Psixologiya Dünyada və ölkəmizdə son illərin ən gözdə peşə sahələrindən biridir. Mediada psixoloqlar və psixoloji məsləhətçilərin gün keçdikcə daha çox yer aldığını, bu sahədə yayımlanan kitabların çoxaldığını, xüsusilə inkişaf etmiş şəhərlərdə psixoloji yardım mərkəzlərinin get-gedə artdığını və xalq arasında psixologiya və onunla əlaqədar anlayışları təmsil edən sözlərin daha məşhur olaraq istifadə edildiyinə şahid oluruq.
Son illərdə universitet tələbələrinin yaşadıqları psixoloji problemləri, psixoloji köməyə və kömək almağa necə baxdıqlarını, problemləri ilə necə başa çıxdıqlarını və kimlərdən kömək aldıqları araşdırılır. Araşdırmaların nəticəsi isə belədir:
“Ancaq travma yaşasam psixoloji kömək alaram”
Daha cox universitet tələbələrinin ictimai əlaqələrdə çətinlik çəkdikləri, həddindən artıq qayğı və eyni zamanda təklik kimi şəxsi problemlər yaşayırlar.Bu problemləri aradan qaldırmaq üçün tələbələr seçimlərini ümumiyyətlə, professional olmayan qaynaqlardan istifadə etdikləri müşahidə olunur. Yəni gənclər ailə və dostları kimi yaxın əlaqələri vasitəsilə problemləri həll etməyə meyilli olurlar.
“Cəmiyyətdə psixoloji sahələrə anormal olaraq baxılır”
Xüsusilə, tələbələr problemlərini öz başına həll etməyi üstün tuturlar və yaxud da problemlərini görməməzlikdən gələrək həll etməyə çalışırlar. Cəmiyyətdə psixoloji yardımla əlaqədar düşüncələrin nələr olduğunu araşdırdığımızda isə şagirdlər hələ insanların psixoloji yardım sahələrinə dəli gözüylə baxıldığını, utanılacaq bir şey olduğunu düşünürlər.
Intellektual səviyyəsi yüksək olan, xüsusilə 17-22 yaş arası gənclər psixoloji yardıma daha müsbət baxır. Ailənin təhsil səviyyəsi və sosial-iqtisadi səviyyəsi artdıqca insanların psixoloji yardım alınması ilə əlaqədar istəkləri də artır.
Qadınlar problemlərini danışmağa və psixoloji dəstək almağa daha istəklidir. Kişilərin özləri və problemləriylə əlaqədar çox danışmadığı, qadınların isə duyğularını açma mövzusunda daha rahat olduqları bilinir. Problemlərin daha da böyüməməsi üçün vaxtında psixoloqlara müraciət etmək lazımdır.
Fəridə Əsədova
Xəzər Universitetinin, psixologiya fakültəsinin III kurs tələbəsi
psixotest.az