Bir Rəssamın Həyatı

5 yaşından rəsm çəkməyə başlamışam. Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil almışam. Müəllimim Qafar Seyfullayev olub. 1968-ci ildə Moskvaya gedib bu sənəti daha dərindən öyrəndim, sonra Naxçıvana işləməyə getdim.

Naxçıvanda olduğum vaxtlarda bir polisi öldürmüşdülər. Məni çağırıb xahiş elədilər ki, şahidlərin sözlərinə görə cinayətkarın simasını təsvir edim. İndiki kimi desək, onun fotorobotunu çəkdim və həmin cinayətkarı tapıb həbs elədilər. Bu məsələdən sonra məni Bakıya çağırdılar, MTN üçün fotorobotlar çəkməyə başladım, amma texnologiya inkişaf edəndən sonra əllə çəkilən fotorobotları kompüterlər əvəz elədi və beləliklə, mənim işim də bitdi.
İşsiz qalandan sonra səyyat olaraq rəsmlər çəkib satmağa başladım. Əsərlərimin qiyməti onda 4000-5000$ idi.

Bir gün isə həyatımın, demək olar ki, ən böyük zərbəsini aldım, oğlum çəkdiyim əsərlərdən bir neçəsini oğurlayıb onları çox ucuz qiymətə, bir neçə içki butulkasının qiymətinə satmışdı

Çoxdandır bu balaca emalatxanamda qalıram, işsizəm və neçə ildir ki, heç bir şey çəkmirəm. Artıq qocalmışam, bütün ömrümü bu işə vermişəm, amma indi əlim fırça tutmur. Bundan sonra ancaq bir arzum var, o da çəkdiyim əsərlərdən ibarət həyatımda son dəfə sərgi keçirim….

©humans of azerbaijan

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər