PSİXOLOQ :Ana üçün övladı neçə yaşında olursa olsun elə uşaq olaraq qalır

Beləliklə, valideyn müşahidə edir, özlüyündə baxır, parka gedəndə, baxçaya gedəndə, məktəbə gedəndə, görür ki, digər yaşıdları ilə müqayisədə onun övladında fərqli olan nələrsə var. Bu zaman mütəxəssisə müraciət etməsi arzuolunandır.

  • Uşaqların ən çox travma aldıqları hadisələr nələr olur?
  • Bizdə ümumiyyətlə ailələrimizdə mən anlayışı var, biz anlayışı yoxdur. Və bu da çox zaman problemlərin məğzi olur. Məsələn, gedək yataq yox, get yatmağa deyirik və ya nəyisə edən zaman biryerdə etmək anlayışı yoxdur bizdə. Həmişə tək olaraq müraciət edilir. Və əslində uşaqlarımız elə ən çox bundan travma alırlar. Daim müqayisə olunurlar, qonşunun, qohumun uşağı, evdəki bacı və ya qardaşı ilə. Bu tip müqayisələr də uşaqlara çox travma verən məqamlardır. Əslində deyirlər ki, evdə ata ananı döyəndə və ya dalaşanda uşaq böyük travmalar yaşayır, amma əslinə baxanda bu döyülməyə qədərki bizim gözümüzdən yayınan, adi gələn xırda şeylər çox böyük iz qoya bilir uşaq psixikasında.
  • Ola bilməz ki balacalarla işləyəsiniz və maraqlı,yaddaqalan hadisələr olmasın.
  • Əslində həddindən çox maraqlı hadisələr olub. Mənim hər bir uşaq pasientim özü -özlüyündə fərqli hekayələr mənbəyidir. Indi birdən soruşdunuz və hansını danışım bilmirəm. Amma ən çox yaddaşımda iz qoyan bir hadisə var , heç vaxt unutmuram onu. ( gülümsəyir). Deməli bir gün iş telefonuma bir valideyn zəng vurdu və mənimlə danışmaq istədi. Telefonda mənə məlumat verdiki, belə bir uşağım var, çox özünəqapanıqdır, yaxşı ünsiyyət qura bilmir, sanki qorxur, çəkinir və s. çox istərdim ki onu sizin yanınıza gətirim. Bizə kömək olasınız. Beləcə vaxt təyin etdik, gəldilər. Əyləşdik, bir xeyli ön söhbətdən ,uşağın problemlərinən danışdıqdan sonra mən ətrafa baxıb dedim ki, bəs uşağımız hardadır. Xanım yanındakı 32 yaşlı oğlunu göstərib dedi ki bəs burda. Inanın necə şok vəziyyətə girmişdimsə tutulub qaldım. Hər üçümüzdə bir-birimizə baxırdıq. Onlar da əslində bir qədər pərt vəziyyətinə düşdülər, elə mən özümdə. Nəysəki bir təhər vəziyyəti idarə edib onu digər mərkəzimizə yönləndirdik. Bax belə bu hadisədən sonra məndə sanki bir iz, bir travma qalıb, hər dəfə yanıma gəlmək üçün zəng edəndə uşağın yaşını dəqiq soruşuram və valideynlərə öz peşə istiqamətim barədə məlumat verirəm. Çünki bu hadisədən də bir daha görürük ki, valideyn, xüsusən ana üçün övladı neçə yaşında olursa olsun elə uşaq olaraq qalır.
  • Uşağı tərbiyə edərkən valideynlərin ən çox etdikləri səhvlər hansılardır? Və nələrə diqqət etməlidirlər ?
  • Valideynlər uşaqdan supermen gözləyirlər. Gözləntiləri hədsiz çoxdur. Uşaqları bacarıqlarına görə qiymətləndirmirik, uşağı öz beynimizdə tutduğumuz ideal modelə uyğunlaşdırmağa çalışırıq və ən çox səhvlər də bu zaman edilir. Müqayisə olunur, tənqid olunur, təhqir olunur. Uşağa individual yanaşılmalıdır, onun bacarıqlarına uyğun olaraq. Valideynlərdə bu halları tez-tez müşahidə edirik və özünə güvənsiz bir cəmiyyət formalaşdırırq beləcə. Daha sonra uşağı davamlı olaraq özümüzdən asılı edirik. Indi “ana-uşaq simbiozuna” çox rast gəlirik. Ana uşağın hər şeyini kontrol edir. Dost seçimini, yeməyini, içməyini, hətta saat neçədə yatıb, neçədə durduğunu. 14-15, 20 yaşlı uşaqlara belə hədsiz müdaxilələr edirlər. Uşağı o qədər idarə edirlər ki, uşaq tamamən anadan asılı olur və anadan ayrılanda ortalıqda qalmış kimi hiss edir, nə edəcəyini bilmir, anaya hər zaman ehtiyac duyur. Analar biraz o əzizləmələri, oxşamaları, tərifləmələri tənzimləməlidirlər. Bu da uşağın hər yaş dövrünə uyğun olmalıdır.

Əslində kitabı tərtib edərkən də ən başlıca məqsədim elə bu idi. Uşağın hər bir yaşına uyğun nə kimi bacarıqları olmalıdır, nələr olar , nələr olmaz. Valideyn də bunu bilərək rəftar etməlidir. Və ya hər yaş dövrünün öz xüsusiyyətlərini ayrıca qeyd etmişəm. Valideynlər bunu oxusalar artıq uşaqlarındakı əlamətlərdən biləcəklər ki, bu problemdir yoxsa cari yaş dövrü üçün norma sayılacaq bir haldır. Televizora çox baxırsa nə etməlidirlər, evdə nənə-baba varsa neynəməlidir, uşağa cinsi tərbiyə necə verilməlidir və s. bu kimi valideynlərin gündəlik ən çox qarşılaşdığı problemlərə kitabda istiqamət verməyə çalışmışam.

  • Bizim ənənəvi tərbiyə üsulumuz – uşağı döymək olarmı?
  • Döymək anlayışı zorakılıqlar arasında 3 – cü yeri tutur və burada psixoloji zorakılıq, psixoloji təzyiq daha ön plandadır. Biz döyməyin izini, göyərmə yerini və s. fiziki cəhətdən görə bilərik, amma onun uşağın psixologiyasında nə kimi və hansı dərinlikdə bir yara açacağını təsəvvür belə edə bilmərik. O görünmür çünki! Zaman keçdikcə, uşaq böyüdükcə özünə yer edərək təmamilə fərqli bir formada ortaya çıxır. Uşaqları döymək təbii ki, birmənalı olaraq qəbul edilmir. Çox zaman özünəgüvənsiz valideynlər bu yola əl atır. Çünki aqresiyyalarını nəyəsə yönləndirməlidirlər, bunu da uşağa əl qaldıraraq, döyərək edirlər. Və uşaqda “ödəşdim” psixologiyası yaranır. Yəni ki, mən pis bir hərəkət elədim, ana məni döydü və ödəşdik. Artıq mən yenə pis davranışıma davam edə bilərəm. Uşaq yalnış hərəkətindən heç bir nəticə çıxara bilmir. Döyməyin pis tərəfindən biridə budur ki, çox qısa zamanda uşaq buna alışır və şiddətin dozası artır.

Uşaqda nə isə yalnış bir hərəkət olduqda cəza sistemi çox yaxşı nəticə verir. Bu barədə də valideynlərimiz kitabdan geniş məlumat tapa bilərlər.

  • Ailədə boşanmalar, ailədaxili şiddət uşaqlarda özünü hansı formada göstərir?!
  • Təbii ki arzumuz odur ki, valideynlər ayrılmasın, ailə bütöv qalsın. Belə ailələrin uşaqlarında həmişə bir qırğınlıq olur, daima ata obrazının və ya ana obrazının əksikliyini hiss edirlər. Amma natamam ailə evdə şiddət olan ailədən daha yaxşıdır! Əgər ailədə daim şiddət, zorakılıq halları varsa və ya valideynlərdən hansındasa psixi pozuntular, alkoqolizm və digər zərərli vərdişlər varsa, o zaman təbii ki, ayrılmaq ən yaxşısıdır. Çünki, ailəm, uşaqlarım üçün qalıram deyə evlilik sürdürülər və gələcəkdə bu uşaq cani, alkoqolik, narkoman olarsa, bu şiddəti görüb özü də gələcəkdə tətbiq edərsə, bu daha da ağır fəsadlaraq yol açacaq. Yaxşı olardı ki, belə ailələr konflikti, problemi psixoloqa müraciət edərək korreksiya etsinlər.
  • Özünüz anasınız. Uşaq psixoloqu kimi bilik və təcrübələrinizi öz övladınıza tətbiq edə bilirsinizmi?
  • Bəli tətbiq edə bilirəm. Əslində çoxda köməyimə çatıb. Heç bu sahədə işləməsəydim belə, psixoloji biliklərin mənə ən azı bir valideyn kimi faydalı olacağına inanırdım. Və oldu da! Düzdür insanlar hər zaman daha idealını gözləyir və bizdə ideal anlayışı da əsgər kimi nizamlı durmaq,oturmaq kimi qəbul edilir. Amma xeyr! Yeri gəldikdə mənim oğlum hiperaktivdir. Bunlar ən çətin olan uşalardır, hansı ki, onlar dayanmırlar, davamlı olaraq hərəkətdədirlər, istədiklərini edirlər, istədiklərini deyirlər. Belə uşaqlarla necə davranmaq lazım gəldiyini bildiyim üçün, hələ ta çağalıq dövründən onda korreksiya işləri aparmağa başlamışam. Oğlum çox şən uşaqdır, heç vaxt tərbiyəsizlik etməz amma olduqca enerjilidir. Mən bunu bilirəm və qəbul edirəm. Mənim gözləntilərim də oğlumun xarakterinə uyğundur. Əgər mən ondan sakit olmağı gözləsəm onun üzərinə düşəcəm, onu da özümü də incidəcəm. Bunu bir psixoloq olaraq öyrənmişəm. Və bir psixoloq birinci özünə və öz ailəsinə faydalı ola bilməlidir. Əks təqdirdə seanslarda da faydalı ola bilməz, işin keyfiyyətinə mənfi təsir göstərər.
  • Yoldaşınız da tanınmış psixoloqlardan biridir. Necədir bir psixoloqla ailəli olmaq? Həm bir qadın, həm də bir həmkar baxımından yanaşdıqda.
  • Çox gözlədir, tam bir komfortdur desəm yanılmaram. Düzdür bir cəhəti var ki, hər ikimiz də bir-birimizin fəndlərini bilirik və bu zaman da hər dəfəsində daha mükəmməl metodlar seçməli oluruq ki, bir-birimizə necə deyərlər daha maraqlı qala bilək. Bu da əslində pis deyil, çünki bizi daha da mükəmməlçiliyə sövq edir. Amma ümumən götürdükdə yaxşı tərəfi odur ki, konflikt olmur bizdə, olsada çox qısa bir-iki saatlıq ola bilər inciklik. Çünki, artıq konflikti idarə etməyin yollarını bir psixoloq olaraq hər ikimiz də gözəl bilirik. Psixoanalitik yanaşma ilə nəyin nəyə görə olduğunu anlayırıq və bu bizə konflikdən qaçmağa kömək edir. Mən düşünürəm ki, biz Elnur müəllimlə Azərbaycanda “eyni peşə sahiblərinin uğurlu nigahı olmaz, ailə davam edə bilməz “ və s. kimi tendesiyanı qıra bilmişik.
  • Bir iş xanımı olaraq çətin olmur ki, həm ana, həm həyat yoldaşı funksiyalarını yerinə yetirmək?
  • Yaxşı həyat yoldaşın varsa, çətin olmur! Təbii ki, bu prosesə həm də yaxşı uşaq, yaxşı iş kriteriyaları da daxildir. Çünki mən işə gələndə də ailəmdəyəm kimi hiss edirəm, burda belə iş görərkən dincələ bilirəm. Və ən önəmlisi qeyd etdiyim kimi, işin başı yaxşı və anlayışlı həyat yoldaşıdır. Mən bilirəm ki, məsələn bugün evə gedirəm, yeməyim yoxdursa və yoldaşıma pendir çörək belə versəm o bundan şikayət etməyəcək, deyinməyəcək. Eynilə mən də ona bu diqqəti göstərirəm. Qarşılıqlı anlaşma, sevgi və sayğı əhatəsində olduqda hər bir çətinlik baş əyir qarşınızda.
  • Və sonda bir mütəxəssis kimi deyə bilərsinizmi, sağlam və xoşbəxt uşaq böyütməyin sirri nədir?
  • Yaxşı nümunə olmaq! Bunu bir psixoloq kimi valideynlərə hər zaman dönə-dönə deyirəm və eləcə də bir ana kimi dilimdə dediklərimi əməllərimdə göstərirəm övladıma. Övladımızdan tələb etdiyimizi ilk öncə öz simamızda göstərməliyik ki, o bizdən baxıb öyrənsin. Məsələn, əgər mən evdə bütün günü kompyuterdən istifadə edirəmsə və oğluma deyirəmsə ki, kompyuterdən istifadə etmə, bu biraz gülünc olar. Ilk olaraq mən kitab oxuma vərdişini övladıma aşılamalıyam ki, ondan bunu gözləyə bilim və s. Əgər ata –ana özləri arasında sağlam bir münasibət qurarlarsa inanın hər şeyə vaxt çatır,hər bir işinizi də görə bilirsiniz. Yəni, sağlam və xöşbəxt övlad böyütmək üçün ona ən əsası sağlam bir ailə bəxş etməlisiniz!

Fəridə Qasımova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər