Günümüzdə İnternet bir çox işlərimizi asanlaşdırdığı kimi, məqsədsiz və səmərəsiz istifadə nəticəsində həyatımıza bir sıra problemlər də gətirmişdir. Son illərin statistikasına əsasən boşanan ailələrdə, intaharlarda ən əsas səbəb kimi internetdən istifadə, sosial şəbəkələrdə qurulan virtual münasibətlər götürülür.Müsahibimiz Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aygün Ağabalayeva bu barədə öz fikirlərini bizimlə bölüşdü.

Aygün xanım, bir psixoloq kimi nə deyə bilərsiniz, bugün internet gənclərimizin həyatında hansı rola sahibdir və əvvəlki gənclik ilə yeni nəslin psixoloji durumunu ələ aldıqda hansı fərqlər ortaya çıxır?

İnternetin bugünkü gənclərimizin həyatında həm mənfi , həm də müsbət rolu vardır.Baxır internetdən kim necə istifadə edir.Yeni nəsil ilə keçmiş nəslin müqayisəsini götürdükdə, qeyd edə bilərəm ki,əvvəllər insanlar canlı ünsiyyətə daha çox üstünlük verirdilər. Indi gəncələr vaxtlarının o qədər çox hissəsini internetdə, çatda, sosial şəbəkələrdə keçirilər ki, real ünsiyyət bacarıqlarının itirirlər. Baxırsanki, virtual olaraq 200-300 dostu olan insanların real həyatda bir dostu belə yoxdur. Heç kimlə düzgün münasibət qura bilmirlər. Bu baxımdan götürsək, əvvəlki nəsl ilə indiki arasında ən başlıca fərq ünsiyyət problemidir.

Bu gənclərdə nə kimi psixoloji narahatlıqlar doğura bilir?

Aşırı dərəcədə internet asılılğı depressiya, sosial fobiya və intaharın xəbərçisi ola bilər.Indi ailələrdə valideynlərin ən əsas şikayətləri nələrdir? Uşaq gəlir evə, qapanır otagına, saatlarla çölə çıxmır. Yalnız yazışır, müxtəlif sosial şəbəkələrdə dövr edir. Beyin o qədər yorulur və yüklənir ki, artıq valideynlərin ən xırda sözünə belə aqressiya ilə cavab verir. Ailədə heç kimlə ünsiyyətdə olmur, real dostlarından və ata-ana, bacı-qardaşından uzaqlaşır. Belə vəziyyətdə olan gənclər, uşaqlar real həyatda hansısa bir çətinliyə duşdükdə, mübarizə apara bilmir, problemlərini, hislərini paylaşacaq gerçək dostu olmadığı üçün, özünü yalnız hiss edir, özünü real həyatda tapa bilmir. Bu insanlar depressiyaya daha çox meylli olurlar və çox vaxt çıxış yolunu intaharda görürlər.

Virtual yolla qurulan münasibətlər nə dərəcədə doğrudur?
Bizim Azərbaycanda ailələrində ənənəvi tərbiyə üsullarından istifadə edilsə də, uşaqları internetdən təmamilə təcrid etmək mümkün deyildir. Hardan, nə yolla olsa da bir vasitə tapacaq, facebook və ya digər şəbəkələrə girəcək, yazışacaq. Yəni etiraf etmək lazımdır ki, bu günün realığıdır. Bunun bir tərəfi də var ki, virtual yolla qurulan münasibətlərdə sən əmin ola bilməzsən ki, qarşındakı qızdır ya oğlandır. Mənim təcrübəmdə belə bir hadisə olmuşdu. Bir pasientim, Facebookda bir xanımla tanış olur, onunla 6 aydan çox danışır, münasibətdə olurlar. Oğlan bu xanıma əməlli başlı vurulur. Ama sonra aydın olur ki, sən demə oglanın danışdığı heç xanım deyil onun hansısa bir oğlan tanışı imiş və ona belə bir zarafat edirmiş. Həmin bəy bu hadisədən çox böyük bir travma almışdı. Olur, amma nadir hallarda olur ki , virtual yolla tanış olurlar və sonra münasibət real həyatda da davam edir, ailə qururlar. Amma yenə də belə məsələlərdə bir qədər ehtiyyatlı və tədbirli olmaq lazımdır.

Mən də elə indi bu mövzuya toxunacaqdım Aygün xanım, indi dəb halını alıb, gənclər virtual olaraq tanış olurlar,uzun bir müddət heç görüşmədən münasibətdə olurlar və bir anda ailə qurmağa qərar verirlər. Bu cür qurulan ailələr nə dərəcədə özünü doğruldur?

Bilirsiniz, evlənmək asandır, evli qalmaq çətindir. Bilmək olmur ki, sonrasında necə olacaq, kimi nə gözləyir. İllərlə tanıyırsan, birgə yaşayırsan sonra elə bir hərəkətini görürsənki, təəcüb içində qalırsan, necə ola bilər ki, mən onu tanımamışam, deyirsən özün-özünə.O ki, qalsın bir-birini heç görmədən, real ünsiyyətdə olmadan bir anda qurulan ailələr. Az öncə də qeyd etdiyim kimi, uğurlu alınan münasibətlər də olur. Amma aldanan , ziyan çəkən insanlarda az deyil.

Son günlərdə ailələrin boşanma səbəbi tərəflərin sosial şəbəkələrdə qurduqları tanışlıqlar əsas götürülür, buna münasibətiniz?

Baxın virtual münasibətlərə ən çox kimlər üstünlük verir? Yeniyetmələr! Son zamanla gündəmdə çox hallanan, rayonlarda qızların evdən, toy günü gəlinlərin toylarından qaçması halları da birbaşa və ya dolayı bununla əlaqədardır. İnternetdə danışır, yazışır, heç tanımadıqları insana aldanıb, qaçıb gəlirlər. Sonrakı talelərini isə siz düşünün artıq. Ailəli insanların həyatında da müxtəlif problemlər yarada bilir. Yenə dediyim kimi əgər internetdən düzgün istifadə edilməzsə! Ailələrdə müxtəlif qısqanclıqlar, xəyanət və s. halların çox sıx-sıx yaşandığı görülməkdədir.

Uşaqlarımızın kompyuterdən, internetdən asılılığını necə azaltmalı?

Qadağan olunmuşlar insanı daha böyük bir ehtirasla çəkir özünə. Biz uşağa dedikcə ki, sən bununla məşğul olma, o əksinə həmin şeyə daha çox maraq göstərəcək. Bu qadağanı hansı formada dediyimiz, uşağa necə çatdırmağımızdan çox şey asılıdır. Qətiyyən kobudluğa əl atmaq olmaz. Bu valideyn ilə övladı arasında konflikt yaradacaq, uşaq üzdə bəlli etməsə də, daxilən gərginləşəcək, narahat olacaq və bu da dərslərinə, ətraf mühiti ilə münasibətinə təsirsiz ötüşməyəcək. Əgər uşağı komputerdən, internetdən uzaq tutmaq istəyirsənsə, onun vaxtını nəiləsə əvəz etməlisən. Dərs vaxtından əlavə uşaqlar yaxşı olardı ki, idmana yazılsınlar, qızlar üçün rəqs çox yaxşı olardı, rəsm kursları olsun. Yəni ki, boş vaxtlarını həm zövq alaraq keçirsinlər. Bununla siz övladınızın ətrafında canlı ünsiyyət qura biləcəyi sağlam bir mühit yaratmış olarsınız.

Əlbətdə ki, internet də olmalıdır. Uşaqları bundan təmamilə uzaq tutmaq alınmır onsuzda. Ancaq biri var ki, 4-5 saat otursun kompyuter arxasında, biridə varki 1 saat. Bir də valideynlərə əsas tövsiyyəm, müəyyən yaşlarda mütləq uşaqların özünə hiss elətdirmədən, internetdə hara girdiklərinə, nə ilə maraqlandıqlarına, kimlərlə ünsiyyət qurduqlarına nəzarət etsinlər. Amma yenə də qeyd etdiyim kimi, kəskin və kobud formada deyil. Bununla əksinə uşaqlarını özlərindən uzaqlaşdırmış olarlar.

Sonda bir psixoloq kimi gənclərə tövsiyyəniz?

Internet elə bir məhfuma çevrilib ki müasir dünyada, ondan yan ötüşmək heç cür mümkün deyil. Elə mən özüm də günün müəyyən hissəsi internetdən istifadə edirəm. Gənclərə tövsiyyəm odur ki, internetin sadəcə müsbət xüsusiyyətlərindən faydalanıb, onu öz inkişafları üçün təkanverici qüvvəyə çevirsinlər.

Fəridə Qasımova

Leave a comment

Your email address will not be published.