Uşaq serebral iflici termini ilkdəfə 1893-cü ildə psxioanalitik Ziqmund Freyd tərəfindən irəli sürülmüşdür. Baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində ortaya çıxır. Erkən uşaqlıq dövründə aşkarlamaq mümkündür. Hərəki pozğunluqlarla, ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyir-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Beyin iflici zəif, mülayim və kəskin dərəcələrdə ola bilir. Zəif dərəcəli serebral iflic zamanı uşaq davranış problemləri zəminində hərəkətlər edə bilir. Mülayim dərəcəli serebral iflic olan uşaq gəzərkən axsayır. Belə uşağın dayağa, yaxud çəliyə ehtiyacı olur. Daha kəskin serebral iflic uşağın bütün fiziki qabiliyyətlərinə mənfi təsir göstərə bilər.Serebral iflici olan uşaqların bəzən öyrənməklə bağlı probemləri, eşitmə-görmə yaxud əqli gerilik problemləri də ola bilər. Beynin məruz qaldığı zədələnmə nə qədər böyük ölçüdə olarsa serebral iflicdə bir o qədər kəskin olur.

Hal-hazırda serebral iflicin səbəbləri aşağıdakılardır:

  • Hamiləlik dövründə (ananın infeksion xəstəliklərə tutulması – məxmərək, herpes, sitomeqalovirus, toksoplazmoz və s.);
  • Rezus fərqliliyi;
  • Anada problemlər (şəkərli diabet, hamiləlik toksikozu, qanaxmalar, anamiya, stress, düzgün olmayan qidalanma-vitamin çatışmazlığı və s.);
  • Ananın zərərli vərdişləri (narkomaniya, alkoqoldan istifadə, siqaret çəkmə və s.);
  • Ananın yaşı (18-dən aşağı, 35-dən yuxarı)
  • Doğuş zamanı:
  • Dölün asfeksiyası;
  • Doğuş travması;
  • Vaxtndan əvvəl doğuş;
  • Gec doğuşlar;

Doğuşdan sonra:

  • Infeksiya və susuzlaşma nəticəsində yüksək bədən hərarəti;
  • Beyin infeksiyaları;
  • Oksigen çatışmazlığı;
  • Beyin tarvmaları və qansızmalar;
  • Məişət zəhərlənmələri;
  • Beyində şişlərin olması;

Serebral iflicin formaları:

  • Spazmatik – əzələ həddindən artıq gərilmiş vəziyyətdə olur. Hərəkətlər, xüsusilə də ayaq, əl və bel hərəkətləri nəzarətsiz halda olur. Ən geniş yayılmış formalardan hesab olunur.
  • Athetoid və ya diskinetik – bədəni bütün hərəkətinə mənfi təsir göstərə bilir. Asta və nəzarət edilməyən bədən hərəkətləri azacıq əzələ gərilməsi ilə müşayiət olunur. Oturması və gəzməsi çox çətin olur.
  • Qarışıq – yuxarıda sadalanan əlamətlərin birləşmiş bir variantıdır. Belə uşaqlarda əzələ gərilməsi həm yüksək, həm də aşağı səviyyədə olur. Bəzi əzələlər həddindən artıq boşalmış olur. Bu da yöndəmsiz, qeyri-iradi hərəkətlərin meydana çıxmasına səbəb olur.

Uşaq serebral iflicinin ilkin əlamətləri:

  • Qidalanmada çətinlik;
  • Oyanıqlıq, əsəbilik;
  • 1,5 aylığında başını saxlaya bilməməsi;
  • Hərəki bacarıqların inkişafında ləngimə;
  • Erkən şərtsiz reflekslərin 4-6 ayına qədər davam etməsi;
  • Oyuncaqlara tərəf dartınması (4 aydan sonra);
  • Uşağın qeyri-iradi hərəkət etməsi;
  • Ana ilə kontakta girməsi;
  • Döşdən imtina etməsi.

Serebral iflici olan uşaqlar bir sıra problemlərlə üzləşə bilirlər. Erkən və davamlı tibbi müdaxilə sayəsində xəstəliyin fəsadları azaldıla bilər. Yaşı 3-dən az olan uşaqlara erkən müdaxilə xidmətindən tam şəkildə yararlana bilərlər. Bu sistemdə işləyənlər “ Fərdi Qayğı Planı” adı ilə tanınan bir sənədin işlənib hazırlanması üçün valideynlər ilə birgə çalışırlar.

Serebral iflici olan uşaqlar bir qayda olaraq aşağıdakı müdaxilə növlərinə ehtiyac duyurlar:

  • Fiziki terapiya;
  • Əmək terapiayası;
  • Nitq-dil patalogiyası

Fiziki terapiya vasitəsilə yerimək, oturmaq, tarazlığı saxlamaq, əmək terapiyası vasitəsil geyinmək, soyunmaq, qidalanmaq, yazmaq və s., nitq-dil patalogiyası zamanı isə dil və boğaz əzələlərinin gərilməsi ilə əlaqədar danışmaqda çətinlik çəkərsə ünsiyyət bacarığında problemlər varsa bunlar üzərində işlənilir.

Bütün bu fəaliyyətlərdə valideynlərin dəstəyinə ehtiyac duyulur. Bir valideyn kimi övladınıza qarşı sevgili olun, onunla oynayın, onu anlamağa çalışın. Səbirli və təmkinli olun. Övladınızın yaxşılaşmasına ümid bəsləməkdə davam edin. Yardımçı ola biləcək yeni müalicələr vətexnologiyalar haqqında məlumatlar toplayın. Ancaq sınaqdan keçməmiş “yeniliklər”ə qarşı ehtiyatlı olun. Hər bir uşaq kimi sizin də övladınızın qarşısında öyrənmək və inkişaf etmək üçün tam bir ömür müddəti vardır.

Əsədova Eminə

İnkişaf geriliyi üzrə mütəxəssis, pedaqoq

Join the Conversation

2 Comments

Leave a comment

Your email address will not be published.