Amma siz ziyansız olduğunu düşünürdünüz!

Çoxları elektron siqaretləri zərərsiz sayır, siqareti birdəfəlik tərgitmək üçün yaxşı vasitə olduğunu düşünürlər. Bəzi məqamlarda elektron siqaretlər işə yaraya bilər. Ancaq onların tam zərərsiz olduğunu demək də düzgün deyil.

Milli.Az-ın məlumatına görə, istənilən elektron siqaret özündə miniatür qəlyanı cəmləşdirir. Buradakı mini-akkumulyator sayəsində xüsusi maye buxara çevrilir. Həmin buxar siqaret çəkən adamların vərdiş etdikləri hissi onlara bəxş edir.
Elektron siqaretlərin mayeləri üç qrupa bölünür:

  • nikotinsiz
  • orta nikotinli,
  • sərt nikotinli
    Bu səbəbdən də elektron siqaretlərin nikotinsiz olduğunu demək tamamilə əsassızdır. Nikotin insan orqanizmi üçün zərərli maddə olduğu üçün elektron siqaretlərin də tamamilə zərərsiz olduğunu iddia etmək yersizdir.

Elektron siqaret zərərli vərdişdən azad olmağa yardımçı olur və ətrafdakıları sərt tütün qoxusundan xilas edir. Bununla belə, statistika göstərir ki, elektron siqaretlərdən istifadə edənlərin 80-90 faizi gündəlik siqaret sayını aşağı sala bilib. Ancaq bu vasitə ilə nikotin asılılığından tamamilə xilas olan adamların sayı azdır.
Elektron siqaretlərin çoxu dövlət səviyyəsində məcburi sertifikatlaşmayıb. Bu da öz növbəsində həmin məhsulların hamısının etibarlı olduğuna şübhə yaradır. Elektron siqaretin ətrafdakı insanlara necə təsir etməsi barədə də dəqiq məlumat yoxdur. Bu səbəbdən də passiv siqaret çəkmə ilə bağlı məsələ hələ də açıq qalıb.

Bütün bunlarla yanaşı, elektron siqaretin müsbət hesab edilən cəhətləri də var:

  • istifadəsi sadədir
  • ucuzdur
  • hər yerdə çəkmək olur (yerli qanunvericiliyə əsasən, elektron siqaretin qadağan edildiyi yerlər yoxdur).

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər