Duanın Psixoloji Faydaları

1.Mömin dua etdiyi vaxt, Allahdan kömək istədiyi zaman gerçək xoşbəxtliyi və hüzuru tapar. Öz gücünün heç bir şeyə çatmadığını, ancaq gücü hər şeyə çatan rəbbimizin onu qoruduğunu – izlədiyini hiss edər. Bu insan ücün ən böyük xoşbəxtlikdir. Bu səbəblə duada bir mənəvi zövq var və bu zövq cənnətdə də olacaq. Quranda bu belə deyilir: “İman edib məqbul və gözəl işlər görənləri isə onların Rəbbi, imanları səbəbi ilə özlərini, içlərindən çaylar axan, o nemət dolu cənnətlərdəki xoşbəxtliklərə çatdırar. Onların orada duaları, “Allah’ım! Hər cür mükəmməllik Sənə aiddir və Sən hər cür nöqsandan uzaqsan!” demək, bir-birlərinə yaxşı arzu və təmənnaları isə həmişə “salam!”dır. Duaları “Elhemdülillahi Rebbi’l-alemin” (Hemd aləmlərin Rəbbi Allah’a məxsusdur.) deyə sona çatar.” (Yunus surəsi, 10/9-10)

  1. Təmin edilməmiş sonsuz istək və arzularımız şüuraltına yiğılaraq bizdə gözlənilməyən vaxtlarda müxtəlif böhranlara, daxili sıxıntılara yol açar. Dua ilə ən gizli, ən məhrəm duyğularımızı dilə gətirər, urəyimizi boşaldar, ümidimizi qüvvətləndirər, qorxularımızı azaldarıq. Dua ürəyimizə əvəzedilməz bir rahatlıq verir, gərginliklərimizi azaldır. Dua ilə özümüzü Allah’a daha yaxın hiss edirik. Duasız bir insan, işıqsız bir zirzəmiyə bənzəyir. Duasız insan, yalnızlığın qaranlıq həbsxanası içində çırpınan bir zavallıdır. Dua ilə mənlik divarlarını aşa bilərik. Çünki dua, əngəl və uzaqlıq tanımır. Zaman və məkanlar ona əngəl ola bilməz. Dua ilə sonsuz acizliyimizi uca Allah’ın sonsuz qüdrətinə bağlama səadətinə çatarıq. Dua ilə ruh gücümüzü qanadlandırarıq. Duada iç dünyamız aydınlaşar. Duada öz gücümüzlə deyil, Allah’ın sonsuz gücü ilə daxili və xarici düşmənlərimizə qələbə çalarıq.
  2. İbadət etməmək və dua etməməkdən dolayı ruhları ac qalan nə qədər insan var ki, sivilizasiyanın bütün komfortu, əllərindəki sərvət və imkanlar onları xosbəxt edə bilməyib. Rahatlıqdan məhrum olan bu zavallılar, vicdanları ilə baş-başa qalmaqdan qorxarlar. Onların əyləncə və qəhqəhələrı iç aləmlərində alışan yanğını gizlətsə belə, özlərini için-için gəmirməkdən əsla qurtara bilməzlər. Yaddan çıxarmayın ki, ruhun da bədən kimi bir çox ehtiyacı var. Bu xüsusiyyətləri gözdən uzaq tutan səhv düşüncə və hərəkətlər, bu gün insanlığı ruhən xəstəliklərə və sıxıntılara sürükləməkdə, qəlb rahatlığından məhrum buraxmaqda və onun fəlakətinə yol açmaqdadır. Qəlbimiz iman nuruyla parlamayınca, ruh yaralarına məlhəm olan ilahi əmirlər yerinə yetirilməyincə, ibadət və dualarla qəlbimizi aydınlatmadıqca nə içimizin zülməti keçər, nə də dünya və axirət xoşbəxtliyinə qovuşa bilərik.
  3. Dua, ilahi yardımın gəlməsi üçün muraciət edilən əsas bir ruhi mexanizmdir və insanın yaradıcısına doğru yaxınlaşma istəyini ifadə edər. Bu tərəfi ilə dua, insan zehninin maddi olmayan aləmə doğru çəkilməsi, ruhun Allah’a doğru yüksəlişi, həyat deyilən möcüzəni yaradan varlığa qarşı sevgi və bağlanma ifadəsidir. Hər şeyi yaradan, ən üstün kamal, qüdrət, qüvvət və gözəllik qaynağı, hər kəsin qurtarıcısı olan görülməz bir varlıqla münasibətə keçmək uçun edilən bir cəhddir.
  4. Dua insanda psixoloji baxımdan bir rahatlıq, dinclik və xosbəxtlik yaradır. Duanın ən gözəl faydalarından biri də Allah inancının qəlblərdə möhkəmləndirilməsidir.
  5. Dua edən hər kəs, dua etmədən əvvəlki vəziyyəti ilə müqayisədə önəmli bir dəyişiklik yaşayır. Lakin duanın psixoloji təsiri, bəzi şərtlərə bağlı olaraq artır və ya azalır. Kiminsə başqası ücün oxuduğu duanın da şəxsən edilən dua qədər, hətta bəzən daha təsirli olduğu məlum olub. Amerikada 192 xəstə üzərində aparılan bir araşdırmada, bunu təsdiq edən möcüzəli nəticələr əldə edilib. Xəstəxana yaxınlığındakı bir kilsədə bu xəstələr üçün özlərinin xəbəri olmadan dua etmişdilər. Nəticədə xəstələrın adi zikr edilmədən edilən dua nəticəsində onların şikayətlərində azalma təsdiq edilmişdir. Həmçinin xəstələr xəstəxananın müalicə şərtlərini əvvəlkinə görə daha yaxşı hesab etmişdilər.
  6. Kliniki müşahidələr duanın xəstənin yaxşılaşmasına müsbət təsir etməklə yanaşı, ən əsası insanlığın yenidən qurulması və bütünləşməsində çox təsirli bir rol oynadığını göstərmişdir. Depressiya ilə bacarmadıqda, stressi aşmaqda, nevrotik və psixotik bir çox xəstəliklə yanaşı, fiziki xəstəliklərin şəfa tapmasında belə duanın çox faydalı olduğunu çox sayda müşahidə və araşdırma tapılmaqdadır.
  7. Dua, insanın Allaha yaxın olduğu şüuru ilə onda bir inam hissi doğurur, qayğılarını yüngülləşdirir. Mövzu ilə əlaqəli müşahidələr, əsasən də böhran vaxtlarında duanın rahatladıcı, sakitləşdirici və qayğıları azaldıcı nəticələr verdiyini göstərməkdədir.
  8. Dua insanın gücünü artırır, fəaliyyətlərinə canlılıq qatır, şüur səviyyəsinin yüksəlməsinə və idrakının güclənməsinə vəsilə olur.
  9. Sıxıntılı, bohranlı və gərgin bir vəziyyətdə duanın təsiri sakitləşdirmə və rahatlatma şəklində özünü göstərir.
  10. Duanın insanın əxlaq və xarakter quruluşu üzərində müsbət təsirlərinin də olduğu təsdiq edilmişdir. Sıx-sıx və nizamlı edilən dua, fəzilətli bir yaşayış və xarakter yetkinliyinin vacib bir faktoru olmaqdadır.
  11. Davamlı dua edən hər kəsdə vəzifə və məsuliyyət artar, qısqanclıq və pislik meylləri azalar, başqaları haqqında yaxşılıq və xeyir sevərlik hissləri güclənər.

Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o, quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Dünya malına aldananları axirətdə şiddətli əzab, dünya malına uymayanları isə Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)

dushunce.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər