Niyə bu qədər unutqansız?!

Unutqanlıq hamımızın başına gələ bilər. Həkiminizlə görüşə gecikə bilərsiniz, avtomobili hara qoyduğunuzu unudarsınız, hətta yoldaşınızın ad gününü belə unuda bilərsiniz. Yaxşı, niyə bu qədər unutqansınız? 

Yaddaşınızın zəifləməsinə səbəb olan 4 səbəb: 

Yuxusuzluq

Bütün gecə yataqda dönüb durandan sonra hamımız özümüzü dəli olmuş kimi hiss edərik. Həftə sonu yuxuya daha çox vaxt ayıracağınızı düşünərək, ya da bir neçə fincan qəhvə içərək bu təsirdən xilas olacağınızı düşünsəniz də uzun müddətli yuxusuzluq yaddaşınıza ciddi mənada təsir edər. 

Bəzi araşdırmalara görə, yatdığınız zaman beyninizin xatirələri və gündəlik hadisələri yığan qismi bu xatirələri uzun, davamlı yaddaşa keçirməyə başlayır. Bu ilin əvvəllərində edilən bir araşdırma isə, yuxu çatışmazlığının səhv xatirələr meydana gəlməsinə və adamın başını qarışdırmasına səbəb olduğunu ortaya qoymuşdur. 

Çoxlu fotoşəkil çəkmək

Instagram və ya digər sosial media kanalları üçün fotoşəkil çəkmədiyimiz və yoldaşlarımızla paylaşmadığımız günlər yox deyiləcək qədər azdır. Bu fotoşəkillərin xatirələri yığmağa yaxşı gəldiyini söyləyə bilərik, amma həqiqətən elədirmi? 
Ən son xoşunuz gələn bir şeyə kamera linzaları istifadə etmədən, yalnız gözlərinizlə nə zaman baxdınız? Fairfield Universitetinin keçən il nəşr etdiyi bir araşdırmaya görə, obyektlərin fotoşəkillərini çəkən insanlar, yalnız baxan insanlara görə detalları xatırlamaqda çox daha çox çətinlik çəkir. Bu nəticə bizə beynin detalları və xatirələri necə tutduğunu və işlədiyini göstərir. 

Həddindən artıq spirt istehlakı

Birləşmiş Krallıqda edilən bir araşdırmaya görə, orta yaşlarda qazanılan həddindən artıq spirt istehlakı vərdişi yaddaşı zəiflətməyə səbəb olar və irəli yaşlarda yaddaşınızı itirmə riskinizi ciddi mənada yüksəldər. 
Araşdırmaçılar orta yaşlardakı insanların 10 illik spirt istehlak vərdişlərini, spirt istifadə edən və ya çox az istifadə edən insanlar ilə müqayisə etmiş və yaddaş itkisi nisbətlərinin spirt istehlakıyla yüksəldiyini ortaya çıxarmışdır. 

Stress altında olmaq

Təzyiq altında olduğunuz zaman bədəniniz kortizol deyilən bir hormon ifraz edir. Bu hormon kilo alışı, yüksək qan təzyiqi, ürək xəstəliyi və yaddaş itkisi kimi xəstəliklərlə əlaqələndirilər. Iowa Universitetində edilən bir araşdırmaya görə, həddindən artıq stress beyindəki ünsiyyəti qoparır və yaddaşımızın işlənməsinə mane olur

dushunce.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər