Hansı Rəng Daha Cazibədardır?!

Müasir Qərb mədəniyyətində qırmızı sevgi və ehtiras rəngidir. Bu, hətta açıq reklam plakatlarında da özünü büruzə verir.

Psixoloji tədqiqatlar isə çox maraqlı nəticələr ortaya çıxarıb. Sən demə, həm qadınlar, həm də kişilər qırmızı rəngli paltar geyinəndə daha cazibədar olurlar. Bu maraqlı faktı doktorAdam Pazda”Personality and Social Psychology Bulletin” nəşrində dərc edib.

Qırmızı ən müəmmalı və maraqlı rəngdir. Bu rəng sevgi, ehtiras, seksuallıq simvolu olmaqla yanaşı, həm də aqressiya, nifrət və təhlükə rəmzidir. Rəngin belə qəbul olunması ya fiziologiya ya da ki, sosial ənənələrlə əlaqədardır.

Rəng və onun qəbul olunması arasındakı əlaqə mədəniyyət və cəmiyyətdəki tendensiyaların təzahürüdür. Ağ rəng təmizlik, qara rəng depressiya və matəm əlamətləridir. Ancaq hamısı kifayət qədər abstraktdır. Bunun zəminləri isə insanın özündədir.

Qırmızının mahiyyətini açmaq üçün alimlər araşdırma aparıblar. Araşdırma çərçivəsində 200-ə yaxın qadından sorğu götürülüb. Onlara ağ və qırmızı paltar geyinmiş eyni qızın fotolarını göstəriblər, hansının daha cəlbedici olduğunu soruşublar. Məlum olub ki, sorğuda iştirak edən qadınlar qırmızı paltarlı qızı daha cazibədar sayıblar.

Bundan sonra eksperimentin şərtlərini bir qədər dəyişiblər. Bu dəfəki eksperimentdə daha çox qadın iştirak edib. Onlardan tək qız haqqında deyil, eyni zamanda qırmızı və ağ paltar geyinmiş eyni oğlan haqqında rəy bildirməyi xahiş ediblər. Yenə də respondentlər qırmızı paltarlı gəncləri cəlbedici hesab ediblər.

Üçüncü eksperimentdə isə tələbə qızlar arasında sorğu keçirilib. Onlar da qırmızı paltarlı qızı daha cazibədar sayıblar.

movqe

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər