Xərçəng diaqnozu insanların aldığı ən pis xəbərlərdən biridir.
Ancaq yeni araşadırmalara görə, xərçəngə yoluxan insanların əksəriyyəti bunu sevdiklərinə, yaxınlarına deməməyi məsləhət bilir. Səbəbləri fərqlidir. Ən əsas səbəb isə insanlar sevdiklərinin narahat olmasını istəmir.

Qadınların daha çox ünsiyyətcil, hər şeyi bölüşən olduqları deyilsə də, yeni araşdırmalar daha çox qadınların bu pis xəbəri gizlətdiklərini ortaya çıxarıb.

Qadınların 25, kişilərin isə 18 faizi bu xəbəri yaxınlarına demir.

Həyat yoldaşından bu xəbəri gizlətmək istəyən qadınlar 4 %, kişilər isə 1% təşkil edir.
Araşdırmaya görə, xəstələrin bu xəbəri gizlətmək üçün səbəbləri bunlardır:
“Yaxınlarımı üzgün və məyus görmək istəmirəm”
“Həyatımı əvvəlki kimi normal davam etmək istəyirəm”
“Şəfqət və bu xəstəlik üçün xüsusi müalicə istəmirəm”

Araşdırmalara görə, xəstələrin əksəriyyəti xərçəngə yoluxduqları üçün özlərini günahlandırırlar.

ailem.az

Leave a comment

Your email address will not be published.