Evdə körpə uşağı olmayanlar oxumasın: bunu illərdir səhv bilirmişik!!!

Xalq arasında uşağın saçını keçəl kəsdirməyin saçı gurlaşdırdığına və qalınlaşdırdığına dair inanc mövcuddur. Bəs bu, nə dərəcədə doğrudur? Bu barədə həkimlər nə qənaətdədirlər?

Türkiyənin məşhur estetik plastik və rekonstruktiv cərrahiyyə uzmanı Naci Çelik bu suala ətraflı cavab verir.

Saçlar hələ ana bətnində inkişaf etməyə başlayır. Körpənin saçlı və ya saçsız doğulmağında onun ana bətnində başının yerləşməyindən asılıdır. Doğulandan sonra uşaqların saçları dərhal uzanmaya bilər, çünki saç folekulları hələ oyanmayıb. Saçların dibindən kəsilməsi bu “oyanış”ı tezləşdirə bilər və saçların sürətli uzanmasına səbəb olar. Amma saçlar kəsilməsə belə, müəyyən zamandan sonra uşağın anadangəlmə saçı tökülür və yerinə daha sürətlə uzanan yeni saçlar çıxır.


Uşaqların saçları 4-cü ay ərəfəsində tökülməyə başlayır. Xüsusilə başın arxa qisminin keçəlləşməsi yorğana sürtünmə ilə əlaqədar deyil. Bu, tamamilə uşağın ana bətnində yüksələn hormonlarının doğuşdan sonra düşməsi ilə bağlıdır və özünü bu aylarda göstərir.  

 Keçəl qırxdırmaq saçları gurlaşdırırmı?

 Keçəllikdən əvvəlki saçlar fərqli boylarda olduğundan onların uzanmağının fərqinə varmaq olmur. Dibdən kəsdirdikdə isə saçlar eyni vaxtda uzanmağa başlayır və bu da valideynlərin gözünü aldadır. Göz aldadıcı başqa bir şey də saçların rənginin tündləşməyidir. Məhz bu tündləşməyə görə saçlar daha gur görünüb, çoxlarını çaşdırır.

Bu, sualı hər hansı uzmana, dermatoloqa, plastik cərraha, yaxud saçla bağlı araşdırmalar aparan kiməsə versəniz, yenə eyni cavabı alacaqsınız: “Əlbəttə ki, yox”.

 Nəticə isə dəyişməzdir. Uşaqların saçlarını keçəlləşdirmək gurlaşdırmır və heç bir faydası yoxdur. 

ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər