Uşaqların həyatında belə bir dönəm olur ki, onlar durmadan təkrar edirlər: “ Mən hamıdan birinci yedim”, “ Mən hamıdan güclüyəm”, “ Ana, sənin sözünə qulaq asıram, bacı yox, hə?” , “ mən heç nədən qorxmuram” və s. Bütün bunlar özündən müşdəbehlik və razılıq kimi qəbul edilməməlidir. Əslində uşaq öz gücünü və imkanlarını, istəklərini bildirmək , öz “mən” ini göstərmək istəyir ki, bu da təbiidir. O , istəyir ki, hər kəs bilsin ki, o hər şeyi edə bilər, birincini , ikincini, üçüncünü də.
Belə anlarda valideynlər laqeyd dura bilmirlər, uşağının bu sevincini gördükdə həvəslə bunu yaxınlarına , dostlarına danışırlar, hətta uşağın yanında belə onu tərifləməyə başlayırlar ki, “ O, ən ağıllı, səliqəli , bacarıqlı uşaqdı” , bununla da hiss etmədən uşaqlarında eqoizm hisslərinin toxumunu səpmiş olurlar.
Eqoizmin ilkin əlamətləri uşaqlarda hələ kiçik yaşlarından valideynlərin onların hər istəklərini yerinə yetirəndə, nazları ilə oynayanda yaranmağa başlayır. Bu daha da o vaxt böyüyür ki, ona hər gün çoxlu oyuncaq ,ən dadlı şirniyyatlar alırlar,” al, ver, gətir” kimi göstərişlərinə göz yumurlar. Bunu ilk əvvəl valideyn görmür, hiss eləmir, bəlkə hətta məzəli gəlir onlara , lakin uşaq böyüdükcə eqoizm dərinləşir , sərt forma alır, onda valideyn daha dözə bilmir, çətin vəziyyətdə qalır. Hətta belə bir sual da meydana gəlir? “ Kimə çəkdi bu?” , “ Niyə belə alındı?” , “ Camaatın uşağı belə deyil” və s. Uşaqların tələbləri də böyüdükcə özləri ilə birgə böyüyür. Zərərsiz kimi görünən “ istəyirəm” “ eləməlisən” sözünə, kiçik oyuncaqlar kompyuter, velosiped, bahalı telefonlara çevrilir. Uşaqlar valideyn qayğısını borc kimi anlamağa başlayırlar. Nəticədə bu valideynlərin yarasına çevrilir, onlar inciməyə başlayırlar. Düşünürlər ki, nankor övlad böyüdüblər.
Bir ana özünün 10 yaşlı qızının çox tənbəl olduğundan , dərslərindən soyuduğundan şikayətlənir. Özünün qızına etdiyi köməklərin tamamilə bəhrəsiz olduğunu , əvəzində “ işimə qarışma”, “ əl çək məndən” sözlərini eşitməli olur, nəticədə konflik, göz yaşları, faydasız və nəticəsiz söhbətlər və s.
Sual: Niyə belə olur? Niyə valideynlərin xoş niyyəti özlərinə qarşı çevrilir?
Cavab: Ona görə ki, valideyn uşağının əvəzinə nəsə istəyir. İstəyir ki, o böyüyəndə həkim olsun, kitab oxusun, musiqi alətində çalsın, idmanla məşğul olsun. Evdə də hər işi özləri görürlər ki, bircə uşaqları oxusun. Uşaq əvəzində nəyinki oxumur, çalışmır, hətta təmbəl olaraq böyüyür, elə alınır ki, “ Niyə məni oyatmadın?”, “ Niyə vaxtında filan köynəyimi, ya paltarımı yumadın? Mən məhz onu bu gün geyinməliyəm!” kimi ittihamlarla qarşılaşır. Əgər uşağınızda bu xüsusiyyətləri görsəniz həyəcan siqnalını çalmaq vaxtıdır, bəlkə də gecdir. Ancaq hər şey mümkündür.
narınc.az