Qucaqlaşmağın faydaları

Hər birimiz gündəlik həyatımızda bir çox xoş təəssüratlarla qarşılaşırıq. Sevdiklərinizi qucaqlamaq və onlar tərəfindən qucaqlanmaq təbii ki, hər birimizə müsbət təsir göstərir. Bunun isə yalnız xoş təəssüratlar deyil, həmçinin xeyirli olduğunu təəssüf ki, çoxları bilmir.

Alimlərin araşdırmaları sübüt edir ki, qucaqlaşma bildiyimizdən daha xeyirli bir prosesdir. Onlar gündəlik qucaqlaşmanın, orqanizmin infeksiyalarla mübarizə aparmasına təsir göstərdiyini və ürək-damar xəstəlikləri təhlükəsinin azalmasına təsir etdiyini bildirirlər. Araşdırmalara əsasən, 10 saniyəlik qucaqlaşma insan beynində stress hormonu olan “oksitosinin” azalmasına gətirir. Bunun isə müasir dövrdə nə qədər önəmli olduğunu hamımız bilirik.Yapon alimləri ağlayan körpəni qucaqlayıb yüngülcə yelləmənin onun sağlamlığı üçün daha çox faydalı olduğunu elmi olaraq sübut ediblər.

Paytaxt Tokionun şimalındakı Saitamadaki Beyin Elm İnstitutunun alimlərinin apardığı araşdırmalara görə, körpə ağladığında qucaqlayan zaman özünü daha rahat hiss edir. Doktor Kumi Kuroda “Körpələr anaları tərəfindən qucaqlandığı zaman özünü daha rahat hiss edir” deyib. Yaponiyalı mütəxəssislər ağladığında qucağa alınan körpənin ürək döyüntülərinin normala döndüyünü təyin ediblər. Professor Kuroda ağlayan körpələrin ailəsi üzərində nəzarət etməyə çalışdığına dair nəzəriyyələrin bu şəkildə səhv olduğunu da göstərdiklərini vurğulayıb.

Qucaqlaşmağın faydaları

Bu kimyəvi reaksiya həmçinin qan təzyiqini azaldır, infeksiya və yorğunluqla mübarizə aparır və depressiya simptomlarını azlatma gücünə malikdir. Eyni zamanda, karbohidratların mübadiləsini nizama salan “kortizol” hormonunun səviyysini azaldır. Bu isə sevdiyiniz insanla qucaqlaşmanızın çəkiyə müsbət təsirindən xəbər verir. Həmçinin xəbərdar olun ki, orqanizm qucaqalaşma zamanı sevinc hormonu olan “endorfini” istehsal edir. Qucaqlaşdıqda insan özünü yaxşı hiss edir, damarlarda qan daha tez dövr edərərək , ürək döyünməsini və nəfəsi tənzimləyir. Bundan əlavə, proses zamanı beyində həzz mərkəzləri aktiv olaraq, həm kişi həm də qadın orqanizmində hemoqlobin səviyyəsini artırır, bu isə immun sistemə müsbət təsir göstərmiş olur.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər