Sibel Dinç Çalışkan : ” Cinsi problemlər aldatma səbəbi ola bilir!”

  • Bizim uzun illər boyunca şüuraltımıza yeridilimiş olan bir sıra miflərimiz var. Uşaq böyüdülərkən, tərbiyə prosesində xüsusən qız uşaqlarına ayaqlarını yığıb otur, ağaca dırmanma, velosipedə minmə (qızlıq pərdəsinə zərər gələr deyə), oğlanlarla oynama, danışma – ayıbdır, qız uşağı özünü qorumalıdır, gizləməlidir, ora-bura hoppanma, qaçma, yıxılarsan qızlıq pərdən zərər görər, dağılar, partlayar və s. bu kimi tabularla böyüyən qız uşağı böyüyüncə də nə edir?! Özünü rahat buraxa bilmir, açıla bilmir. Bəzən yanıma gələn xəstələr deyirlər ki, “yox, Sibel xanım, mən həyat yoldaşımı sevirəm, onunla çox xoşbəxtəm, çox rahatam və s”. Onlara izah edirəm ki, bax, sənin beynin onun sənin yoldaşın, ailən olduğunu qəbul edir, amma şüuraltın böyüdülmüş olduğun tabular səbəbilə yoldaşına qarşı belə özünü qorumaya alır, özünü qapadır. Daha bir səbəb kimi, cinsəl bilgi azlığını göstərə bilərik. Yəni qadın öz bədənini tanımır, cinsi birləşmə nədir və əslində necə olur bilmir. Sadəcə kənardan eşitdiyi ağrılıdır, qanayır və s. kimi bilgilərlə özünü kodlayır və beləcə, cinsi birləşməni rədd edir. Və ya kişi ilə bağlı ola bilir. Məsələn, kişi ilk cinsi birləşmədə qadının həssasiyətini anlamaya bilir, ona zor tətbiq edir, onu təhqir edir və ya kobudluq göstərir. Bunlar da vaginizmin yaranma səbəbi ola bilir. Başqa bir səbəb kimi qadının keçmişində hər hansı bir travmasının olması, istənməyən evliliyin olması və s. vaginizmə yol aça bilir. Səbəblər əslində o qədər çoxdur ki, hər bir şəxsə görə fərqli ola bilir. Məsələn, sizə öz klinik təcrübəmdən birini danışacağam. Yanıma bir cütlük gəldi. Qadın Antalyanın uzaq rayonlarının birində doğulub böyümüş bır qız olur. Hava yollarında çalışan bir bəylə ailə qurub şəhərə köçürlər. İIlk gecələrində bərabər ola bilmirlər. Qadında vaginizm! Səbəbi araşdırdıqda ortaya nə çıxdı bilirsinizmi?! Deməli, bu qızın ailəsinin bir ferması var. Və qız ta uşaq yaşlarından ailəsi ilə birgə bu fermada işləyir. Hər dəfə inəklərin doğum anını görür, qorxur. Ən pisi də valideynləri hər dəfəsində doğum anında ləyənə tokülən o qanları təmizləməyi, atmağı qıza tapşırır. Qız ağlayır, sızlayır, bu işi görmək istəmirəm deyir. Amma valideynlər də elə bilirlər ki, uşaq iş görməkdən boyun qaçırır. Bu qorxu, travma nəticəsində qızın şüuraltında doğum çox pis, iyrənc, ağrılı bir hadisə olaraq həkk olunur. Baxın, burda qadının qorxduğu cinsi birləşmə deyil əslində. Qadın bilir ki, cinsi birləşmə sonrasında, hamilə qala bilər, doğa bilər. Avtomatik olaraq şüuraltı işə düşür və cinsi əlaqəyə izn vermir. Bu zaman biz öncə qadının qorxuları üzərində işləyir, daha sonra cinsi terapiya tətbiq edirik.
  • Bəs Sibel xanım, cinsi terapiya ilə vaginizmin müalicə olunma faizi yüksəkdirmi?
  • Çox yüksəkdir. Tam iddia edərək deyirəm ki, 12 seansda ( 3-4 ay) təmamən aradan qalxa bilir.
  • Bu terapiya zamanı cütlüklərin ikisinin də iştirak etməsi zəruridirmi?
  • Mütləq! Əgər qadın gələr, kişi gəlməzsə, biz bu xəstələrlə işləmirik. Çünki sadəcə vaginizm deyil, bütün cinsi terapiyalar bir cütlük terapiyasıdır. Biri olmazsa, əsla olmaz! Hətta biz deyirik ki, vaginizmin həll edicisi kişidir. Yəni bu prosesdə kişi çox anlayışlı, uyumlu olmalı, verilən çalışmaları yerinə yetirməli, hər zaman xanımın yanında olmalıdır. Başqa cür bu problem çözülə bilməz!
  • Bu 12 seansda həll təmaman həll olur dediyiniz problemi gizləyərək, ört basdır edərək illərlə gözləyən ailələr var təəsüf ki…
  • Doğrudur. İllərlə gözləyərlər, ginekoloqlara gedərlər, mollalara gedərlə, dərmanlar istifadə edərlər, amma heç bir nəticə verməz. Türkiyədə cinsi terapiya üçün müraciət edənlərin 90 %-i vaginizm problemiylə gəlirlər. Çünki cinsi birləşmə olmadığı halda, ailə tamamlanmış, evlilik başlanmış sayılmır. Amma bəzən qadınları ilə bərabər kişilərin də qorxuları olduğu üçün gizlətməyi üstün tuturlar. Kimsə bilər, kimsə eşidər, ətrafa yayılar biabır olarıq düşüncəsiylə.
  • Vaginizm qadının və kişinin psixologiyasına necə təsir edir?
  • Qadın özünü çox dəyərsiz, “hamının rahatlıqla edə bildiyi şeyi mən edə bilmirəm”, – deyə yetərsiz hiss edə bilər, yoldaşı qarşısında utanc, günahkarlıq duya bilər. Kişi də, “məni istəmədiyi üçün izn vermir”, – deyə düşünüb, özünü dəyərsiz, incinmiş hiss edə bilir.
  • Keçək digər geniş yayılmış bir problemə – kişilərdə erkən boşalma. Sibel xanım, bunun da səbəbi təmamən psixolojidirmi?
  • Kişi ilk öncə tibbi müayinəyə göndərilir. Əgər heç bir tibbi səbəbi yoxsa, deməli, təmamən psixolojidir. Oğlan uşağı xüsusən yeniyetməlik dövründə masturbasiya edərək boşalmağı öyrənir. Bunu edərkən tez-tez, sürətli şəkildə etdiyi üçün zaman içində də erkən boşalmağa meyllilik yaranır. Və ya hər şeyi sürətlə etməyi xoşlayan, səbrsiz, məsələn, sürətli yeməyi, gəzməyi, maşın sürməyi sevən adamlar tələskənliyi öyrəndiyi üçün cinsi əlaqə zamanı da tez boşalmağı öyrənirlər. Burda da əslində səbəblər olduqca çoxdur və müxtəlifdir. Məsələn, birini deyim: kişi qadın modeli olaraq anasını görür, anası kimi bir xanım tapır, onu həqiqətən çox sevir və ailə qurur. Amma şüuraltı ana ilə cinsi birləşmə olmaz deyə bildiyi, qəbul etdiyi üçün də bəzən erkən boşalma və ya erektil disfunksiya kimi problemlər yarana bilir. Bu da təmamən psixolojidir, psixoterapiya və cinsi terapiya ilə aradan qaldırıla bilir.
  • Bu vəziyyətdə qadın və kişi necə davranmalıdır?
  • Diqqət edin, demişdik ki,vaginizmdə həll edici faktor kişidir, burda isə artıq məsuliyyət qadının üzərinə düşür. Yenə cinsi terapiyaya birlikdə gəlməlidirlər, çalışmaları birlikdə etməlidirlər və bu dəfə anlayışlı, səbrli, uyumlu olması gərəkən tərəf qadın olmalıdır.
  • Siqaret və içki cinsi həyata təsir edirmi?
  • Həddindən çox istifadə edilərsə, təsir edə bilir. Məsələn, 40-45 yaşlardan sonra aşırı dərəcədə siqaret və içki içən kişilərdə erektil disfunksiya (penisin sərtləşməməsi) çox sıx görülən problemlərdəndir.
  • Son illərdə tez-tez gündəmə gələn homoseksuallıq nədən yaranır? Bunu da psixoloji bir xəstəlik saya bilərikmi?
  • Homoseksuallıq anadangəmlə və sonradan yaranma ola bilir. Əgər anadan gəlmədirsə, hormonal, fizioloji bir prosesdirsə, biz buna qətiyyən müdaxilə etmirik, müdaxilə etmək haqqımız yoxdur çünki. Yox, əgər sonradan yaranmışsa, bis sıra psixoloji faktorlar təsir etmişsə, bəli, bunun üzərində çalışırıq. Bu səbəblər hansılar ola bilər:

Uşaqlıqda şiddət, təcavüz.
Uşaqlıqda qarşı cinslə yaşanmış neqativ bir təcrübə
Ciddi ailə problemləri
Ailədə rolların düzgün paylanmaması, çox ciddi və qapalı bir ata obrazı, anaya çox meylilik
Cinsi funksiyalar pozğunluğu səbəbilə yaşanmış ağrılı, acılı, problemli cinsi təcrübələr
Oğlan uşaqlarının qız, qız uşaqlarının oğlan kimi böyüdülməsi və s.

  • Valideynlərə nə tövsiyə edərsiniz? Əgər övladları homoseksuallığı seçmişsə, necə davranmalıdırlar?
  • İlk öncə qınamayacaqlar və onlara həssaslıqla yanaşacaqlar. Ona dəstək olmalı, mütəxəssis köməyi almaq üçün razı salmalı, bütün müddət boyunca onun yanında olduğunu hiss etdirməlidir. Əksinə, kobud, incidici davranar, onu təhqir edər, qınayarsa, uşağı öz dünyasına, öz düşüncələrinə və tək rahatlıq tapdığı homoseksuallığa itələmiş olar. Ona görə də ilk öncə səbr və professional mütəxəssis yardımı lazımdır, dediyim kimi, əgər proses psixologidirsə.
  • Stress və çətin həyat şərtlərinə bağlı olaraq yaranan cinsi istəksizliyi çözmək üçün nə etmək olar?
  • Həyat onsuz da başdan başa bir stressdir. Evlilik və münasibətləri həmişə canlı saxlamaq lazımdır. Əgər bir evlilik və ünsiyyət problemləri varsa, biz ilk öncə cütlüklərimizi ailə terapiyasına alır, daha sonra cinsi terapiya ilə məşğul oluruq. Çünki ailə problemlərinin özü cinsi problemlərə, cinsi istəksizliyə gətirib çıxarır. Evlilik və cinsəllik o qədər iç-içə keçmiş bir prosesdir ki, stressorlar evliliyə, evlilik isə cinsi həyata təsir edir. Biz belə vəziyyətdə hər zaman bütün cütlüklərimizə, hər bir işə, hər bir məşğuliyyətə, stressə və s. rəğmən gündə ən az 1 saatlarını bir-birləri ilə keyfiyyətli bir zaman keçirmək üçün ayırmalarını məsləhət görürük. İnanın mənə, bu, o qədər çox təsir edir ki, evliliyin dinamikasına…
  • Sağlam bir münasibət üçün cinsi əlaqə sayının və müddətinin bir önəmi varmı?
  • Xeyr, heç bir önəmi və norması yoxdur. Bu, hər bir cütlüyün istəyinə, tələbatına görə dəyişə bilən prosesdir. Amma yenə də biz klinik təcrübəmizdə həftədə 2-3 dəfə cinsi əlaqəyə girmənin daha sağlıqlı olduğunu müşahidə etmişik. Bir daha dediyim kimi, bu, bir konkret göstərici deyil, ailədən-ailəyə dəyişə bilir.
  • Son olaraq, Sibel xanım, gözəl və sağlam bir cinsi münasibət necə olmalıdır və bu münasibətdə nələrə diqqət etmək lazımdır?
  • Qadın və kişi hər şeydən öncə bir-birini dinləyə bilməli, bir-biri ilə danışa bilmədirilər. Seks olduqca həssas, qadın və kişinin həddindən çox travma ala biləcəyi, incinə biləcəyi bir sahədir. Odur ki, tərəflər bir-birinə incəliklə, sevgilə, səbrlə yanaşmalı, sadəcə yataqda deyil, yatağa qədərki günlük həyatda belə bu dəyəri, diqqəti, sevgini, şəfqəti hiss etdirməlidir.

Fəridə Qasımova

“Müsahibələr” rublikamızda bu günkü qonağımız Psixologiya və Konsultasiya Mərkəzinin dəvəti ilə Türkiyədən gəlmiş klinik psixoloq, cinsi problemlər üzrə uzman Sibel Dinç Çalışkan oldu. Sibel xanımla “cütlüklər arasında gərginlik yarada bilən cinsi problemlər, qadınlarda və kişilərdə cinsi funksiyalarda pozuğunluqlar, sağlıqlı bir cinsi həyat necə olmalıdır?” mözusunda çox maraqlı bir müsahibəmiz alındı. Əminik ki, Sibel xanımın cavabları hər kəsin köməyinə çatacaq.

  • Sibel xanım, ölkənizdə cinsi problemlər üzrə uzman olaraq fəaliyyət göstərirsiniz. Bir az işinizdən bəhs edərsinizmi? Cinsi problemlər üzrə uzman psixiatr kimdir və hansı problemlərlə məşğul olur ?
  • Cinsi problemlər üzrə uzman psixiatr – psixoloji kökənli, yəni organik ( tibbi, fizioloji) bir səbəbə bağlı olmayan cinsi funksiya pozğunluqlarını müalicə etməklə məşğuldur. Bunlar qadınlarda cinsi istəksizlik, diksinmə, orqazm olmamaq, həzz almamaq, cinsi əlaqəyə girə bilməmək, ağrılı cinsi birləşmə; kişilərdə cinsi istəksizlik, ereksiya problemi, erkən boşalma, gec boşalma, retroqrad eyakulyasiya (geriyə boşalma), boşalmama problemləridir. Eyni zamanda homoseksualizm ilə bağlı çalışmalarımız da vardır.
  • Ümumiyyətlə, cinsəllik nədir?
  • Cinsəllik – rahat bir vəziyyətdə toxunma və münasibətin verdiyi həzzə fokuslanaraq həzz alıb həzz verməkdir. Ruhu və bədəni paylaşma, rahatlama ilə bağlı elm və sənətdir.
  • Cinsəl problemlər evliliyə necə təsir edir?
  • Burada qadını və kişini ayrı-ayrı dəyərləndirmək lazımdır. Çünki hər ikisi də fərqli düşüncə, fərqli hormonal, duyğsual təbiətə malik varlıqlardır. Bir tərəfdəki cinsi problem digərinin özünü yetərsiz, dəyərsiz, bəyənilməyən, sevilməyən bir insan kimi hiss etməsinə səbəb ola bilir. Nəticədə;

Rəddedilmişlik duyğusu yarana bilir;
Cütlüklər rahatlaya bilmir, aşırı stresslə yüklənirlər. Bu da cinsi həyat xaricindəki günlük həyat paylaşımları, münasibətlərində gərginliyə gətirib çıxara bilir.
Aldatma problemləri yarana bilir.

  • Bəs onda tərəflər necə davranmalıdır?
  • Tərəflər öncəliklə səmimi olmalıdır. Ünsiyyət quraraq dərdlərini, istəklərini, arzularını bir-biri ilə rahatca paylaşa bilməlidir. Nəyi istədiklərini, nəyi istəmədiklərini açıqca ifadə etməlidirlər.
  • Bu, özəl bir mövzu olduğu üçün istər Türkiyədə, istərsə də Azərbaycanda çox da dilə gətirilməməyə çalışılır və qulaqdandolma bilgilərlə problemlərini çözməyə cəhd göstərirlər. Bu, nə kimi problemlərə yol aça bilir?
  • Bu, problemlərin daha da böyüməsinə yol açdığı kimi, əslində sadə, asanlıqla çözülə biləcək məsələləri belə böyük bir problem halına gətirə bilir. Məsələn, cinsi əlaqəni başladan qadın əxlaqsızdır, ya da qadınlar cinsi həyatdan zövq alırlarsa, pis qadındırlardır – bu cür böyüdülən bir qadın öz cinsəl arzusunu gizlətməyi, hətta onu yox saymağı, basdırmağı öyrənir və zaman içərisində cinsi istəksiz, aqressiv, əsəbi hala gəlir.
  • Sizə ən çox kimlər müraciət edir? Qadınlar, ya kişilər?
  • Kişilər daha çox müraciət edir. Qadınlar ən çox vaginizim problemi ilə müraciət edir. Amma penisi bir kişinin hər şeyi olduğu üçün kişi hər problemində müraciət edir. Yəni, bizim ölkəmizdə belədir.
  • Cinsi terapiyada uğurlu nəticə faizi nə qədərdir?
  • Cinsi terapiyada kifayət qədər uğurlu nəticələr mövcuddur. Vaginizm və disparoniya pozğunluqlarının müalicə olunma faizi hardasa 95-100 %-dir. Əgər problem sırf cinsi funksiya pozğunluğudursa, yaxşılaşma faizi həqiqətən çox yüksək olur. Ancaq təməlində evlilik və münasibətlərdə problemlər varsa, o zaman ilk öncə ailə terapiyası tətbiq olunmalıdır.
  • Evlilik öncəsində gənclərin tibbi yoxlanışdan keçməsi münasibətlərə necə təsir edə bilər?
  • Türkiyədə evlilik öncəsi tibbi yoxlanışdan keçmək məcburidir. Əgər bir problem çıxarsa da, onun gec olmadan qarşısı alınmalıdır.
  • Cinsi problemlər xəyanətə səbəb ola bilərmi?
  • Aldatma səbəbi ola bilər. Məsələn, qadında cinsi istəksizlik kişinin xəyanət etməsinə səbəb ola bilər. Çünki bir kişi 3-4 gündə bir boşalmalıdır. Əgər kişi mastrubasiya yasaqdır, günahdır deyə düşünürsə, bu kişi böyük bir ehtimalla xəyanəti seçəcəkdir.
  • Qadınların kabusu – vaginizm nədir? Necə yaranır?
  • Bu, əslində çox geniş bir mövzudur, amma mən qısaca anlatmağa çalışacağam. Vaginizim, qadınların bir sıra psixoloji qorxular, narahatlıqlar səbəbiylə ilk cinsi birləşmə yaşayacaqları gecədə həyat yoldaşlarını sevmələrinə, aralarında səmimi bir münasibət olmasına rəğmən, cinsi birləşmə anında vaginal əzələlərin spazması nəticəsində penisin vaginaya girməsinə izn verməməsidir. Təmamən psixoloji bir xəstəlikdir. Müalicəsi də yalnız psixoterapiya ilə mümükündür. Nə dərman, nə ginekoloq, nə keyidicilər, nə botoks – heç bir şey işə yaramaz. Sadəcə və sadəcə psixoterapiya və cinsi terapiya ilə müalicə edilir.
  • Bəs bu xəstəlik necə yaranır?

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər