Xöşbəxtlik “dərmanları”

Əriməyən buz olmadığı kimi, ömürlük xoşbəxtlik də yoxdur. (Viktor Hüqo)
Yaşadığımız dünyanın belə bir həqiqəti var: kimliyindən asılı olmayaraq hər bir insan öz həyatında gözəl “nə isə” tapa bilər. Əsas məsələ isə bu gözəlliyi görə bilmək, tapmaq və qiymətləndirməkdir. Pozitiv psixologiyada bu barədə hazırda sıx istifadə olunan əyləncəli və effektiv bir metod var. Müşahidələr nəticəsində məlum olmuşdur ki, bu metodu öz həyatlarına tətbiq edən insanlarda getdikcə xoşbəxtlik səviyyəsi artır, depressiyanın əlamətləri isə tədricən – 6 ay ərzində azalır. Təlimatlar çox sadədir: Həftə ərzində hər axşam yatmazdan öncə ötən günü xatirimizdə canlandırırıq. Ötən gün baş vermiş 3 xoş və yaddaqalan hadisəni tapırıq və bunu ətraflı şəkildə qeyd dəftərçəmizə yazırıq. Baş vermiş bu xoş hadisənin həyata keçməsində öz rolumuz nədən ibarətdir, bu hadisənin baş verməsində nə kimi iştirakımız olub, bunu da qeyd etməyi unutmuruq. Diqqət! Yazmaq çox önəmlidir. Bu bizə baş vermiş hadisə haqqında düşünərkən fikrimizi toplamağa və hadisələri düzgün qiymətləndirməyə imkan verəcək. Öncə bunu bilməliyik ki, tapdığımız xoş hadisələrin həyata keçməsində öz rolumuzu tapmaq ilk günlər heç də o qədər asan olmayacaq. Məsələn, əgər bu gün göy üzü açıq və günəşlidirsə, bunda bizim nə kimi rolumuz var?:) Məsələ burasınadır ki, bu metod həm də bizi öz həyatımızda xoş hadisələri yaratmağa və yaşanmış xoş hadisələrə həmişəkitək laqeyd yanaşmamağa sövq edəcək.

Diqqət! Əgər bu metodu tətbiq etməyə və yaxşı nəticə almağa qərar vermişiksə müntəzəmliyə və düzgünlüyə riayət etməliyik. Ya bu metodu həftə ərzində hər axşam, ya da 6 həftə ərzində hər həftəsonu (bütün həftə üçün) tətbiq etməliyik. Tədqiqatlar göstərib ki, təcrübəni düzgün yerinə yetirməyən insanlarda (məsələn, 6 həftə ərzində 3 dəfə və ya 2 həftədən bir) nəinki gözlənilən nəticə alınmamış, hətta xoşbəxtlik səviyyəsi adi vaxtdakından 3 dəfə artıq enmişdir. Ən yaxşı nəticələr isə təcrübəyə ciddi və inamla yanaşan, təlimatları düzgün yerinə yetirən insanlarda əldə olunmuşdur. Hansı ki, bu insanlar hətta həftəlik kursdan sonra belə həyatı sevmək və ona təşəkkür etmək üçün səbəblər tapırdı. Məsələ burasındadır ki, bəzən həyatımızda olan yaxşı şeylərin fərqinə varmırıq, onları görməzdən gəlirik. Bu təcrübə bizə öz həyatımızdakı gözəl şeylərə laqeyd yanaşmamağı öyrədəcək. Ancaq bu təcrübəni davamlı təkrar etmək məsləhət görülmür. Razıyam, ilk günlər xoş hadisələri tapmaq çox çətin olacaq, hətta bunun üzərində yarım saatdan çox düşündüyümüz günlər də olacaq. Unutmaq olmaz ki, bu təcrübə bizə yeni vərdişlər də qazandıracaq, xoşbəxtliyi “yaratmağa” məcbur edəcək. Axı həftənin sonu biz özümüzə hesabat verməliyik:)

Pozitiv psixologiyanın ilk yaradıcıları insanları inandırmağa çalışırdılar ki, onlar özləri öz xoşbəxtliklərinin yaradıcıları ola bilərlər. Hər bir insanın daxilində özünü mübət yöndə dəyişmək və inkişaf etdirmək üçün resurslar var, bizim öhdəmizə düşən onları aşkarlamaq və istifadə etməkdir. David Lyuken eyni yumurta əkizləri üzərində təcrübə aparmış və müxtəlif ailələrdə böyüyən əkizlərin həyatını araşdıran zaman belə bir nəticəyə gəlmişdir ki, insanlarda məmnunluq və xoşbəxtlik səviyyəsinin yalnız 50%i onların genlərindən asılıdır. Beləliklə aydın olur ki, genlərimiz özümüzü xoşbəxt hiss etməyimizə mane olan faktor deyil. Təbii ki, əgər biz özümüzü həqiqətən xoşbəxt hiss etmək istəyiriksə.

Əgər sən başqaları üçün heç bir qarşılıq gözləmədən, səmimi qəlbdən nə isə edirsənsə, kimsə bunu tale kitabına qeyd edir və sənin üçün heç gözləmədiyin xoşbəxtliyi bir gün mütləq göndərir. (A. Jolie)

Özünüzü sevin. İrqindən, dinindən, dilindən, gəldiyi, yaşadığı yerdən asılı olmayaraq özünü sevən bir bir insanı bütün dünya sevə bilər, özünü sevməyən, qiymətləndirməyən insan isə xoşbəxtliyə nə qədər də uzaqdır..
Səhvləriniz üzərində işləyin. Doğrudur, ideal insan olmaq mümkün deyil, həm də bu kimə lazımdır ki? Amma mənfi cəhətlərinizi aşkarlayaraq özünüzdə müsbət dəyişikliklət yarada bilərsiniz. Çoxmu qısqancsınız, səbirsizsiniz ya da insanları dinləməyi bacarmırsınız? Dərhal qeyd dəftərçənizə mənfi xüsusiyyətlərinizi qeyd edin və onlarla mübarizəyə başlayın.
Pozitiv düşüncə. Belə bir fikir var: həyatını dəyişdirmək istəyirsənsə, öncə düşüncələrindən başla. Dəyişməyə və dəyişdirməyə öncə düşüncələrinizdən başlayın. Uğur da, uğursuzluq da inancla başlayır.
Yaxşılıq edin. Həyata nə versəniz, onu da alacaqsınız.
Keçmişinizi qəbul edin. Keçmiş yaşandı və bitti. Onu qəbul etməmək sizə narahatlıqdan, üzüntüdən və stresdən başqa bir şey verməyəcək. İrəliyə baxmaq hər zaman ümidvericidir. Unutmayın, başı arxaya tərəf çevrilmiş insan irəliyə doğru atdığı hər addımda büdrəyib yıxılacaq.
Ünsiyyət! Nə uğurlu karyera, nə pul, nə gözəllik insanı xoş ünsiyyət qədər xoşbəxt edə bilməz. İnsanlarla ünsiyyət qurun, yaxşı dinləyici olun, insanlarla danışarkən gülümsəyin və onlarda xoş təəssürat yaradın. Unutmaq olmaz ki, həyatın keyfiyyəti ünsiyyətin keyfiyyətinə bağlıdır.
Bu siyahını çox uzatmaq olar. Həyat xoşbəxtliyə laqeyd yanaşmaq, xoşbəxt olmaq üçün səbəblər tapmamaq, özünüzü bədbəxt və çarəsiz, ümidsiz hiss etmək üçün elə qısadır ki. Hər zaman xoşbəxt olun və ətrafınızdakı insanlara bu xoşbəxtlikdən pay verməyi unutmayın!!!

Eminova Aytən

Bakı Dövlət Universiteti, Sosial elmələr və Psixologiya fakultəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər