Eşq etirafından 62 il sonra evləndilər!

“Həmişə səni sevmişəm və qəlbimdə də daim sən olubsan. Tanrıma şükürlər olsun ki, səninlə evlənə bildim”.

92 yaşlı Hovard Ettberi 62 il əvvəl tanış olduğu və eşqini etiraf etdiyi, indisə 82 yaşında olan Sintiya Riqqslə evlənib.

Onlar 1950-ci ildə, H.Ettberi geoloji araşdırmalarda olanda bir-birlərini görmüşdülər.

“Bu qıza elə ilk baxışdan vuruldum. Bir qədər sonra eşqimi etiraf etdim. Amma mənimlə evlənməyə razılaşmadı, sevgilisinin olduğunu dedi. 62 il keçdi və arzuma çatdım”, – Hovard Ettberi deyib.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın San-Dieqo şəhərində yaşayan Hovard Ettberi iki il əvvəl Sintiya Riqqsə məktub yollayıb və ona yenə evlənməyi təklif edib.

2012-ci ilin fevralında Riqqsə ünvanlanmış məktubda yazılmışdı: “Sizi ilk görüşümüzdən bəri sevirəm və o sevgi hələ də ürəyimdədir. Sizə yenə də evlənməyi təklif edirəm. Lütfən, “yox” deməyin”.

Sintiya Riqqs razılaşıb.
Qoca sevgililər indi Hovard Ettberinin Martas-Vinyarddakı evində yaşayırlar.

“Ömrümüzün sonuna çox qalmadığını bilirik. Uzaq gələcək barədə düşünmək, planlar qurmaq da real deyil. Fəqət, gənc qadını narahat edən məsələlər məni qayğılandırmadığı üçün yaşam fərqli, rahatdır”, – Sintiya Riqqs deyib.
ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər