Qocalıqda Tutula Biləcəyiniz Psixoloji Xəstəliklər

Qocalıq psixozu
Qocalıq(senil) psixozu- daha ahıl yaşlarda baş beynin atrafiyası nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəliyin irəliləməsinin əsas səbəblərindən biri genetik faktordur. Xarici amillər isə ancaq təkanverici və ya ağırlaşdırıcı rol daşıyır. Xəstəliyin kliniki gedişatı beynin hansı sahəsinin zədələnməsindən və onun dərəcəsindən asılıdır. Ümumiyyətlə, bütün belə xəstəliklər sonda psixi fəaliyyətin dağılmasına, yəni kəmağıllığa gətirib çıxarır. Bu xəstəliyə yavaş, tədricən inkişaf mərhələri xasdır. Qocalıq psixozuna – presinil demensiya (Pik xəstəliyi və Alsqeymer xəstəliyi) və senil,yəni qocalıq kəmağıllığı aiddir.

PIK XƏSTƏLİYİ

Pik xəstəliyi- qocalıq öncəki baş beyin atrafiyasıdır. Xüsusi ilə baş beynin alın və gicgah payının atrofik pozuntularla müşahidə olunur. Xəstəlik 50-55 yaşda başlayaraq 5-10 il ərzində davam edir və sonda bütövlüklə kəmağıllığa gətirib çıxarır. Bu xəstəliyə daha cavan və ya daha yaşlı insanlarda da rast gəlinə bilər. Qadınlar kişilərə nisbətən bu xəstəlikdən daha çox əziyyət çəkir. Xəstəlik şəxsiyyət pozuntuları ilə başlayır. Zəiflik, apatiya yaranır. Emosional reaksiyaların canlılığı, təfəkkürün məhsuldarlığı azalır. Şəxsiyyətdə abstraksiya keyfiyyəti pozulur. Öz şəxsiyyətinə və hərəkətlərinə qarşı tənqidi münasibəti itir. Bəzi xəstələrdə eyforiya vəziyyəti yaranır ki, bu da mənəviyyatın və vicdanın itirilməsinə gətirib çıxarır. Xəstələrin nitqi bütün söz ehtiyyatını itirərək sadələşir, eyni söz və kəlmələrin tez-tez təkrarlanması baş verir. Yazı yazarkən belə xəstələr tez-tez səhv edir. Ümumiyyətlə, xəttin dəyişilməsi də müşahidə oluna bilər. Tədricən xəstə ən adi əşyaları tanımır, onlardan istifadə qaydasını xatırlamır. Məsələn, qələmin və ya bıçağın istifadə qaydasını tamamilə unudur. İntellektin dərin kasadlaşması ətrafdakıların təqlid edilməsinə gətirib çıxarır, yəni xəstələr ətrafdakı şəxslərin mimikasını, jestlərini və sözlərini təkrar edirlər. Əgər xəstəni narahat etməsən o, əsasən səssiz dayanır, bəzən isə eyni söz və ya hərəkətləri təkrar edir. Xəstəliyin inkişafı yaddaşın tam itməsi, yeni informasiyanın qəbul edilməməsi, ətraf mühitdə adaptasiyanın itirilməsi ilə daha da diqqəti cəlb edir. Son mərhələdə təfəkkürün tam itməsi, yaddaşın pozulması, nitq, yazı və bütün biliklərin tam itməsi baş verir. Beləliklə, tam psixiki və fizioloji köməksizlik (marazm) meydana çıxır. Əlbəttə nəticə heç də ürəkaçan deyil. Ölüm halları isə bir çox faktlardan, hətta adi infeksiyadan ola bilər.

ALSQEYMER XƏSTƏLIYI

Alsqeymer xəstəliyi – baş beynin əsasən gicgah və parental payın atrafiyası nəticəsində yaranan qocalıq kəmağıllığının bir növüdür. Xəstəlik təxminən 55 yaşda başlayır və Pik xəstəliyi ilə müqayisədə daha tez-tez rast gəlinir. Qadınlarda bu xəstəlik kişilərə nisbətən 3-5 dəfə tez-tez rast gəlinir. Xəstəlik yaddaşın pozulması ilə başlayır. Maraqlısı budur ki, yaddaşını və bir çox intellektual bacarıqlarını itirdiklərini hiss edən şəxslər xəstəliklərini ətrfafdakılardan gizlətməyə çalışırlar.Tədricən yaddaşın zəifləməsi xəstələrdə çaşqınlıq yaradır. Xəstələr getdikcə yeri tanıya və vaxtı duya bilmir, ömür boyu yiyələndikləri təcrübəni, bilik və bacarıqlarını itirirlər. İtmə prosesi indiki zamandan keçmişə doğru gedir.Yəni başlanğıc olaraq, ən son baş verən hadisələr unudulur. Xəstələr öncə mücərrəd anlayışları, adları, tarixləri, terminləri yada sala bilmirlər. Sonradan isə yeni məlumatların yadda saxlanılmasından çətinlik yaranır və bununla hadisələrin bütün xronoloji ardıcıllığı pozulur. Xəstələr hal-hazırda harda olduqlarını, ünvanları barədə məlumatı verə bilmədiklər halda, gənclikdə yaşadıqları ünvan barədə sizə dəqiq məlumat verə bilərlər. Hətta onlar evdən çıxdıqları zaman geri qayıtmağa çətinlik çəkirlər. Əşyaları, rəng, forma və bir çox ətrafda olan yaxınlarının üz cizgilərini tanıya bilmirlər. Öz yaxınlarını yad adlarla, yəni gəncləri öz qardaşlarının və ya bacılarının adıyla, daha sonra isə çoxdan ölmüş qohumların adıyla çağırmağa başlayırlar. Sonda özlərini də tanımaqda çətinlik çəkirlər, məsələn, güzgüyə baxdıqda “Bu qoca qadın kimdi?” sualını verə bilərlər. Ətraf mühitdə bələdliyin pozulması xəttin də səliqəsizləşməsinə və assimetriyasına gətirib çıxarır, yəni şaquli istiqamətdə yazılmalı olduğu halda, bütün həriflər ya səhifənin ortasına ya da hər hansı küncünə yığılır. Bununla bərabər xəstənin nitqi pozulur, söz ehtiyyatı tükənir, eşitdiyi, oxuduğu, hətta öz əli ilə yazdığı informasiyanı qavramaqda çətinlik çəkir. Buna görə də yazı anlaşılmaz, əyri dairələrə, ən sonda düz xəttlərdən ibarət rəsmə dönür. Nitq isə ancaq anlaşılmaz sözlər və ya hecalara dönür. Xəstələr tədricən əldə etdikləri bacarıqları itirir. Məsələn, geyinməkdə, yemək bişirməkdə, adi düyməni belə tikməkdə çətinlik çəkirlər. Belə xəstələrdə əhval-ruhiyyə daim dəyişir: şadlıq hissi əsəb, gərginlik hissi ilə tez əvəz oluna bilər. Xəstəliyin son mərhələsində yeriş dəyişir, dodaqların, dilin düzgün refleksiyası itir.

Denis Rzayev

Psixologiya və Konsultasiya Mərkəzinin Klinik Psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər