yeri tapım..
Məni məndən alın xəbər,
Axtarım görüm bir kiməm..
Qeyb olmuş arzulara,
Tükənmiş ümidlərə,
Yara izlərinə baxım,
Bəlkə taparam özümü..
Məni məndən alın xəbər,
Gizləndiyim yeri tapım..
Görüm mənimi gizlədən güzgüdəki yabancını,
Qovuşum özümə yenidən,
Sözümü , üzümü tanıyım
Sonra silkinib yerimdən
Ayarını dəyişdiyim saatları işə salım
Bacara bilsəm “mənimlə” fikrə düşüncəyə dalım
Mənsizliyə bir yol alım.
Aytac Hümbətova
(AMEA Genetik Ehtiyyatlar İnstitutunun doktorantı)