3 nöqtədə Dəniz…

Dənizin təzadlarını sevirəm .. Dalğaların son mənzilinə yetişməsi, eyni yerdən torpağın iməklərcəsinə irəli uzanması … ya da hər an gəmini uda biləcək sulara meydan oxuyan gəmilər.. Dünyanın bütün sahilləri başqa-başqadır. Vətən də doğma sahilimdi, uzaqda qəribsədiyim. uzun uzun dənizə baxdığımda üfüqdən , üfüqün taa o biri tərəfindən göndərilən salamları, gileyləri ,sevgi sözcüklərini eşidirmiş kimi oluram hərdən . ya da baxdıqca üfüq xəttində yox olub əriyirəm havaya qarışaraq. Bəlkə nə qədər adam suya baxıb şəhərimizə gözlü sular göndərir. Gözlər Bakıya zillənir dənizdən gecələr . parıldayır ay işığında. Yəqin ona görə duzludur dəniz ki , aglayir bəzən dənizdəki gözlər…

Qəriblikdə bir başqadır dəniz, hər nə qədər gözəlliyindən zövq alsam da, keçmişdən yadıma düşənlərin canlandığı ağ pərdə olur dənizin suları Qürub isə xatirələrsiz də hər şeyi deyir, ya da susur .. eləcə uzun uzadı göz ilişir o nəhəng yumurta sarısına…

Evindən uzaqda dalğalar da fərqli olur sanki öz ölkəndən gələn çapar kimi .. Dalğaların ritmində doğma səslər eşidilir . Dalğaların ritmik sahilə çırpılmasında pıçıldayır kimlərsə qulağıma … elə bil danışır dəniz dalğalar qədər dili ilə dəniz dilində… hədiyyəmi almışkən hədiyyə etdim dənizə mən də . Əvvəlcə qağayılarına çörək verdim sonra ürəyimdə danışdım onunla, Yəqin ki başa düşdü . onunla dalğaların olduğu və olmadığı hər yerdəki sevdiklərimə salam və ürək sözlərimi göndərdim. və bir göz yaşında duz hədiyyə etdim balıqlarına .. Gözüm qaldı sularında…

Gülnar Xəlilova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər