Bizi Addım-Addım İzləyən YAŞLILIQ!!!

İstər cavan, istərsə də yaşlı, hamı uzunömürlü olmaq, çox yaşamaq istəyir. Heç kəs qocalmaq istəmir. Gənclik dövründə insana elə gəlir ki, qocalığa hələ çox var. Yaşlılıq dönəmində isə bu, keçən illərə heyfsilənmə kimi özünü göstərir. Yəqin elə buna görə, gənclər gələcəklərindən, yaşlılar isə keçmişlərindən danışmağı sevirlər.

Elmin, qıdalanma və yaşayış səviyyəsinin inkişafı insan ömrünün əvvəlki illərdə yaşayanlara nisbətən daha uzun olmasına səbəb olmuşdur. Dünya Səhiyyə Təşkilatı qocalığın orta yaş sərhədini 60 yaş olaraq qeyd etsə də, ehtiyac hiss edilən bəzi peşələr üçün məcburi təqaüd yaşı 65-67 olaraq qeyd edilir. Bunlar yenə də sabit deyildir. Xüsusilə 70-80 yaşında hələ də xalqına faydalı və əlverışli olan bir çox insanlara yaşlı, qoca demək çox çətin, həm də ədalətsizlik olar. Birren (1982) yaşlılığı bioloji, sosial, psixoloji cəhətləri olan bir hadisə kimi qiymətləndirir. Qocalıqda ortaya çıxan müxtəlif fiziki dəyişikliklər və sağlamlıq problemləri ilə birlikdə təqaüdə çıxmaq, dul qalmaq, yaxın insanların itgisi, maddi çətinliklər, ailə həyatı qurmamaq və s. kimi sıxıntılar da bu dövrün çətinlikləri arasındadır.

Uyğunlaşma (adaptasiya) insanın öz ehtiyacları ilə ətraf mühitin ondan gözlədikləri arasında yaranan asılılıq kimi qiymətləndirilir.

Qocalar nə özlərindən, nə də ətraf mühitdən razı qalırlar. Bu mənada yaşlıların problemlərinin çox və çətin olduğunu deyə bilərik.Yaşlı insan sağlamlığından, ətrafdakılardan tez-tez şikayət edir. Ətraf mühit də onu tənbəl, deyingən, məsuliyyətsiz, tez-tez ağlayan, yazıq rolu oynayan insan kimi qiymətləndirir.Burada müəyyən həqiqətlər vardır. Yaşlı insanın streslərlə mübarizədə apardığı reaksiyalar sabit və kəskin hal almışdır. Bu insanlar güclü streslər qarşısında dözümsüzlüyə görə, hadisələrdə rast gəldiyi bütün mənfi hallara sanki böyüdücü vasitəsilə, yəni öz prizmalarından baxırlar. Yaşlı insanın özünü ətraf mühitdən təcrid edərək öz daxili aləminə qapanması, hərəkətsizliyi, depressiv reaksiyaları bezmə və uzaqlaşma kimi özünü göstərə bilər. Təbii ki, bunu bütün yaşlılara şamil etmək düzgün olmazdı. Öz enerjisi,potensialı ilə gəncləri belə geridə qoyan yaşlılar hamıya örnək ola bilirlər. Almaniyanın cənubunda Mersedes-Benz fabrikində aparılan tədqiqatlar nəticəsində müəyyən edildi ki, yaşlı insanlar gənclərə nisbətən az səhvə yol verirlər. Fiziki güc tələb etməyən işlərdə yaşca böyük olanların daha yaradıcı və məhsuldar olduqları ortaya çıxmışdır.

Qocaların tez-tez keçmişlərindən söhbət açmaları onların keçmişləri ilə yaşamaq istəkləri ilə əlaqədardır. Yaşlının qarşısına çıxan çoxlu və çətin maneələr onları əsasən fizioloji ehtiyaclarını icra etməkdə çətin vəziyyətdə qoyur.

Beləliklə əvvəlki illərdə olduğu kimi, ehtiyaclarını ödəmək üçün onlar maneələr qarşısında yeni əlaqələndirici reaksiyalar verməlidirlər. Təbii ki, o zaman da qarşılarına müxtəlif yeni maneələr çıxır. Əvvəlcədən qeyd edildiyi kimi, vücuddaki itkilər, sağlamlıqla bağlı müxtəlif problemləri insanın özünü qiymətsiz görməyinə gətirib çıxarır. Təqaüdə çıxarkən işsiz və hüquqsuz qalmaq da onlarda “işə yaramama” hisslərinin inkişaf etməsinə səbəb olur. Məlumdur ki, yaşlılar bir çox şəxsi problemləri həll etməkdə qətiyyətsiz olurlar. Bu vəziyyət sağlamlıq problemlərindən, maddi çətinliklərdən, problemi həll edə biləcəklərinə inamsızlıqdan irəli gəlir.

Qocaların gəlirləri az olduğundan pul xərcləmə onların gözündə böyüyə bilər. Bu mənada övladlarının cüzi köməyi onlara böyük mənəvi dayaq kimi görünür.

Yaşlıları yaşadan onların cəmiyyətdə, öz ailələrində faydalılığıdır. Təqaüdə çıxan hər kəs başqa bir işlə özünü ovundurmursa, onu ölüm təhlükəsi öz ağuşuna alır. Ona görə “iş insanın cövhəridir” kəlamı hamı üçün örnək olmalı, əmək qabiliyyətli yaşlılar işdən uzaqlaşdırılmamalıdır. Yaşlı insanların sosial həyatla əlaqələrinin itməmələri üçün müxtəlif dərnəklərin qurulması, tədbirlərin keçirilməsi də vacib amillərdən biridir. Yaxşı olardı ki, yaşlılar bu dövrü edə bilmədikləri işlər üçün bir fürsət kimi qiymətləndirsinlər, hobbiləri ilə məşğul olsunlar.

Son olaraq deyə bilərik ki, yaşlılar zəngin həyat təcrübələri, təmkinləri, dözümlülükləri ilə gənclərə örnəkdilər. Qoy, həyatın bu mərhələsi xoş təəssüratlarla dolu olsun!

Mələk Kərimova

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər