Qulağınız cingildəyir? – SƏBƏBLƏR

Nəticə göstərilir : “Maraqlı”
Qadın intuisiyası
10-11-2014

Qadınlar öz güclü intuisiyaları və gələcək hadisələrinin qabaqcadan proqnozlaşdırma bacarıqları ilə lovğalanmağı sevirlər. Amma kişilər hesab edirlər ki, zərif cinsin nümayəndələrində “proqnozlaşdırma” qabiliyyəti tamamilə yoxdur. Qadın intuisiyası həqiqətən mi mövcuddur, yoxsa bu müasir cəmiyyətin miflərindən biridir?

Jan Delakur bir dəfə demişdi ki, intuisiya qadına kişinin hətta özünündə bilmədiyi niyyətlərini qabaqcadan anlamaq üçün verilir və həqiqətən də xanımlar çox vaxt təkid edirlər ki, başqa insanları yaxşı “hiss edə bilirlər”.

Psixoloqlar izah edirlər ki, “intuisiya” anlayışı ilə əsasən qadınlara məxsus olan incə həssaslıq və güclü həyəcan bağlıdır.

Alimlər aydınlaşdırdılar ki, belə fenomenin əsasını dərin qadın emosionallığı və duyğusal qavrayış ilə idarə etmə təşkil edir. Kişilər də həmçinin “intuisiyaya” malikdirlər, amma onlarda bu hiss az inkişaf edilib. Güclü cinsin nümayəndələri sübut edilmiş faktlar və məntiqi rəhbər tutmağa öyrəşiblər, qadınlar isə öz instinktlərinə etibar etməyə meyllidirlər.

İntuisiya – şüuraltı səviyyədə hər hansı bir məlumatın emal prosesidir. İntuitiv hisslər məlumatlandırma səviyyəsinin aşağı olduğu zaman və ya situasiyaya qiymət vermədən sürətli qərar qəbul etməyə ehtiyac olduğu zaman “işə” düşürlər. Kənardan çox vaxt belə davranış qabiliyyətin qabaqcadan məlum edilməsini xatırladır, ancaq bu yalnız toplanmış təcrübənin emalının nəticəsidir.

Xarici universitetlərin birində qadın intuisiyasının növbəti bir mif olduğunu sübut edən tədqiqat keçirilmişdir. Tədqiqat üçün güclü intuisiyaya malik olduqlarını anladan 15000 kişi və qadın dəvət edilmişdi. Bu zaman onlara insanların şəkillərinə baxaraq onların hansının səmimi sevindiyini, hansının isə yalnış olduğunu “hiss etməyi” təklif etdilər. 70% qadın və kişi düzgün cavab verdilər. Alınmış nəticə sübut etdi ki, qadın və kişilər keçmiş və indiki hadisələrin analizinə əsaslanaraq eyni dərəcədə “proqnozlaşdırma” qabiliyyətinə malikdirlər.

Lakin xanımlar öz təcrübələrindən daha yaxşı istifadə edə bilirlər. Qadınlarda beyinin iki yarımkürəsinin arasında əlaqə əla inkişaf etdiyi üçün onlara intuitiv və analitik düşüncəni uyğunlaşdırmaq daha asandır. Buna görə, gözəl cinsin nümayəndələri misilsiz üstünlüyə malikdirlər.

Birincisi, öz müxtəliftərəfliliyinin sayəsində, onlar daha çox məlumatlandırılmışdırlar. Xanımlar müxtəlif məlumatları həyatdan, teleseriallardan, kitablardan özlərinə çəkdikləri zaman kişilər yalnız hal-hazırda onlara lazım olan faktları qəbul edirlər.

İkincisi, qadınlar “bədənin dilini” daha yaxşı anlayırlar. Jestlər və davranış tərzləri ilə qadınlar əks cinsin onlara olan münasibətini və onun niyyətlərinin nə qədər ciddi olmasını müəyyən edirlər. Qadının emosional beyini çox xırda detalları qəbul edə bildiyi üçün onlar insanın davranışında olan şifrləri əla izah edirlər.

Həmsöhbəti “oxumaq” kimi qadın qabiliyyətləri əsaslandırılmış sübuta malikdir. Lakin insan münasibətləri sahəsində onlar tez qurtarırlar. Hər şey ona görədir ki, “qadın intuisiyasına” kənar emosiyalar və onun şəxsi əhval-ruhiyyəsi tez-tez təsir göstərir. Qıcıqlanma, inciklik, qəzəb, qorxu hissləri “proqnozlaşdırıcı” qabiliyyətləri azaldır. İncidilmiş xanım iddia edəcək ki, həyatda həyəcan və qorxu üçün çox səbəb mövcuddur. Yaxşı əhval-ruhiyyədə olan xanım isə əksinə hər şeyin yaxşı olacağını təhrik edəcək.

Alimlər nə qədər qadınların proqnozlaşdırıcı qabiliyyətlərinin olmasını təkzib etsələrdə, “intuisiya” anlayışının mövcudluğu faktı həyat üçün çox rahatdır. Buna görə bəzən “sən niyə belə düşünürsən?” sualına ən yaxşı cavab “mən bunun düzgün olduğunu hiss edirəm!” olur.

xanim.net

Go Back

0 Şərh Posted in Maraqlı
Paylaş
Yarısı ağ, yarısı qara uşaq dünyaya gəldi- FOTO
10-11-2014

Suriyada qadınlardan biri saçının yarısı qara, yarısı ağ rəngdə olan uşaq dünyaya gətirib.

Hələb şəhərində xəstəxanalardan birində dünyaya gələn uşağın saçının ön hissəsi ağ, arxa tərəfi isə qara rəngdədir.

Uşağı görən həkimlər təəccübləniblər. Həkimlərin sözlərinə görə, bu cür uşağa birinci dəfədir ki, rast gəlirlər.
Ana və uşağın adı açıqlanmır. Lakin onların sağlığının çox yaxşı olduğu bildirilir.

(anspress)

Go Back

0 Şərh Posted in Maraqlı
Paylaş
“WhatsApp”ın “mavi xəbərdarlıq”ından belə qurtulun – QAYDA
07-11-2014

“WhatsApp”da mavi işarə təhlükəsindən necə xilas olaq?

“WhatsApp”ın mesajların oxunduğunu bildirməklə bağlı yeni funksiyası proqramın istifadəçilərinin çoxunu pis vəziyyətdə salıb.

Dünəndən bir çox “WhatsApp” istifadəçisi bu funksiyadan narahat olub. Çünki daha əvvəl yazılan mesajı oxuyub cavab yazmasalar da, qarşı tərəf bunu bilmədiyindən heç bir problem yaşanmırdı, ancaq indi mesajı oxuyub cavab yazmamaq nəticəsində nələr olacağını bir düşünün…

Əlbəttə, “WhatsApp”ın bu yeni xüsusiyyətindən xilas olma şansınız da var. Necə?

Bunun üçün həm “Android” həm də İOS proqramlı “iPhone”larınızı “Təyyarə” rejiminə (Airplane, Uçak Mode) salaraq, və ya interneti tamamən kəsərək həmin mesajı oxuya bilərsiniz. Daha sonra isə mesajı silərək rejimi dəyişdirin. Yəni internet olmadan mesajınızı sildiyiniz üçün “WhatsApp” bunu anlamayacaq və qarşı tərəf də “mavi işarə”ni görməyəcək.

Bundan başqa “WhatsApp”a girəndə yazılan mesajı açmasanız, qarşı tərəf “mavi işarə”ni görməyəcək.

ailem.az

Go Back

0 Şərh Posted in Maraqlı
Paylaş
Diqqət: kompüter insanı tez qocaldır
07-11-2014

Evdə, işdə, avtobusda, hətta gəzərkən belə zamanımızın çoxunu kompüter, telefon kimi cihazlara baxaraq keçiririk. Bəs təhlükədən xəbərdarıqmı?

Xüsusən də sosial paylaşım saytları bizi bu alətlərdən asılı hala gətirib. Hər asılılığın pis tərəfləri olduğu kimi texnologiyanın da həyatımızda bu qədər yer almasının mənfi tərəfləri var. Ailem.az onları təqdim edir.

Kompüter və telefon kimi texnoloji alətlərə uzun müddət baxmaq insanı erkən yaşlandırır. Bundan ən çox təsir görən isə orta yaş və ondan aşağı yaşdakı gənc insanlardır.

Son illərdə gənclərin çoxunda kompüter və telefondan çox istifadə etdiyinə görə, göz altı çökməsi, üz bölgəsinin solması, göz altı torbaların yaranması kimi deformasiyalara çox rastlanır. Bu cihazlardan gələn zərərli şüalar insanın üzünü 5-6 il yaşlandırır!

İş vaxtı onsuz da kompüterə davamlı baxmaq məcburiyyətindəyik. Bundan başqa işdən sonra şəxsi həyatımıza da girən bu texnoloji alətlər 30 yaşındakı bir insanın üzünün 35 yaşındakı kimi görünməsinə səbəb olur. Xüsusən həssas dəri tipi olan qadınlarda bu hal daha çox rastlanır.

Yaranan bu deformasiyalar isə əməliyyatla həll edilə bilər.

Go Back

0 Şərh Posted in Maraqlı
Paylaş
Şüuraltınızı test edin
05-11-2014

Şüuraltı nədir? Biz fərqində olmadan şüurumuz xaricində çalışan, bədənimizin istəksiz əzələlərini idarə edən, gecə yatarkən belə bədən funksiyalarımızın işini təmin edən beş duyğumuzla qəbul etdiyimiz hər şeyi anba an yazan hissəsidir.

Bəs yaşadığımız hadisələr şüuraltımıza neə təsir edir?

Bu sualın cavabını bilmək üçün aşağıdakı testi tətbiq etməyiniz kifayətdir.

Sakit, rahat düşünə biləcəyiniz bir yerdə əyləşin. Aşağıda yazılanları oxuyub, ağlınıza gələn ilk cavabları qeyd edin.

  1. İllərdir heç kimin ayaq basmadığı köhnə bir binadasınız. Yerin altına enən pilləkənlər var. Bir…İki … Üç… və.s (Bir pillə sayı seçin)
  2. Qaranlıqdan səslər gədiyini eşidirsiniz. Kimsə ağlayır? Yoxsa inildəyir? Yoxsa sizinlə danışır? ( birini seçin)
  3. Bu şəxsin səsini eşidəndə necə reaksiya verərdiniz? Səsin mənbəyini tapmağa çalışarsınız? Yoxsa ilk düşüncəniz arxaya baxmadan qaçıb getmək olar? Yoxsa qorxudan yerinizdə donub qalardınız?
  4. Aşağıdakı şəxs sizi adınızla çağırır. Bu zaman yuxarıdan işıq gəlir və kimsə otağa daxil olaraq, yanınıza gəlir. Yanınıza gələn kimdir? Tanıdığınız birinin adını qeyd edin.

Cavablar:

  1. Nərdivanın altına enən pillə sayı yaşadığınız psixoloji travmaların üzərinizdə buraxdığı təsirin dərəcəsini göstərir. Seçdiyiniz pillə sayı azdırsa, yaşadığınız travmalar elə də güclü deyil. Ancaq aşağı doğru enən pillələr dərin yaralarınızın olduğunu göstərir.
  2. Qaranlıqda duyduğunuz səslər keçmişdəki acı xatirələrinizi necə yaşadığınızı göstərir. Ağlama səsi duyduğunu söyləyənlər dərdli zamanlarında başqaları tərəfindən təsəlli olunmuş şəxslərdir. Aldıqları bu təsəlli ilə çətin zamanlarını arxada buraxıblar. Bu zaman ərzində sizə kömək edən yaxşı insanlar bu gün sizin əsl siz olmağınıza səbəb olan şəxslərdir. Inləmə duyduğunu söyləyənlər çətin zamanlarını tək keçirmiş insanlardır. Qaranlıqda duyduğunuz inləmə öz basdırılmış xatirələrinizdir. Özüylə danışan bir şəxsin səsini duyduğunu söyləyənlər köhnə ağrılarını bir medal kimi daim üstlərində daşıyarlar və onların yara olduğunu düşünməyi rədd edərlər.
  3. Qaranlıqdakı səslərə verdiyiniz reaksiya keçmişinizdəki ağrılarla necə mübarizə apardığınızın göstəricisidir. Əgər səsin qaynağını tapmağa getdinizsə böyük ehtimalla öz həyatınızda da təşəbbüsü ələ alan bir davranış şəkli göstərmisiniz. Arxasına baxmadan yuxarı qaçıb gedən şəxslər problemləri görməməzlikdən gələnlədir. Sanki yox olacaqlarına inandıqları bir keçmişləri var. Bu yanaşma bəzən işə yaraya bilər amma dərdlər sandığınızdan daha uzun müddət qalanda müqavimət göstərmək mümkün olmur. Gələn səsin qarşısında donub qalan şəxslər keçmişdəki problemlərini həll etməyənlərdir. Keçmişlərində problemlər bugün də onları narahat edir.
  4. Nərdivanın başında meydana çıxan adam çətin zamanlarda arxanızı dayaya biləcəyinizi düşündüyünüz insanlardır. Həmin şəxs daim yanınızda olub, sizə dəstək olacaq şəxslərdir…

Go Back

0 Şərh Posted in Maraqlı
Paylaş
Sevgi psxioloji sərmayədir
03-11-2014

Sevən insan necə olur?
Sevən şəxs mütləq ətrafına xoşbəxtik saçar. Sevgisini itirənlər isə bir anda yasa batar, psixoloji sərmayələri iflas edər, immuniteti düşər. Bədənin xəstəliyə yoluxma riski artar, daha tez-tez xəstələnərlər.

Sevgi nədir? Sevginin psixoloji həyat üzərindəki təsiri nələrdir?

Sevgi insanın sevə bilmə, istehsal potensialı, eqo funksiyası, psixolji sərmayəsidir.

Sevgi istehsal edərək, sevilmək ehtiyacını doydurma müddətidir. İnsanın dünyaya gəlişi ilə başlayar, yaşadığı müddətdə davam edər, ölümündən sonra belə varlığını davam etdirər. Sevgi insanın hər hüceyrəsində varlığını davam etdirir, bütün canılıların ehtiyacıdır. İnsan həyatında bioloji bir ehtiyac olmaqla yanaşı bütün beyin potensialını, psixolji hallarını və sosial paylaşımlarını əhatələyən bir fəaliyyətdir.

Sevgi ən geniş duyğusal yaşantıdır. Eşq isə bunun seçilən alt qismidir. Eşq, sevginin kuliminasiyada yaşanmasıdır. Eşqi qarşı cinsə hiss edilən hisslərlə kifayətləndirməməliyik. Tanrı, təbiət və insan sevgisi də eşqin içindədir.

Eşqə düşən insan öyrənməyə, işləməyə daha həvəsli, daha enerjili olurlar.

Sağlam sevgi insanı xoşbəxt edər, asılı sevgi isə depressiv edər. Eşq aqressivliyi azaldar, insan daha xoşniyyətli, xoşxassiyyət olur. Eşqə düşən insan ətrafına qəzəb, neqativlik deyil, xoşbəxtlik, pozitivlik saçar. Xoşbəxt olan insan ətrafındakılara qarşı qırıcı yanaşmaz.

Sevgi beyində kimyəvi prosesi canlandıran, sürətləndirən, aktivləşdirən ən əsas duyğudur. Beyin nə qədər yaxşı çalışırsa, sevgi də o qədər yaxşı davam edir. İnsanın beyni donmuş, tükənmiş, paylaşmaya açıq deyilsə, demək sevgi də bir o qədər tükənib. Sevgi zehni açar, hormonları canlandırar.

Beyin qabığı dəyişir

Sevən beyin daha məhsuldar, daha sağlamdır. Beynin ən sağlam vitamini sevgi və eşqdir. Eşq, beyin qabığının funksiyasını sürətləndirir. İmmunitet sistemi üzərində də faydalı təsirləri vardır. Müqaviməti artırır. Sevdiyini itirməklə isə tam tərsi olur, bədən müqaviməti azalır və xəstəliklər insanı daha tez yaxalayır.

Sevgi ağlınla razılaşmırsa, alınan iş deyil! Əgər biri ilk görüşdə təsirləndiyi insanla zaman-zaman tanıdıqca xoşbəxt deyilsə, deməli, problem var. Sevilən insanı dəyərləndirərkən digər sevgi nəsnələri ilə münasibətləri də nəzərə almaq lazımdır. Əxlaq dəyərlərindən yoxsulsa, əxlaqında zəiflik varsa, mütləq problem yaşanacaq.

Sevgi biolojik zəmində beynin bütün funksiyalarını, gözləntilərini aktiv edər. İnsan nə qədər dərin fikirli və yaradıcı biridirsə, o qədər dərin bir eşq yaşayar. Cinsəllik insanda sevgi və eşqin ifadə tərzidir. Eşqə sevgi və paylaşım qatılarsa, insani olar.

Sevgi bir münasibətdir, seçimdir və məsuliyyətdir

Çoxlu duyğular yaşamaq insanın aşiq olduğu anlamına gəlməz. Eşq yaşadıqca ortaya çıxar. Yaşam dövrlərində insan, həyatını, yaşadıqlarını sorğu-sual edər. Zamanla cütlüklərin seçimləri dəyişmişsə, münasibətdə problemlər başlayar. Bəzi cütlüklər bu problemləri aşsa da, bəziləri yeni xoşbəxtliklərə qapı açarlar.

Dünyanı və özünü sevən insanlar daha sağlam aşiq olarlar

İnsan dünyanı sevmirsə, bütün sevgi ehtiyacını bir insana yönəltməsi artıq bağlılığa çevrilə bilər. Bu hal isə xəstəlik olaraq qeyd olunur. Körpənin tək sevgi nəsnəsi anasıdır. Ondan ayrı yaşaya biməz.

Sevgi, insanın bütün həyatına təsir edər

İnsanın gülümsəməsi, oturuşu, sevdiyi yanına gəlincə davranışı, hara baxdığı da ipucu verir. Sevən və sevdiyi insana hörmət edən, onu incitməkdən qaçar, diqqətli olurlar. Sevdiyi insanı hər halı ilə sevir. Əvvəl sevib sonra dəyişdirməyə çalışmaz. Qarşısındakına heç vaxt nəyisə məcburən qəbul etdirməz. Ona seçimlər təklif edər. Bu davranışlar eşqin ən yaxşı göstəricisidir.

ailem.az

Go Back

0 Şərh Posted in Maraqlı
Paylaş
Qulağınız cingildəyir? – SƏBƏBLƏR
01-11-2014

Qulaq cingildəyəndə “kimsə məndən danışır” deyirik. Bəs qulaq cingildəməsi nədir və nədən qaynaqlanır? Ailem.az qulaq cingildəməsinin altında yatan təhlükələri təqdim edir.

Anevrizma

Damarlarda yaranan genişlənməylə əlaqəli olaraq biilinən anevrizma xüsusən baş beyin bölgəsindədirsə, qulaq cingiltisinə yol açır.

Şişlər

Eşitmə siniri qulaqdan qəbul edilən səsi beyinə ötürən sinirdir. Eşitmə sinirindən qaynaqlanan şiş əsasən təktərəfli cingiltiyə yol açır. Sürətli hal alan, keçməyən və anidən ortaya çıxmış təktərəfli cingildəmənin üstündə durmaq lazımdır. Bu, həm də eşitmə itkisi və baş gicəllənməylə bir arada yaşana bilər.

Metabolik xəstəliklər

İnsanda şəkər xəstəliyi varsa, təzyiqində ani enmə-qalxmalar görülürsə, xolesterol yüksəkliyi, tiroid xəstəliyi varsa, müalicə edilməli olan bu xəstəliklər qulaq cingildəməsinə yol açır.

Qulaq infeksiyası

Hər cür qulaq infeksiyası, xarici qulaq, daxili qulaq infeksiyası qulaq cingildəməsinə yol açır. Hətta adi qulaq kiri belə qulaq cingildəməsinə yol aça bilər.

Qulaq pərdəsində yırtıq

Qulaq pərdəsində infeksiya, ya da yüksək səs ucbatından yırtılma baş verə bilər. Qulaq pərdəsində yırtılma cingiltiyə yol açır.

Orta qulaqda maye toplanması

Bunlar yuxarı tənəffüs yolu infeksiyaları, təyyarə ilə səyahət, üzdükdən sonra, ya da kiçik uşaqlarda burundakı artıq ətlə bağlı səbəblərdən yarana bilər.

Orta qulaqdakı maye infeksiyaya çevrilə bilər, ya da infeksiya nəticəsində maye toplanır.

Dərmanlar səbəb ola bilər

İnsanlar bir yeri ağrıdığında tez dərmanlara əl atırlar. Ancaq bu, yanlışdır. Asprin, revmatizm dərmanları, antibiotiklər, sakitləşdirici dərmanlar, psixiatrik dərmanlar qulaq cingildəməsinə yol açır.

Allergik rinit

Burunda tıxanıqlıq, axıntı qulaqda tıxanıqlığa səbəb olur. Bu da qulaq cingildəməsinə yol açır.

Səbəbsiz cingildəmə

Səbəbsiz cingildəmə halında yüksək səsdən qorunmaq, LOR həkimi ilə məsləhətləşmək, duzu azaltmaq, siqaret, qəhvə, spirtli içkidən uzaq durmaq, gündəlik hərəkətlərlə qulağa gedən qan axınını artırmaq, dincəlmək, stressdən uzaq durmaq, çox yorulmamaq və bu cingilti səsindən narahat olmamaq lazımdır.

ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər