PİZZA SEVİRSİNİZMİ?

Pizza — İtalyan mənşəli xəmir yeməyidir. Üstünə bir çox vəsait qoyula bilər. Kaşar pendiri, sosiska, pomidor, kolbasa, bibər, zeytun, kimi ana məlzəmələr xaricində bir çox dəyişik vəsaitin qoyulduğu pitsalar da var. Xüsusilə ana vətəni olan İtaliyada və ABŞda bir çox pizza növü inkişaf etdirilmişdir. Pizzanın tarixi təxminən 200 il bundan əvvələ aid edilir. Bu müddət ərzində Avropada bir çox şəhərlər, həmçinin Neapol yaranmağa başlamışdır, onların daxilində kasıblar üçün xüsusi yeməklər hazırlanırmış. Bunlar dairəvi formada olan xəmirdən düzəldilir, üzəri tamatla örtülən, qurudulmuş mərzə (qırmızı və ağ çiçəkləri olan ətirli bitki) ilə bəzədilən və yağla bişirilmiş, bəzən isə arasına pendir qoyulan qidalar idi. Beləcə pizza meydana gəlmişdir. Xüsusi pizza satıcıları isə onları qutulara qoyaraq küçələrdə başlarının üzərində gəzdirər və satışı ilə məşğul olardılar.

Əldə olunan məlumatlara görə klassik neapol pizzasının yalnız iki növü məlumdur; “Marinara” və “Marqarita”. Birinci ad balıqçının şərəfinə qoyulmuşdur, çünki qədimdə onu günortalar yeyərdilər. İkinci adın isə özünəməxsus maraqlı faktı vardır. Ən geniş yayılmış məşhurluğu və müzakirəni “Marqarita” pizzası özündə birləşdirir. İlk dəfə olaraq bu pizza 1889 – cu ildə Neapolda İtaliyan kralı olan I Umbertonun xanımı kraliçanın şərəfinə hazırlanmışdır və onun adı da bu pizzaya verilmişdir. Saraya pizza ustası olan Rafael Espozito öz xanımı ilə dəvət edilmişdir. Onlar pizzanın bir növü sayılan və özündə pomidor, mossarella, reyhanı – italiyan bayrağının rəngini birləşdirən yeməyi bişirmişlər. Məhz bu variant kraliçanın xoşuna gəlmişdir, nəticədə pizza ustası bu pizzanı onun şərəfinə “Marqarita” adlandırmışdır. Bu pizza özündə digər spesefik növləri də birləşdirə bilir. Həmin gündən sonra ən yaxşı pizza növü “Marqarita” seçildi. “Marqarita” pizzasını kraliçanın əmrinə əsasən yalnız Kapodimonte sarayının peçlərində hazırlamaq olardı. Əlbəttə ki, İtaliyada verilən digər əmrlər kimi onun da ömrü uzun olmadı. “Marqarita” bütün italiyanların sevimli qida üsuluna çevrildi. Yəni balıqçıdan markizə qədər hamı bu yeməyi sevdi. Hazırkı dövrdə də İtaliyada 2000 – dən artıq pizza növü mövcuddur.

Tərkibi:

Hesaba görə 2 pizzalıq xəmir üçün nəzərdə tutulub.

Quru maya – 1 çay qaşığı,

Un – 1,5-2 stəkan,

İlıq su (~36°C) – stəkanın 3/4-ü,

Şəkər – 1 çay qaşığı,

Duz – çay qaşığının 1/2-i,

Zeytun yağı – 2-3 xörək qaşığı

Pomidorlar – 4-5 ədəd,

Sarımsaq – 2-3 diş,

“Mosarella” pendiri – 130-150 q,

Reyhan göyərtisi,

Zeytun və ya bitki yağı – 2 xörək qaşığı,

İstiot, şəkər zövqə görə

Hazırlanması:

Mayalı xəmiri hazırlamaq üçün:

Qaba əlavə edirik: ilıq su, şəkər və quru maya. Hamısını yaxşı qarışdırıb və 10-15 dəqiqəlik saxlayırıq

Mayalı qarışığa duz və un əlavə edirik.

Unu mayalı qarışığa əlavə edib, sonra zeytun yağını əlavə edərək qarışdırırıq.

Qalan unu xəmirə əlavə etmək və yoğurmaq lazımdır. Tədricən elastik xəmir alınmalıdır.

Xəmiri təmiz qaba qoymaq, üzərini zeytun yağıyla sürtmək, təmiz dəsmalla örtmək və təxminən 1 saatlıq xəmirin gəlməsini gözləmək lazımdır.

Hazır xəmiri yoğurmaq, yenidən qaba yerləşdirmək və daha 30 dəqiqə də saxlamaq lazımdır.

Tomat sousu hazırlamaq üçün:

Pomidorları xırda kublarla doğramaq

Sarımsağı təmizləmək və xırda doğramaq

Pomidorları tavaya qoymaq və yavaş atəşdə 20-40 dəqiqə ərzində vaxtaşırı qarışdıraraq pörtlətmək

Sonra sarımsağı əlavə edib, duz, istiot və zövqə görə şəkər qatmaq.

Hazır sousu soyutmaq (sous isti olmamalıdır ki, xəmiri yandırmasın).

Mosarellanı sürtkəcdən keçirmək və ya kiçik kublarla doğramaq.

Hazır xəmiri 2 hissəyə bölmək.

Xəmirin bir hissəsini 3 mm qalınlığında dairəvi formada yayırıq.

Dairəvi xəmiri tavaya yerləşdirib, üzərinə tomat sousunu əlavə edirik.

5-7 dəqiqəyə qədər 250°C qızdırılmış sobada pizzanı bişirmək, sonra sobadan çıxartmaq, mosarella səpmək və pendirin əriməsinə qədər 2-3 dəqiqəlik yenidən sobaya qaytarmaq lazımdır.

Hazır pizzanı kəsmək və reyhanın yarpaqlarıyla bəzəyib isti halda təqdim etmək lazımdır.

Nuş Olsun!

Leave a comment

Your email address will not be published.