ÖMRÜ UZADAN GEN TAPILDI!!!

Alimlər ömrü təxminən 3/1 dəfə uzadan gen aşkar ediblər.

Kaliforniya universitetinin Amerikalı bioloqlarI Los – Ancelesdə gerontoloqianın imkanları haqqında ehtiyatla və nikbinliklə danışırlar. Onlar milçəklərin ömrünü AMPK genini aktivləşdirməklə 30% uzatmağa nail olublar. Bu zaman təkcə ömrün uzadılması yox, həm də bütövlükdə sağlamlığın möhkəmlənməsi mümkün olub.

Kaliforniya universitetinin nəzdindəki Molekulyar bioloqia inistitutunun alimləri ümid edirlər ki, ömrün uzadılması ilə yanaşı , xəstəliklərlə mübarizə aparan insanlar üçündə bu mümkün olacaq. Araşdırma zamanı müəyyən edilmişdir ki, sinir sistemindəki hücüyrələrdə AMPK geninin sayının artması onun aktivləşməsini göstərir və qocalma prosesi ləngiyir. Bu proses təkcə sinir sistemi hüceyrələrində yox həm də bağırsaq hüceyrələrində olur.

Belə bir mənzərə alimlər bağırsaq hüceyrələrində AMPK genini tədbiq edən zamanda müşahidə olunub. Təcrübədə iştirak edən milçəklərin ömrü prosedurdan sonra 6 həftədən 8 həftəyədək artıb.

Bioloqlar heyrətamiz nəticələri belə izah edirlər ki, АМРК geninin aktivləşməsi ilə qocalma prosesinə səbəb olan “tullantılardan” daha tez və asan xilas olmaq mümkün olur. Hüceyrələrin təmizlənməsi həm sağlamlığın möhkəmlənməsi həm də, ömrün uzanması deməkdir.

Professor Devid Uokerin ümid edir ki, gün gələcək təbabət orqanizmin qocalması ilə bağlı xəstəliklərin qarşısını almaq üçün bu kəşfi istifadə edə biləcək. Qocalma sürətini azaltmaq ilə yanaşı və Parkinson, Alsqeymer,rak, diabet, ürək-damar xəstəlikləri və sairə ilə də mübarizə aparmaq mümkün olacaq.

Bioloqlar bu təcrübəni milçəklər üzərində ona görə aparıblar ki, milçəklərin genini öyrəniblər və istənilən genə təsir etməyi artıq müəyyənləşdiriblər.

anspress

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər