Özünüzü yorğun hiss edirsiz, ayaqlarınız ağrayır, qollarınızda tez-tez tutulmalar olur, həmişə gərginlik içindəsiniz.
Stress səviyyəniz yüksək, zehniniz bulanıqdırsa, bütün bu şikayətlərin səbəbi maqnezium çatışmazlığı ola bilər. Maqnezium insan orqanizmində olan vacib minerallardan biridir. Yəni bu mineral olmadan yaşamaq mümkün deyil.
Maqnezium insan bədənində baş verən enerji, protein ifrazı və əzələ dartılması kimi bir çox funksiyaları tənzimləyən fermentlərin yaranmasında əhəmiyyətli rol oynayır.
Maqnezium sümük və sinir hüceyrələrinin davamlılığını təmin edir. Bununla ürək döyüntülərinin nizamlı olması, özümüzü enerjili hiss etməmizə və zehni fəaliyyətlərə təsir göstərir.
Sağlam sümüklər üçün ən az fosfor və kalsium qədər əhəmiyyətli olan maqnezium üçün ən yaxşı qaynaqlar quru paxlalılar, yağlı toxum və tam taxıl qidalarıdır. Maqnezium çatışmazlığı yaşamamaq üçün həftədə 1, ya 2 dəfə quru lobya, noxud, mərci yemək, salatlara quru paxlalılardan əlavə etmək, bitki mənşəli protein və lifli qidalar qəbul etmək lazımdır. Hər gün 1 ovuc yerfındığı, fındıq, qoz və badam qarışımı yesəniz, maqneziumla yanaşı omeqa 3 və sinkə olan ehtiyacınızı da ödəmiş olarsınız.
ailem.az