Həyatınızda hər şey tərsinə gedir?!

Həyatınızda hər şey tərsinə gedir? Sizi heç kim başa düşmür? Çəkdiyiniz iztirabların sanki sonu olmayacaq kimi hiss edirsiniz. Bəzən özünüzü daha yaxından tanımaq, mənfi cəhətlərinızin səbəblərini araşdırmaq, bəzən də heç kimə demədən hər kəsdən, yaşadığınız ölkədən belə uzaqlaşmaq istəyirsiniz.

Təsadüfən ağlınıza bir fikir gəlir. Nə üçün daxili orqanlarımızda ağrı olduğu zaman həkimə müraciət edir, ruhumuz sarsılanda bizə professional şəkildə kömək edəcək psixoloqa müraciət etmirik?

Daxilən buna ehtiyacımızın olduğunu bilsək də, nələrsə bizi hərəkətə keçməyimizə mane olur.

Axı mən ətrafımdakı insanlara psixoloqa getdiyimi necə deyim? Birdən mənim haqqımda başqa bir fikir yaranar. Beləliklə, bir sıra daxili ziddiyyətlərlə psixoloqa müraciət edilir.

Qarşımda müxtəlif talelər, müxtəlif dramlar, müxtəlif komediyalar və onların qəhrəmanlarını görürəm. Bəzən bu qəhrəmanlar baş rolda, bəzən səhnə arxasında, bəzən isə köməkçi rollarda olurlar. Amma hansı rolda olmalarından asılı olmayaraq, yaşamaq, həyatı sevmək, sevdiklərini yanında görmək , dəyərli olmaq və bunu hiss etmək üçün çapalayırlar. Bəzən isə həyatın silləsini yemiş, bir hörümçək ağına düşmüş kimi çapalayan, amma bu torun saplarının çox da güclü olmadığını görməyən insanlarla qarşılaşırsan. Bəzən də cəsarətli, çətinliklərə tab gətirən, öz daxili qüvvəsi ilə ətrafdakılara nümunə olan insanlarla qarşılaşırsan.

Müasir cəmiyyətdə informasiya bolluğunda, virtual ünsiyyətin artdığı bir zamanda insanlar arasında real ünsiyyətin azlığı diqqəti çəkməkdədir. Beləliklə, qarşımıza özünü real həyatda yalqız hiss edən, problemlərini həll edə bilməyən və yaxud problemlərə böyüdücü eynəklə baxan bir qrup insan çıxır.

Həyatımızdakı çətinlikləri problem olaraq görməkdən uzaqlaşaraq, onlara məsələnin həlli kimi yanaşmaq və məsələni həll etmək üçün yollar fikirləşmək daha uyğun bir yol kimi qiymətləndirilə bilər. Hər bir məsələnin həlli ilə əlaqədar müxtəlif çıxış yollarını sıralamaq və hər bir yolun müsbət və mənfi cəhətlərini analiz etmək və bizə ən uyğun olanını seçmək lazımdır. Zaman keçdikcə verdiyimiz qərarların səhv olduğunu başa düşsək də, bunu bir təcrübə kimi qiymətləndirmək və təcrübələrimizdən nəticə çıxartmaq düzgün görünür. Bu cür yanaşma tərzi emosional gərginliyimizi azaldaraq, daha rahat olmağımıza kömək edəcək və qarşımıza çıxan çətinliklərin öhdəsindən gəlmək üçün bizə güc verəcək.

Beləliklə, daxili gücümüzə inanacaq və çətinliklərin öhdəsindən gələcəyik. Dəyişdirə bilməyəcəyimiz hadisələri isə olduğu kimi qəbul etmək gücünü qazanacağıq. Emosional tarazlığımızı qoruyaraq, daha məhsuldar, həyatı sevən, ətrafımıza enerji verə bilən şəxsiyyətə çevrilmək öz əlimizdədir.

Bu gücü özünüzdə tapmadıqda müraciət edə biləcəyiniz mütəxəssislərin olduğunu da unutmayın.

Mələk Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər