Hardan gəldiyini unutmayanlara….
Hardan gəldiyini unudanlara….

Sultan Mahmudun Ayaz adlı bir köləsi varmış. Köləni onun nəcib keyfiyyətlərindən dolayı çox sevən Sultan Mah-mud ona hər zaman fərqli münasibət göstərərmiş. Bu kölə sultanın etimadını o qədər qazanmışdı ki, bütün sultanlığın xəzinədarı təyin edilmiş və ən qiymətli, zərif ləl-cəvahirat-lar, daşlar ona əmanət edilmişdi. Bəzi saray əyanları ona paxıllıq edərək bundan çox narahat olmuşdular. Həsədləri və paxıllıqları üzündən sadə bir köləyə belə bir mövqenin verilməsini, onların rütbələrinə qədər çıxarılmasını heç cür həzm edə bilmirdilər. Bu duyğular içində, özəlliklə sultanın yanında ondan gün keçdikcə daha çox şikayət etməyə, zadə-gan ruhlu kölənin etibarını zədələmək üçün əllərindən gələni etməyə başlayırlar.

Bir gün sultan hüzurunda bir saray əyanın digər saray əyanı ilə bu cür danışdığını duymuş: “Kölə Ayazın tez-tez xəzinəyə girdiyini bilirsinizmi? Əslində hər gün gedir, hətta iznli günlərində belə gedib orada saatlarla qalır. Onun ləl-cə-vahiratlarımızı oğurladığından adım kimi əminəm.”

Sultan qulaqlarına inanmır. “İşin əslini öz gözlərimlə gör-məliyəm”, – deyir. Xəzinə dairəsinə gedib Ayazı gözləyir. Divarda kiçik bir dəlik açdırıb içəridə olanları seyr etməyə başlayır.Bir az keçmiş kölənin səssizcə içəri girdiyini, qapını bağladığını və sandığa tərəf getdiyini görür. Kölə Ayaz sandığın önündə diz çökür, qapağı yavaşca qaldırır və içindən bir şey çıxarır. Orada saxladığı kiçik bir boxça imiş. Boxçanı öpür, alnına qoyur və sonra da açır. Kölə ikən geydiyi yırtıq bir paltarı boxçadan çıxarır. Saray əyanı paltarlarını soyunub həmin paltarı geyinir və sonra güzgünün qarşısına keçib, öz-özünə “Daha öncələr bu paltarı geydiyin zamanlar kim olduğunu xatırlayırsanmı?”, – deyə soruşur. “Bir heçdin sən. Sadəcə satılacaq bir köləydin və Allah sultanın əliylə sənə rəhmətindən bəlkə də heç haqq etmədiyin nemətləri sənə lütf etdi. Bax, Ayaz, indi burdasan, amma əsla hardan gəldiyini unutma. Çünki mal-mülk insanın hafizəsini zəif-lədir, unutqanlıqlara sürükləyirr. İndi sən də səndən maddi baxımından səndən aşağı olanlara , kasıblara yuxarıdan aşağı, kibirlə baxma və daima xatırla – Ayaz, xatırla…”

Ayaz sandığı örtüb, qıfıllayır və səssizcə qapıya doğru gedir. Xəzinə dairəsindən çıxarkən birdən sultanla üz-üzə gəlir. Ayazın üzünə baxan sultanın yanaqlarından aşağı yaş-lar süzülürmüş və boğazı elə düyünlənibmiş ki, danışmaqda çətinlik çəkirmiş: “Bu günə qədər ləl-cəvahiratlarımın xə-zinədarəydın, amma indi qəlbimin xəzinədarısan. Sən mənə önündə bir heç olduğum öz Sultanımın hüzurunda necə dav-ranmalı olduğumun dərsini verdin…”

Hər kəsin dərs çıxarmalı olduğu maraqlı həyat hekayəsidir…

Hardan gəldiyimizi unutmamalıyıq…

Hara gedəcəyimizi də…

İnsan ola bilmək, insan kimi yaşaya bilmək və insan kimi ölə bilmək üçün…

Qənirə Paşayeva

Millət Vəkili

Leave a comment

Your email address will not be published.