Uşaqlar üçün sevgi nədir? – MÖHTƏŞƏM CAVABLAR

4-8 yaş arası uşaqlara “Sevgi nədir?“ sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb.

Uşaqların dünyasında sevgi nədir?

Rebeka (6 yaş) – Mənim nənəm artritdən əziyyət çəkəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına boya çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə öz əlləri etməkdən usanmırdı. Bu, sevgidir.

Billi (4 yaş) – Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.

Krissi (6 yaş) – Sevgi – bir yerə yeməyə getdiyində qarşılığında heç nə istəmədən qızarmış kartoflarının yarısını həmin adama verməkdir.

Terri (4 yaş) – Sevgi – yorulanda belə səni gülməyə məcbur edən yeganə şeydir.

Denni (7 yaş) – Sevgi – anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.

Emili (8 yaş) – Sevgi o zaman yaşanır ki, həmişə öpüşərsiniz. Öpüşməkdən yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.

Noel (7 yaş) – Sevgi – bəyəndiyin oğlana “bu köynəyini xoşlayıram” dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.

Kris (7 yaş) – Sevgi – anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.

Meri Enn (4 yaş) – Sevgi – itini bütün günü evdə yalnız buraxsan da yenə də gəlib qarşında oturmasıdır.

Cesika (8 yaş) – Əgər sən sevmirsənsə, heç bir halda “səni sevirəm” deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə unudurlar.

ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər