“Cinsi Terapiya” seminarı başa çatdı!!!

Psixologiya və Konsultasiya Mərkəzində sentyabr ayının 27-28 -i tarixlərində “Cinsəllik,Cinsi anotomiya və Cinsi funksiyalarda pozğunluqlar” adlı seminar keçirildi. Seminar mərkəzin Türkiyədən dəvət ediyi klinik psixoloq,cinsi problemlər üzrə uzman Sibel Dinç Çalışkanın təqdimatında baş tutdu. Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov qısa açılış nitqi etdikdən sonra söz və auditoriya Türkiyəli mütəxəssisin ixtiyarına verildi. 30 -a yaxın iştirakçının iştirak etdiyi seminarda olduqca maraqlı, yaddaqalan anlar yaşandı. iştirakçıların da aktiv iştirakı, sualları, mövzulara verdikləri şərhlər bərabərliyində seminar olduqca dinamik bir abu-havada keçdi. Seminarın birinci günü aşağıdakı mövzular tədris olundu:

Cinsəllik nədir?
Cinsi funsiya pozğunluqları nədir?
Cinsi funksiya pozğunluqları necə yaranır?
Kişilərdə cinsi funksiya pozğunluqları qadın cinsəlliyinə necə təsir edir?
Cinsi həyəcan və evlilik
Cinsi anatomiya
Vaginizm
Seminar səhər saat 09:00 -da başlayıb 18:00 -da başa çatdı. Arada yemək və çay fasiləsi verildi.

Sibel xanım seminarın ikinci günüdə;

Vaginizmin müalicəsi
Qadınlarda cinsi istəksizlik və müalicəsi
Orqazm pozğunluqları və müalicəsi
mövzusunda geniş məlumat verdi, müxtəlif workshop-lar keçirildi. Eyni zamanda iştirakçılar zəruri meteriallar, videolentlər və slaydlarla təmin edildi. Saat 18:00 -da başa çatan seminarın sonunda iştirakçılar sertifikatla təltif edildi.

2 günlük seminardan görüntülər:

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər